Rusiya-Ukrayna müharibəsi fonunda Şərqi Avropa üçün yeni risklər ÖZƏL
13:40 SiyasətLitva və Polşa Rusiyanın mümkün hücumuna qarşı NATO-nun strateji zəif nöqtəsi sayılan Suvalki dəhlizini əhatə edən birgə təxliyə planı hazırlayır. Plan sakinlərin təxliyəsi, infrastruktura nəzarət və böhran zamanı sərhədlərin tənzimlənməsini nəzərdə tutur.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Son bir ildə, keçən ilin sentyabrdan başlayaraq, Rusiya savaşın ətrafında yaymaq və Avropa ölkələrində xof, təhdid və əhval-ruhiyyəni yüksəltmək üçün bu ölkələrin ərazisində dron uçuşları və kəşfiyyat xarakterli uçuşlar həyata keçirməklə, eyni zamanda müəyyən təxribatlar həyata keçirməklə bu ölkələrdə kifayət qədər ciddi narahatlıq yarada bilir. Avropa ölkələri Rusiyanın hansısa bir məqamda Şərqi Avropa cinahına hücum edə və yaxud Baltikyanı ölkələr, o cür, yaxud Rumıniyaya qarşı buradan hansısa bir müdaxilə ehtimallarını nəzərdən keçirirlər.
Xüsusilə də nəzərə alsaq ki, Litvanın Rusiya ilə sərhədi və Belarusla, Rusiyanın ittifaqının olması, Suvalki dəhlizinin kifayət qədər həssas bir mövqedə yerləşməsi gələcəkdə bu ərazilərdə Rusiya tərəfindən hansısa hərbi əməliyyatların ola biləcəyi ehtimallarını gündəmdə saxlayıb.
Xüsusilə də nəzərə alsaq ki, Suvalki dəhlizi məhz Belarus üzərindən Litvanı keçərək Kalininqradı birləşdirən bir dəhlizdir və bu, Rusiya üçün çox vacibdir. Ona görə də Polşa və Litvanın bu dəhlizin müdafiəsi ilə bağlı hazırlıqları anlaşılandır.
Yəni bu baxımdan götürdükdə, əlbəttə ki, bunu nəzərə almaq olar. Yəni bu, gələcək üçün mümkün ssenarilərə hazırlıq kimi də dəyərləndirilə bilər.
Şərqi Avropa cinahında reallıqlar və belə hərbi qarşıdurma ehtimallarına gəlincə, nəzər baxımından bu mümkündür və Avropa ölkələri özlərini məhz bu mərhələyə hazırlayırlar. Hesab edirlər ki, Rusiya Ukrayna savaşında ikinci bir istiqamət açaraq hansısa addımlar ata bilər və bu addımlar Şərqi Avropa cinahında NATO-nu və onun qüvvələrini müəyyən mənada parçalamaq niyyətində ola bilər.
O baxımdan, xüsusilə də Rusiyanın son dövrlər ritorikasından baxdığımızda, Lavrov və digərlərinin açıqlamaları məhz bunu görməyə müəyyən əsaslar verir. O baxımdan götürdükdə, nəzəri baxımdan hərbi eskalasiya, hərbi risk mümkün və yaxud realdır.
Zaman baxımından gəldikdə, bunu konkret zamanla demək imkansız olsa da, nəzəri baxımdan yaxın perspektivdə, bir neçə il ərzində, əgər Ukrayna savaşı dayanmayacaqsa, belə ehtimallar ola bilər".
Zeynəb Mustafazadə