Gündəm

Sərnişin qatarı relsdən çıxdı

6 Avqust 2017 14:30

İtaliyada torpaq sürüşməsi nəticəsində sərnişin qatarı relsdən çıxıb. Şənbə günü leysan və dolu ilə müşahidə olunan fırtına İtaliyanın şimal-şərqində Trentino-Alto-Adice əyalətində torpaq sürüşməsinə səbəb olub. Torpaq sürüşməsi bu gün 80 sərnişinin olduğu qatarın relsdən çıxmasıyla nəticələnib.

Lavrov və Çavuşoğlu görüşdülər

6 Avqust 2017 12:13

Bir saat öncə Manilada Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçirilib. "Olaylar" "Miliyyet"  - ə istinadən bildirir ki, ASEAN forumu çərçivəsində S.Lavrov və M.Çavuşoğlu arasında keçirilən görüşdə Suriya böhranı və iki ölkə arasındakı əlaqələr müzakirə olunub.

Nənə HƏBS EDİLDİ

6 Avqust 2017 11:20

Lənkəranda 6 günlük nəvəsini öldürərək quyuya atan nənə həbs olunub. Lənkəran Rayon Məhkəməsində hakim Fuad Sultanovun sədrliyi ilə məhkəmə iclası keçirilib. İstintaqın gedişində cinayəti törətməsinə ciddi əsaslar olduğu müəyyən edildiyindən öldürülən 6 günlük körpə Mələk Nuriyevanın nənəsi Atifə Nuriyevaya barəsində dörd ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

40-a yaxın insan edam edildi

6 Avqust 2017 10:45

İŞİD və Taliban terror təşkilatları Əfqanıstanın Sari-Pul vilayətində 40-a yaxın adamı edam ediblər. "Olaylar" Türk mətbuatına istinadən bildirir ki, bu barədə vilayət qubernatorunun nümayəndəsi Zabihulla Amani məlumat verib. Onun sözlərinə görə, edam Mirzə Olan rayonunda baş verib.

Məmur oğlu maşınla 11 yaşlı oğlanı vurdu

6 Avqust 2017 10:03

Masallıda avtomobil yolu keçmək istəyən 11 yaşlı oğlanı vurub. Qəza Masallıda parklardan birinin qarşısında qeydə alınıb. Masallı sakini 2006-cı il təvəllüdlü Ziya Anar oğlu Gülverdiyev yolu keçmək istəyərkən onu “Mitsubishi” markalı avtomobil vurub. Yaralı dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Bakıda bu cərimə meydançası -  OD TUTUB YANDI 

6 Avqust 2017 10:00

Bakıda cərimə meydançasında yanğın olub. Hadisə zamanı bir avtomobil yanıb,ikisinə isə zərər dəyib. Cərimə meydançasında yanğın olub, maşınlara ziyan dəyib. Hadisə Xətai rayonu Yusif Səfərov küçəsindəki Baş Dövlət Yol Polis idarəsinə məxsus Siqnal İdarəsinin 6 saylı cərimə meydançasında baş verib. Bir gün əvvəl şəhərdə dayanma və durma qaydasını pozduğuna görə saxlanılaraq cərimə meydançasına gətirilən 10-KP-486 dövlət nömrə nişanlı ”Pikap”da qəfildən yanğın baş verib. Cərimə meydançasının əməkdaşları dərhal alova müdaxilə etmək isətəsələr də yanğının miqyası tez bir zamanda böyüyüb. Hadisə yerinə gələn Dövlət Yanğından Mühafizə bölməsinin canlı qüvvəsi və yanğınsöndürənlər alovun qarşısını alıblar. Buna baxmayaraq avtomobil yanaraq yararsız hala düşüb.

Sumqayıtda yataqxanada partlayış - Ölən və yaralananlar var

6 Avqust 2017 09:58

Sumqayıtda yataqxanada partlayış olub. Hadisə şəhərin 8-ci mikrorayonundakı yataqxanada baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Partlayış yanğına çevrilib. Partlayışın yataqxananın 3-cü mərtəbəsində baş verdiyi deyilir. Hadisə yerinə şəhərin hüquq mühafizə idarəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, Təcili Tibbi Yardım avtomobilləri cəlb edilib. Hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı və 1 nəfər polis serjantı tüstüdən zəhərlənib.

