Gündəm
Saakaşvilinin axtarışları başlandı
Polşa-Ukrayna sərhədində Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin ələ keçirilməsi planı elan edilib. Bu haqda Feysbuk səhifəsində Ali Radanın deputatı, Saakaşvilinin lidderi olduğu "Yeni güclərin hərəkatı" partiyasının üzvü Yuri Derevyanko yazıb. Mixail Saakaşvilinin Ukraynanı qayıdacağı ehtimal edilir. Deputatın sözlərinə görə, “Korçova-Krakoves” buraxılış məntəqəsinin ərazisi prezident Pyotr Poroşenkonun administrasiyasından birbaşa göstərişlə mühasirəyə alınıb.
Qaxda abadlıq-quruculuq işlərinə 3 milyon manat ayrıldı
Azərbaycan prezidenti İlham Əliyev Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Publika.az xəbər verir ki, sərəncama əsasən, "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə" prezidentin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən "Azərsu" ASC-yə 2,99 mln. manat ayrılıb.
Çoxmənzilli binalar əsaslı təmir olunacaq
Prezident İlham Əliyev Zaqatala şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Zaqatalada abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 20 çoxmənzilli binanın əsaslı təmiri məqsədi iləZaqatala şəhərində çoxmənzilli binaların əsaslı təmirinin həyata keçirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Zaqatala Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon, o cümlədən 20 çoxmənzilli binanın əsaslı təmiri üçün 2,0 (iki) milyon, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,0 (bir) milyon manat ayrılsın.
Emin Sabitoğlunun 80 illik yubileyi keçiriləcək
Prezident İlham Əliyev Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. 2017-ci ilin noyabr ayında görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, professor Emin Sabitoğlunun (Emin Sabit oğlu Mahmudovun) anadan olmasının 80 illiyi tamam olur. Emin Sabitoğlu rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi milli-mədəni ənənələr zəminində yüksələn və müasir musiqinin nailiyyətlərindən uğurla bəhrələnərək Azərbaycanın mədəniyyət salnaməsini zənginləşdirən şəxsiyyətlərdəndir. Bəstəkar sözlə nəğmənin ahəngdar vəhdətində mahnı janrının nadir incilərini meydana gətirmiş, çox sayda kinofilmlər və teatr tamaşaları üçün yazdığı yaddaqalan melodiyalarla unudulmaz bədii lövhələr yaratmışdır.
Avropanın 10 ölkəsində şiddətli istilər hökm sürür
Avropanın 10 ölkəsində həddən artıq yüksək temperaturla əlaqədar “qırmızı” təhlükə səviyyəsi elan olunub. Şiddətli istilər Macarıstan, İsveçrə, Bosniya və Herseqovina, İtaliya, Monteneqro, Xorvatiya, Serbiya, Rumıniya, Polşa və Sloveniyada hökm sürür. Bu ölkələrdə bəzi yerlərdə temperatur 50 dərəcəyədək çatıb.
Prezident Balakəndə yol tikintisinə 3 milyon manat ayırdı
Azərbaycan prezidenti İlham Əliyev Balakən rayonunun Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi məqsədi ilə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan "Azəravtoyol" ASC-yə ilkin olaraq 3 mln. milyon manat ayrılıb.
Həsən Ruhaninin andiçmə mərasimi keçirildi
Bu gün İranın İslam Respublikasının 12-ci prezidenti seçilən Həsən Ruhaninin andiçmə mərasimi keçirilib. Andiçmə mərasimi İran parlamentinin binasında baş tutub. Tədbir ölkə himninin və Quran ayələrinin oxunuşu ilə başlayıb. Daha sonra parlamentin spikeri Əli Laricani və məhkəmə hakimiyyətinin rəhbəri Sadeq Amoli Laricani çıxış ediblər. Tədbirin rəsmi hissəsi İran prezidentinin çıxışı və and mətninin imzalanması ilə başa çatıb. And içən prezident İslamın, ölkəsinin əmin-amanlığın və qanunların aliliyinin qorunması üçün əlindən gələni edəcəyinə söz verib. Mərasimdə 92 ölkədən 1200 qonaq iştirak edir. Tədbirdə Azərbaycanı Milli Məclisin sədri Oktay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Atasına 10 manat verdi, 9 yaşlı qızı ilə intim münasibətdə oldu - BİABIRÇI ADDIM
Şirvan şəhərində azyaşlı qıza təcavüz etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Qismət Panalizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Şirvan şəhərində Qismət Panalizadə təcavüzə məruz qoyduğu 2006-cı il təvəllüdlü Samirə Sadıqovanın atası Sadıq Sadıqova (zərərçəkmişin və onun atasının adı və soyadı şərti göstərilib – red.) 10 manat borca pul verib. 10 manatlıq borc Amma Sadıq sonradan həmin pulu Qismətə qaytarmayıb. Qismət Panalizadə 10 oktyabr 2015-ci il tarixdə, saat təxminən 16 radələrində Şirvan şəhərində yerləşən avtobus dayanacağının qarşısında təsadüfən tanışı Sadıqla rastlaşıb.
