İŞİD-in bütün sirləri AÇILDI
Suriyada əsir götürülən İŞİD terrorçusu qruplaşmanın Avropada terror aktları hazırlayan məxfi qanadı barədə danışıb. "Olaylar" Türk mətbuatına istinadən bildirir ki, məxfi qanad “Əl Kharsa” adlanır. Dəstəyə qəbul edilən avropalılar Suriyadakı gizli düşərgələrdən birində sərt təlim keçdikdən sonra öz vətənlərinə qayıdırlar. Kurs çərçivəsində gələcək terrorçular partlayıcı qurğular hazırlamağı öyrənirlər və güclü ideoloji təsirə məruz qalırlar. Əsir İŞİD -çi sərt təlimlərin 7 ay davam etdiyini açıqlayıb. Əsir götürülən terrorçu İŞİD sıralarında döyüşdüyü iki il müddət ərzində Almaniya, Fransa, Belçika və Britaniyadan olan 50-dək silahlının məxfi dəstədə təlimi müvəffəqiyyətlə bitirdiyinin şahidi olub.
6 Avqust 2017 09:55 DünyaSuriyada əsir götürülən İŞİD terrorçusu qruplaşmanın Avropada terror aktları hazırlayan məxfi qanadı barədə danışıb. "Olaylar" Türk mətbuatına istinadən bildirir ki, məxfi qanad "Əl Kharsa" adlanır. Dəstəyə qəbul edilən avropalılar Suriyadakı gizli düşərgələrdən birində sərt təlim keçdikdən sonra öz vətənlərinə qayıdırlar. Kurs çərçivəsində gələcək terrorçular partlayıcı qurğular hazırlamağı öyrənirlər və güclü ideoloji təsirə məruz qalırlar.
Əsir İŞİD -çi sərt təlimlərin 7 ay davam etdiyini açıqlayıb. Əsir götürülən terrorçu İŞİD sıralarında döyüşdüyü iki il müddət ərzində Almaniya, Fransa, Belçika və Britaniyadan olan 50-dək silahlının məxfi dəstədə təlimi müvəffəqiyyətlə bitirdiyinin şahidi olub.
Əsir İŞİD-in Suriyada ciddi itkilərinə baxmayaraq "Əl Kharsa" dəstəsi fəaliyyətini davam etdirdiyini, Paris və Brüsseldə törədilən terror aktları məhz bu dəstə tərəfindən hazırlandığını qeyd edib.