İŞİD-in bütün sirləri AÇILDI

6 Avqust 2017 09:55

Suriyada əsir götürülən İŞİD terrorçusu qruplaşmanın Avropada terror aktları hazırlayan məxfi qanadı barədə danışıb. "Olaylar" Türk mətbuatına istinadən bildirir ki, məxfi qanad “Əl Kharsa” adlanır. Dəstəyə qəbul edilən avropalılar Suriyadakı gizli düşərgələrdən birində sərt təlim keçdikdən sonra öz vətənlərinə qayıdırlar. Kurs çərçivəsində gələcək terrorçular partlayıcı qurğular hazırlamağı öyrənirlər və güclü ideoloji təsirə məruz qalırlar. Əsir İŞİD -çi sərt təlimlərin 7 ay davam etdiyini açıqlayıb. Əsir götürülən terrorçu İŞİD sıralarında döyüşdüyü iki il müddət ərzində Almaniya, Fransa, Belçika və Britaniyadan olan 50-dək silahlının məxfi dəstədə təlimi müvəffəqiyyətlə bitirdiyinin şahidi olub.

Azərbaycanda zəlzələ

6 Avqust 2017 09:46

Ötən gecə saat 04:29:13-də Saatlıdan 17 km şimal-qərbdə, Kürdəmir rayonu ərazisində 3,1 maqnitudalı zəlzələ qeydə alınıb. "Olaylar" Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, zəlzələ hiss olunmayıb.

3 nəfər kimsəsiz qadını zorladı İmişlidə DƏHŞƏT

5 Avqust 2017 21:36

İmişli şəhərində dəhşətli hadisə baş verib. İmişli şəhəri, Şıxlinski küçəsi, ev 1-də tək yaşayan qadın G.İ (ad şərtidir) 3 nəfər tərəfindən zorlanıb. Hadisə iyulun 28-də gecə saatlarında baş verib. Yaşlı olmasına baxmayaraq ailə həyatı qurmamış G.İ-nin evinə daxil olan 3 nəfər maskalı şəxs qadının əl qolunu bağlayaraq onu zorlayıblar.

Həccə gedənlər vergi verəcək -Adambaşına...

5 Avqust 2017 21:33

Səudiyyə Ərəbistanı hökuməti yenidən həccə getmək istəyən zəvvarlar üçün vergi tətbiq edib. 2015-ci və 2016-cı illərdə həcc ziyarətində olub və bu il də həcc ziyarətinə getmək niyyətində olanlar viza üçün 2000 rial (535 dollar) məbləğində vergi ödəməlidirlər. “Marva Tur” şirkəti 2017-ci ildə həcc ziyarətinə yenidən gedən zəvvarların şirkətin ofisinə təcili olaraq müraciət etmələrini istəyib.

Tovuzda hamilə qadın vəfat edib

5 Avqust 2017 21:31

Tovuzda hamilə qadın vəfat edib.  Ağstafa rayonu, Tatlı kənd sakini, 32 yaşlı Şəlalə Qasımova ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardımın göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, ölümə səbəb 7 aylıq hamilə olan Ş. Qasımovanın bətnində uşağın ölməsi nəticəsində qanaxmanın baş verməsi göstərilir.

Məscidin önündə partlayış

5 Avqust 2017 21:28

ABŞ-ın Minneapolis şəhərində məscid qarşısında partlayış baş verib. "Olaylar" Rus mətbuatına istinadən bildirir ki, insident şəhərin ətrafındakı Bluminqton rayonunda baş verib. Partlayış nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat verilmir. Şahidlərin sözlərinə görə, naməlum şəxs partlayıcı qurğunu məscidin həyətinə ataraq yük maşınıyla qaçıb.

Qeyri-qanuni nikahdan doğulan ZÖVQSÜZ MİLYONÇU

5 Avqust 2017 21:05

Hətta müasir texnologiyadan uzaq olan şəxslər belə Stiv Cobsu (Steve Jobs) yaxşı tanıyır. O, uzun müddət şəxsi həyatını ictimaiyyətdən gizli saxlasa da, sonralar rəsmi biqrafiyasının qələmə alınmasına razılıq vermişdi. Bəs Stiv Cobs kimdir? Publika.az Apple imperiyasının qurucusu haqda bilmədiyiniz ən maraqlı faktları sizinlə bölüşəcəyik. Çünki Cobsun həyatı da ixtiraları kimi maraqlı və əsrarəngizdir. Suriyalı tələbənin “istənməyən” oğlu