Gündəm
Politoloq: “Münaqişənin tənzimlənməsi ilə ATƏT-in deyil, BMT-nin məşğul olması daha səmərəlidir”
“ATƏT-in məşğul olduğu münaqişə təkcə Dağlıq Qarabağ münaqişəsi deyil. MDB məkanındakı bütün münaqişələrin tənzimlənməsində bu və ya digər dərəcədə ATƏT iştirak edir”. Bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib. ATƏM-in ATƏT-ə çevrilməsi ilə SSRİ-nin parçalanması prosesləri üst-üstə düşdüyünü xatırladan politoloq deyib ki, ona görə Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi müəyyən qədər özünə geosiyasi maraq cəlb edə bilmişdi: “Nəticədə ATƏT ayrıca qrup yaratdı. ATƏT-in Minsk Qrupu təxminən belə şəraitdə formalaşdı. Zaman keçdikcə münaqişələrin həlli çətinləşir, yeni münaqişə regionları yaranır. Münaqişələrin həll olunmaması ATƏT tipli təşkilatları depressiv vəziyyətə salır”.
"ABŞ-ın yeni sanksiyaları Rusiyanı əsas regional layihələrdə iştirakdan mərhum edəcək”
“ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar şimal qonşumuzun iqtisadiyyatı üçün yaxşı heç nə vəd etməməklə yanaşı, Moskvanı yenidən pisləşmiş makro-iqtisadi göstəricilər sindiromu ilə üz-üzə qoya bilər”.
Ağsuda QORXUNC OLAY: canavar həyətində parça-parça etdi
Ağsu rayonunda yaşlı kişi vəhşi heyvanın hücumuna məruz qalaraq ağır bədən xəsarətləri alıb. Hadisə ötən gecə rayonun Padar kəndində qeydə alınıb. Kənd sakini, 1948-ci il təvəllüdlü Qurbanov Həsrət Feyzulla oğlu yaşadığı evin həyətinə soxulan canavarın hücumuna məruz qalıb.
Ali məktəblərə qəbul olmaq üçün 32 mindən çox abituriyent ixtisas seçimi edib
2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I –IV) üzrə ixtisas seçimi davam edir. Dövlət İmtahan Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 29-dan başlayan ixtisas seçimi avqustun 10-da başa çatacaq. Bu gün saat 12:00-dək bakalavriat səviyyəsi üzrə ali məktəblərə 32721 abituriyent elektron ixtisas seçimi edib. Onlardan 29750-si Azərbaycan, 2971-i isə Rus bölməsinin məzunlarıdır.
Vəkil: "Nail Allahverdiyevin işinə özünün iştirakı ilə Xətai Rayon Məhkəməsində baxılıb"
Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev barəsində həbs qətimkan tədbiri Xətai rayon Məhkəməsində seçilib. Bu barədə təqsirləndirilən şəxsin vəkili Sevdiyar Bayramov məlumat verib. Vəkilin sözlərinə görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən N. Allahverdiyev özü də iştirak edib. S. Bayramov həmçinin müvəkkilinin baş vermiş hadisədən peşmançılıq hissi keçirdiyini, apellyasiya şikayətinin verilməsi ilə bağlı isə hələlik qərar vermədiklərini qeyd edib.
İsraildən Mahmud Abbasa ŞOK QADAĞA
İsrail təhlükəsizlik gücləri Fələstin lideri Mahmud Abbasın Ramallahdan çıxışına icazə vermir. Bu haqda İsrailin “Jerusalem Post” qəzeti Fələstin təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb. İddiaya görə, Mahmud Abbasın Ramallahdan çıxışına icazə verilməməsinin səbəbi onun ötən həftələrdə Məscidi-Əqsa ətrafında yaranan gərginliyə mane olmaması ilə bağlıdır. Lakin İsrail Baş nazirlik ofisi fələstinli təhlükəsizlik mənbələrin iddiasını təkzib ediblər.