“Sahil” stansiyası bağlanır
Bakı metropoliteninin “Sahil” stansiyası bu ayın sonundan təxminən 1 illik təmirə bağlanacaq. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumatı təsdiqləyərək, “Sahil” metro stansiyasının təmir olunacağını deyib.
Baş nazir dinlədiyi musiqilərin siyahısını təqdim etdi
Kanadanın baş naziri Trudeu dinlədiyi musiqilərin siyahısını yayımlayıb. "Olaylar" Türk mətbuaatına istinadən bildirir ki, nazirin siyahısında Drakedən Dire Straitsə, Qladiator kinosundan reper k.d. Lange qədər bir çox ad var. “PM Mix” adlı siyahıda 39 mahnı var.
Uşaqlarla intim münasibətə meyil edənlərlə bağlı İLGİNC ADDIM
“Pedofiliya” yunan dilindən tərcümədə “uşaqlara sevgi” kimi tərcümə edilir. Bu xəstəlikdən əziyyət çəkən insanlar azyaşlı uşaqlara qarşı şəhvət hissləri bəsləyir, onlarla cinsi münasibətə girmək arzusu ilə yaşayırlar. Əsrlər boyu insanlar bu tükürpədən xəstəliyin daşıyıcılarilə mübarizə aparmağa cəhd etsələr də, onların sayı günbəgün artır.
Bakıda növbəti həkim yarıtmazlığı - Uşağın orqanını tanınmaz hala salan həkimi siz də tanıyın
Azərbaycanda həkimlərin “əl işləri”nin sayı getdikcə artır. Növbəti biabırçılıq Sabunçu xəstəxanasında yaşanıb. İlham Qəmbərov adlı şəhər sakininin övladı həyətdə oynayarkən əlini kəsib və kəsik dərin olduğundan onlar evlərinin yaxınlığında yerləşən Sabunçu Şəhər Xəstəxanasına müraciət ediblər. Cərrah uşağın ətindən kəsib və səliqəsiz tikiş qoyub. Üstəlik əməliyyat zamanı heç bir ağrıkəsicidən istifadə etməyib. Uşağı bağırda-bağırda əməliyyat edib.
“O Səs Türkiyə”dən AYRILDI
Sibel Can “O Səs Türkiyə” mahnı müsabiqəsində münsiflikdən ayrılıb. "Olaylar" "Huriyyet" - ə istinadən bildirir ki, keçən il Sibel Can, Hadisə, Murad Boz, Gökhan və Hakan qardaşların jüri üzvü olduğu “O Səs Türkiyə” mahnı müsabiqəsi bu il tam başqa heyətlə qarşımıza çıxacaq. Məlum olub ki, Sibel Can illər sonra “Sevdanın bahçeleri” adlı serialda çəkilməyə hazırlaşır. Bu səbəbdən də müsabiqədə iştirakını davam etdirə bilməyəcək.
ABŞ-dan hospitala fosforlu bombardman
ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Suriyanın Rakka şəhərində yerləşən hospitala fosfor bombaları ilə aviazərbələr vurub. Bu haqda “Qızıl Aypara” Cəmiyyətinin yerli bölməsinin başçının müavini Dina əl-Əsədə istinadən Suriyanın SANA agentliyi bildirib. Məlumata görə, hospitala 20-dən çox mərmi atılıb. Onun sözlərinə görə, binada İŞİD terrorçuları yox idi. “Qızıl Aypara”nın nümayəndəsi qeyd edib ki, hospital şəhərdə təxminən 100 min insana xidmət edir.
Tanınmış müğənni Bodrumda 2,5 milyon avroya villa aldı
Ajda Pekkan Bodrumda 2,5 milyon avroya möhtəşəm villa alıb. Ajda Pekkan Bodrumdan dörd il əvvəl 1,2 milyon avroya aldığı villasını sataraq yenisini alıb. Yeni villa Bodrum şəhər mərkəzindən 20 kilometr məsafədə yerləşir. Şam ağaclarıyla əhatəli olan lüks villanın sahəsi 1300 kvadrat metrdir, 6 otağı, 2 zalı, hovuzu və spası var.

.jpg)


.jpg)








