Gündəm

"Tarqovı"da özünü ərəblərə satan qadın həbs olundu - VİDEO

7 Avqust 2017 11:37

Ərəb turistlərin Azərbaycana kütləvi şəkildə axını bəzi işbazların da bazarını canlandırıb. Xüsusi orqanlar gecələr şəhərin mərkəzi küçələrində özünü satışa çıxardan qadınlara qarşı güclü mübarizə aparır.

Xalasının əri 9 yaşlı qıza təcavüz etdi - Bakıda şok iddia

7 Avqust 2017 11:34

Bu gün Badamdar qəsəbə sakini Ləman Hüseynova (ad şərtidir) 9 yaşlı qızına təcavüz olunması iddiası ilə polisə müraciət edib. Qadın hadisənin iyulun 17-də yaşadığı evdə baş verdiyini bildirib.

"Neymarı 3 il əvvəldən transfer etməyi planlaşdırırdım"

7 Avqust 2017 11:27

PSJ prezidenti Naser Əl-Xəlaifi braziliyalı hücumçu Neymarın transferi haqqında danışıb. Qətərli funksioner bunu 3 il əvvəl planlaşdırdığını qeyd edib. "La Liqa bu transferə etirazını bildirəndə "Barselona"dan mənə zəng edib məsələni birgə həll etməyi təklif etdilər. Mən hazır olduğumuzu dedim. "Barselona" rəhbərliyi, onun prezidenti, azarkeşləri və futbolçularına minnətdaram. "Barselona" dünyanın ən yaxşı klublarından biridir.

Elon Mask sevgilisindən ayrılıb

7 Avqust 2017 11:25

Dünya şöhrətli məşhur oyunçu Conni Depp ilə qalmaqallı formada boşanan Ember Hörd həyatının eşqini "Tesla"nın sahibi milyarder Elon Maskda tapmışdı.

Keçmiş MTN polkovnikinə hökm oxundu

7 Avqust 2017 11:23

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məşhur rejissor Kim Ki Dukun  adı qalmaqalda

7 Avqust 2017 11:14

Koreyalı məşhur  rejissor Kim Ki Dukun adı qalmaqalda hallanır. “Olaylar” “Cumhuriyyet” - ə istinadən bildirir ki, rejissorun  2013 – cü ildə çəkdiyi və ən çox insidentin baş verdiyi "Moebius" filmində çəkilən qadın aktrisa Kim Ki Dukaya qarşı iddia qaldırıb. Beləki, aktrisa filmdə rejissorun ona qarşı şiddət göstərərək ssenaridə görünməyən bir intim səhnəsində oynamağa məcbur etdiyini bildirir.

4 min 272 əsər geri qaytarıldı

7 Avqust 2017 09:53

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkədən qanunsuz yolla çıxarılaraq, xarici ölkələrə  satılan  4 min 272 əsər yenidən Türkiyəyə qaytarıldı. “Olaylar” “Huriyyet” - ə istinadən bildirir ki, 2003-dən bu günə qədər  xarici ölkələrdə  həyata keçirilən tədbirlərin sayəsində minlərlə əsər yenidən  Türkiyə qaytarıldı. Nazirliyin məlumatlarına görə, Türkiyəyə geri gətirilən ilk əsərlər 2004-cü ildə İsveçrənin Sürix şəhərində ələ keçirilən 396 əsər oldu. Türkiyədən qaçırılan və Fransada olduğu müəyyən olunan Sultan 2 - ci Abdülhəmidə aid 18 əşya, 2005-ci ildə İngiltərədəki Aphrodisias Friz Bloğunun 2006-cı ildə qaytarılması təmin edildi. Nazirlik 2007-ci ildə isə Avstriya, İngiltərə, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri və İsveçrədən ümumi 349 əsərin qaytarılması reallaşdırıldığını bildirib. Bu əsərlər arasında Zirehli İmperator heykəli başı, stel hissələri, Laodikya Antik şəhərinə aid bürünc əl, Roma üzüyü və sikkələr də var.

Silahlı toqquşma səhərədək davam etdi

7 Avqust 2017 09:40

Türkiyənin Tunceli vilayətinin  Pülümür məhəlləsində üç PKK terrorçusu zərərsizləşdirildi. “Olaylar” “Huriyyet” - ə istinadən bildirir ki, təhlükəsizlik qüvvələri ilə terrorçular arasında gecə başlayan silahlı toqqquşma səhərədək davam edib.