25 minlik ordu ƏMR GÖZLƏYİR: bu ərazilərin azad olunması üçün HÜCUM BAŞLAYACAQ
Türkiyə ABŞ-PYD ittifaqının işğalı altında olan Tel Abyad, Munbiç, Afrin və Tel Rıfat bölgələrində əməliyyata hazırlaşır. Türkiyə Silahlı Qüvvələri bu bölgələrdən terrorçuların sərhədi keçməsinə və sərhəd zonasındakı mülki əhalinin hədəfə alınmasına qarşı qabaqlayıcı tədbirlər hazırlayır.
İşğal olunmuş ərazilərimizlə bağlı qətnamə layihəsi BMT Baş Assambleyasının gündəliyində
“Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” və “GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələri yenidən BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyinə salınıb.
"Üzərimizdə böyük təzyiq var" - "Kopenhagen"in baş məşqçisi
"Üzərimizdə böyük təzyiq var. Həm Çempionlar Liqasında, həm də daxili çempionatda belə oynayırıq. Baxmayaraq ki, mövsümün əvvəlidir. "Brondbü" matçda layiqli qələbə qazandı".
Aparıcı üsyan etdi: "6 nəfəri bir gündə dəfn etdim..."
Hadisə hamının başına gələ bilər, hamı qəza törədə bilər. Amma bunu içkili, avara, gözü ayağının altını görməyən edirsə, bir gülləsi əskikdir. Bir gündə 51 yaşında ananı, 23 yaşında nişanlı qardaşı, 29 yaşında 6 və 7 yaşlı iki gül balasıyla birgə bacını və 5 yaşlı başqa bacımın uşağını itirdim. Məzarlığa yox, bir evə gedirəm hər dəfə. 6 nəfəri bir gündə dəfn etdim, özüm də 7 aylıq hamiləydim, artıq gücüm yoxdur...
Şəhid olmaq istədi
Qəhrəman əsgərlərimiz hər zaman gənclər üçün örnək olub. Gənclərimiz qəhrəman əsgərlərin getdiyi yolu təkrar etmək və bəlkə də daha böyük hünər göstərmək arzisi ilə yaşayıblar. Xüsusən, "Aprel şəhidləri" gənclər üçün əsil qəhrəmanlıq məktəbinə çevrildi. Mahir Mirzəyev 1994-cü il fevral ayının 17-də Bakıda doğulmuşdu.
Saakaşvili Ukraynaya qayıdacağını bəyan etdi
Gürcüstanın keçmiş prezidenti və Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qanunsuz yollarla qayıtmaq istəmədiyini bildirib. Bu barədə Ukrayna vətəndaşlığından çıxarılan Saakaşvili Varşavada keçirilən mətbuat konfransında deyib. "Mənim üçün komfortlu səyahət yoxdur.
Sabunçu bazarında yanğın baş verib
Bakıda yanğın hadisəsi qeydə alınıb. “Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda “Sabunçu bazarı”nın ərazisində vətəndaşa məxsus ümumi sahəsi 65 m2 olan mağazanın yanar konstruksiyaları, vətəndaşa məxsus ümumi sahəsi 12 m2 olan gözəllik salonu və bitişik mağazaların dam örtükləri 60 m2 sahədə yanıb.Yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb. Bitişik digər mağazalar yanğından mühafizə olunub. Yanğın saat 23:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
DİN və Baş Prokurorluq Nail Allahverdiyev haqda məlumat yaydı
Avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Real"dan 100 milyonluq transfer
Kilian Mbappenin transferini həll edə bilməyən "Real" diqqətini Almaniyaya yönəldib. "Kral Klubu" Dortmund "Borussiya"sından Osman Dembeleni heyətinə qatmağa çalışır. "Real" uzun müddətdir ki, Mbappenin transferi üçün çalışırdı. Əvvəlcə gənc futbolçuya 120 milyon avro qiymət qoyan "Monako" sonradan bu məbləği 180, ən son olaraq isə 200 milyon avroya qaldırdı. İndi "Real"ın əsas hədəfinin Dembele olduğu bildirilir.














