Kreml Estoniyanın ittihamlarını əsassız adlandırdı – ÖZƏL
14:36 DünyaKreml Estoniyanın ittihamlarını əsassız adlandırdı - ÖZƏL
Olaylar.az xəbər verir ki, rəsmi Moskva Tallində "Milrem Robotics" şirkətinin obyektində baş verən yanğınla bağlı Estoniyanın Rusiya xüsusi xidmət orqanlarını günahlandırmasını əsassız və düşünülməmiş addım kimi qiymətləndirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu cür bəyanatlar heç bir sübuta söykənmir və Moskva onları ciddiyə almayacaq.
Bununla yanaşı, Peskov İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NSYM) çıxmaq ehtimalına münasibət bildirərək, Moskvanın Tehranı bu müqavilədə məsuliyyətli tərəfdaş kimi görmək istədiyini və məsələyə əlavə aydınlıq gətiriləcəyinə ümid etdiyini diqqətə çatdırıb. Mətbuat katibi xarici şirkətlərin aktivlərinin müvəqqəti idarəetməyə verilməsinin mülkiyyətçinin dəyişməsi demək olmadığını vurğulayıb, həmçinin son parlament seçkilərinin yekunlarına əsasən Dövlət Dumasına deputat seçilən xüsusi hərbi əməliyyat iştirakçılarının iradə və nüfuzlarının onların qanunvericilik fəaliyyətində uğur qazanmalarına zəmin yaradacağını bildirib.