Gündəm

İran ordusunda itki: 4 ölü, 8 yaralı

7 Avqust 2017 12:22

Hadisə İranın paytaxtı Tehranın cənub hissəsində yerləşən Hava Qüvvələrinə aid Kehrizek atış sahəsində qeydə alınıb. 

Son tədqiqatlar zamanı 300-dən çox qəbir qeydə alınıb

7 Avqust 2017 12:19

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Mil-Qarabağ ekspedisiyası tərəfindən 2017-ci ilin yayında Xocavənd rayonu ərazisində arxeoloji tədqiqatlar davam etdirilib. AMEA – dan “Olaylar” – a bildirilib ki, arxeoloji qrupun rəhbəri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev Nərgiztəpədə və ətraf ərazilərdə aparılan aqxeoloji tədqiqat işləri barədə məlumat verib. Bildirib ki, Qarabağın Mil düzü ilə kəsişən dağətəyi ərazisində yerləşən Nərgiztəpədə ilk tədqiqatlar 2013-cü ildə başlanıb. 2014-2015-ci illərdə Prezident yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə burada araşdırmalar daha intensiv xarakter alıb.

Türkiyədə ardıcıl zəlzələlər

7 Avqust 2017 12:18

Türkiyədə növbəti ardıcıl zəlzələlər qeydə alınıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Bodrum ərazisi yaxınlığında səhər saatlarında baş verən yeraltı təkanlar insanlar arasında gərginlik yaradıb. Qeydə alınan ilk yeraltı təkan 4,1 bal gücündə, daha sonra baş verən zəlzələnin 4,6 bal gücündə olduğu bildirilir.

Deputat: "Bu siyasət regionlarımızın yüksək inkişafını təmin edəcək"

7 Avqust 2017 12:10

Azərbaycan Prezidenti İlham Əliyevin şimal-qərb bölgəsinə səfəri bir daha göstərdi ki, regionların inkişafı hər zaman dövlət başçısının diqqətindədir. Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

DİQQƏTLİ OLUN! Uşaqlarınızı WhatsApp-da bu mesajlardan qoruyun

7 Avqust 2017 12:09

Uşaqlar tərəfindən də geniş istifadə edilən WhatsApp kimi mesajlaşma proqramları təhlükəli paylaşımların da mənbəyinə çevrilməkdədir. Yaradılan söhbət qruplarında şiddət və porno məzmunlu görüntülərin yayılması səbəbindən mütəxəssislər sözügedən istismarın uşaqlarda yaratdığı zədəyə diqqət çəkir. 

Ukraynanın kurortunda azərbaycanlılar arasında kütləvi zəhərlənmə

7 Avqust 2017 11:58

Ukraynanın Truskavets kurort şəhərinində azərbaycanlılar arasında kütləvi zəhərlənmə olub. Artıq bir neçə gündür ki, dincələnlərin əksəriyyətinin azərbaycanlılar təşkil etdiyi "Lesnaya pesnya" (Lisova Pisnya) sanatoriyasında 15-ə yaxın azərbaycanlı zəhərlənib.

Bir uşaq anasını hərracda satmaq istədilər

7 Avqust 2017 11:55

İngiltərənin Surrey qraflığındakı Koulsden şəhərinin sakini, 20 yaşlı model Xloya Aylin köləlikdən azad olunub. 2 yaşlı oğlu olan britaniyalı model İtaliyanın Milan şəhərində oğurlanıb, iyulun 11-dən 17-dək köləlikdə, girov saxlanıb. Modeli oğurlayanlardan biri, Britaniyada yaşayan Polşa vətəndaşı Lukaş Herba həbs olunub. "Black Death Group"un rəhbəri olan bu şəxs 20 yaşlı modeli 300 min avroya "Darknet"dəki hərracda satmaq istəyirdi. "Lukaş Herba çox təhlükəli cinayətkardır, - Milan şəhərinin polis rəisi Lorens Bukossi deyib. - Bu şəxs "Darknet"də özünü "son qərarı verən" adam kimi təqdim edirdi. O, potensial müştərilərə muzdlu qatil, partlayışların, insan oğurluqlarının və s. təşkil edə bilən adam kimi reklam olunurdu".

