Cənubi Qafqazın nəqliyyat arxitekturası formalaşır: Ermənistanın önündə üç ssenari var – ÖZƏL

Olaylar.az xəbər verir ki, Cənubi Qafqazda formalaşan yeni nəqliyyat-logistika arxitekturası fonunda dünya gücləri arasında regionun nəqliyyat marşrutlarına təsir uğrunda mübarizə kəskinləşir. Beynəlxalq ekspert konfransında çıxış edən professor Aşot Yenqoyan bildirib ki, Ermənistan üçün başqalarının layihələrinin sadəcə keçid ərazisinə çevrilməmək, proseslərdə öz şərtləri ilə iştirak etmək həyati əhəmiyyət kəsb edir.

Ekspertin sözlərinə görə, Azərbaycan regionda orta səviyyəli güc mərkəzinə çevrilərək əsas oyunçulardan birinə çevrilib və bütün qlobal güclər bu reallığı nəzərə almağa məcburdur. Regionda Çin, ABŞ, Rusiya və Avropa İttifaqının maraqları toqquşur. Çin geosiyasi risklərinə baxmayaraq Orta Dəhliz və Şimal-Cənub marşrutlarında maraqlıdır və rəqabətli mühit yaratmaqla daşınma xərclərini azaltmağa çalışır. ABŞ "TRIPP" layihəsi çərçivəsində nöqtəvi iştirak modeli ilə təsirini saxlamaq niyyətindədir. Aİ-nin Gürcüstan və Azərbaycandakı siyasi rıçaqları zəiflədiyindən Ermənistan onun regionda əsas dayağına çevrilir. Mövqeləri zəifləyən Rusiya isə regionda qalmaq üçün yalnız kiçik dövlətlərlə deyil, qlobal güclərlə razılığa gəlməyə məcburdur.

Yenqoyan Ermənistan üçün üç mümkün gələcək ssenarini vurğulayıb: ölkənin qərarlarda həlledici söz sahibinə malik olduğu "Körpü", qanunvericiliklə müəyyən nəzarəti saxladığı "Yolayrıcı" və ya başqalarının logistik layihələrinin maneəsiz keçdiyi, təsir imkanlarının olmadığı "Dəhliz" (ötürücü həyət) rolu. Professor qeyd edib ki, İrəvan üçün əsas məsələ sadəcə marşrutları cəlb etmək değil, öz milli maraqlarını qorumaq və prosesləri idarə etmək qabiliyyətini saxlamaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31