"Üzərimizdə böyük təzyiq var" - "Kopenhagen"in baş məşqçisi
"Üzərimizdə böyük təzyiq var. Həm Çempionlar Liqasında, həm də daxili çempionatda belə oynayırıq. Baxmayaraq ki, mövsümün əvvəlidir. "Brondbü" matçda layiqli qələbə qazandı".
7 Avqust 2017 12:41 İdman"Üzərimizdə böyük təzyiq var. Həm Çempionlar Liqasında, həm də daxili çempionatda belə oynayırıq. Baxmayaraq ki, mövsümün əvvəlidir. "Brondbü" matçda layiqli qələbə qazandı". Bu sözləti "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Kopenhagen"in baş məşqçisi Stale Solbakken Danimarka superliqasının 4-cü turunda "Brondbü" ilə oyundan (0:1) sonra deyib.
O, rəqibin daha çox hücum etdiyini bildirib: "İkinci hissə kabus kimi keçdi. Lakin əksinə olmalı idi. Çünki rəqib bir neçə gün öncə Avropa Liqasında oyun keçirmişdi və yorğun idi. Komandada olan problemləri həll etməliyik". Qol.az