Qurana qarşı ədəb-ərkan qaydalarından uzağıq

7 Avqust 2017 11:51

"Qurana qarşı bəzi ədəb-ərkan qaydaları var ki, nədənsə onlardan uzağıq" . “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə ilahiyyatçı Hacı Ceyhun Şükürov çıxış edib. O, bildirib ki, Qurani Kərim Allahın kitabıdır.

Malay-Yevlax mənzilində 8 km dəmir yolu əsaslı təmir olunur  

7 Avqust 2017 11:50

Azərbaycan dəmir yollarının əsaslı təmir prosesinin növbəti mərhələsi həyata keçirilir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.“OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, bu gün isə Malay-Yevlax mənzilində 8 km uzunluğunda yolun əsaslı təmirinə start verilib. Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi Şamil Cəfərovun sözlərinə görə, təmir işləri bir həftə davam edəcək.

31 nəfəri ilan sancdı

7 Avqust 2017 11:47

Yay mövsümü başlanandan Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ilan sancması ilə əlaqədar cəmi 31 müraciət olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, bunlardan da 3 nəfəri uşaq və 30 halda hospitalizasiya icra edilib. Bu ilin 6 ayı ərzində uşaqlar üçün edilən çağırışların sayı 36500-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 6300-dən artıq olub.

Dəhşətli qəza: 76 sm metal sinəsini deşib... - SON DƏQİQƏ

7 Avqust 2017 11:45

Hindistanda dəhşətli avtomobil qəzası baş verib. Hindistanın qərb əyalətlərindən olan Gujaratda 26 yaşlı Piyuş Sundarva sükan arxasında yatıb. Ehtiyatsızlıq səbəbindən idarə etdiyi avtomobil yol kənarındakı dirəyə çırpılıb.

Bakıda qarpızdan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

7 Avqust 2017 11:44

Bakıda qarpızdan kütləvi zəhərlənmə olub. Hadisə Zirə qəsəbəsində baş verib. 1987-ci il təvəllüdlü Səbinə Bahadurova, 1994-cü il təvəllüdlü Tünzalə İmamzadə, 1990-cı il təvəllüdlü Nicat Nəsirov və 1986-cı il təvəllüdlü Araz Camalov qarpız zəhərlənməsi ilə xəstəxanaya daxil olublar.

12 Avqust - “Beynəlxalq Gənclər günü” münasibətilə iməcilik keçirilib

7 Avqust 2017 11:43

12 Avqust - “Beynəlxalq Gənclər günü” münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə start verilmiş “Gənclik həftəsi” layihəsi çərçivəsində akademik Zərifə Əliyeva adına istirahət parkı, “Zeytunluq” adlanan ərazi və Mir Cəlal küçəsi 3, 5,7, 9, 11, 15 ünvanlarında iməcilik aksiyası keçirilib.

Ermənilər 146 dəfə atəşkəsi pozub

7 Avqust 2017 11:40

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 146 dəfə pozub. 

Vaşinqton tarixi açıqladı - Rusiya üçün NÖVBƏTİ ZƏRBƏ

7 Avqust 2017 11:38

ABŞ amerikalı diplomatların göndərilməsinə görə Rusiyaya cavab vermək niyyətindədir. Bu haqda ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib. Onun sözlərinə görə, Vaşinqton sentyabrın 1-nə kimi cavab tədbirləri barədə qərar qəbul edəcək. Agentlik bildirir ki, Tillerson ABŞ-ın planları barədə artıq Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrova xəbərdarlıq edib. Tillerson qeyd edib ki, o Manilada görüşdə rusiyalı həmkarına Moskvanın mövqeyi haqqında bir neçə sual verib. ABŞ xarici siyasət idarəsinin başçısı Vaşinqtonun cavab reaksiyasının necə olacağını isə dəqiqləşdirməyib.