Kilsədə atışma: 12 ölü

6 Avqust 2017 21:03

Nigeriyada azı 12 nəfər ölkənin cənub qərbindəki kilsədə atışmanın qurbanı olub. Bu barədə "France Presse" həkimlərə istinadən xəbər verib. "Hazırda 12 nəfərin ölümü təsdiqlənib. Daha bir neçə nəfərə tibbi yardım göstərilir", – deyə yaralıların gətirildiyi xəstəxananın əməkdaşı bildirib.

İtkin düşmüş şəxs xəstəxanada tapıldı –BAKIDA

6 Avqust 2017 21:01

İyulun 26-da Bakıda itkin düşmüş şəxs xəstəxanada tapılıb. Ailə üzvləri tərəfindən itkin kimi axtarışa verilmiş İqbal Səmədov müraciətdən bir həftə sonra Kliniki Tibbi Mərkəzdə tapılıb. Məlum olub ki, İ.Səmədov yol qəzasında xəsarət alıb və təcili yardım maşını ilə xəstəxanayə gətirilib.

Eyfel qülləsində TERROR HƏYƏCANI

6 Avqust 2017 21:00

Ötən axşam Parisdə Eyfel qülləsi qarşısında polis nəzarət məntəqəsinə bıçaqla hücum edən şəxsin terror aktı törətmək niyyəti olduğu üzə çıxıb. Həmin şəxs 1998-ci il təvəllüdlü Mavritaniya əsilli Fransa vətəndaşıdır. Psixi problemləri olan bu şəxs iyulun sonlarında xəstəxanadan buraxılıb. O, istintaqa ifadəsində deyib ki, İŞİD terror təşkilatının üzvüdür, hərbçiləri öldürərək terror aktı törətmək niyyətində olub. Terror aktı törətmək niyyətində olduğunu etiraf etməsi ilə əlaqədar həmin şəxslə bağlı cinayət işi Paris Prokurorluğunun terrorizmlə mübarizə bölməsinə təhvil verilib.

İranda silahlı insident -  10 hərbçi yaralanıb

6 Avqust 2017 17:32

Bu gün İranda hərbi hissədə atışma olub. Tehranın cənubunda Kəhrizax hərbi bazasında baş verən atışma nəticəsində 10 hərbçi yaralanıb.Yaralılar xəstəxanaya yerləşdirilib. Olayla bağlı əlavə məlumat verilmir.

Oksanadan etiraf: "Həyatımda bir kişini sevmişəm"

6 Avqust 2017 17:30

Rəqqasə Oksana Rəsulova keçmiş həyat yoldaşı, reper Elşad Xosedən danışıb. “Xəzər Maqazin”ə açqılama verən rəqqasə Elşadla hələ ki yenidən bir araya gəlmək fikrində olmadığını deyib. O, Xosenin “Oksana bilir ki, mən film xətrinə də olsa, başqa qadınla öpüşmərəm. O da həmçinin” sözlərinə belə cavab verib: “Həyatımda bir kişini sevmişəm. O,mənim mən də onun xasiyyətini çox gözəl bilirəm. Baxmayaraq, 5 ildir boşanmışıq, bir-birimizdən ayrıyıq. Amma o çox gözəl bilir ki, mən ayrı bir adamla öpüşmərəm. Biz doğma insanlarıq ayrı-ayrı yerlərdə yaşasaq da, doğmayıq. Çünki sevgimiz möhkəm sevgi olub. Mən onu hələlik özümdə təsəvvür eləyə bilmirəm ki, biz yenidən bir yerdə olub, birlikdə yaşayarıq.

Dubayda göydələnlərə qarşı təxribat: Daha biri yanır

6 Avqust 2017 17:28

Dubayda “Tiger Tower” göydələnində yanğın baş verib. Bu barədə Khaleej Times nəşri xəbər verir. Məlumata görə, yanğın güclü olmayıb.

ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Ermənistanı da vuracaq

6 Avqust 2017 17:25

ABŞ-ın Rusiyaya qarşı qəbul etdiyi sanksiyalar təkcə bu ölkəyə deyil, həm də Ermənistana ünvanlanıb. Bu haqda “Amerikanın Səsi” radiosuna müsahibəsində Atlantika Şurasının analitiki Con Herbst bildirib. Herbst, Rusiya iqtisadiyyatında baş verəcək qaçılmaz böhranın eyni zamanda yeni sanksiyaların tətbiq edilməsini izləyəcəyini bildirməklə yanaşı, bu prosesin bilavasitə Ermənistan iqtisadiyyatına təsir edəcəyini qeyd edib. “Ermənistan, Qazaxıstan və Avrasiya İqtisadi Birliyinin digər üzvləri üçün mənfi nəticələrin öncədən düşünülməməsi mümkündür və bu üzücüdür.”