"Real"dan 100 milyonluq transfer

Kilian Mbappenin transferini həll edə bilməyən "Real" diqqətini Almaniyaya yönəldib. "Kral Klubu" Dortmund "Borussiya"sından Osman Dembeleni heyətinə qatmağa çalışır. "Real" uzun müddətdir ki, Mbappenin transferi üçün çalışırdı. Əvvəlcə gənc futbolçuya 120 milyon avro qiymət qoyan "Monako" sonradan bu məbləği 180, ən son olaraq isə 200 milyon avroya qaldırdı. İndi "Real"ın əsas hədəfinin Dembele olduğu bildirilir.

Kilian Mbappenin transferini həll edə bilməyən "Real" diqqətini Almaniyaya yönəldib. "Kral Klubu" Dortmund "Borussiya"sından Osman Dembeleni heyətinə qatmağa çalışır. "Real" uzun müddətdir ki, Mbappenin transferi üçün çalışırdı. Əvvəlcə gənc futbolçuya 120 milyon avro qiymət qoyan "Monako" sonradan bu məbləği 180, ən son olaraq isə 200 milyon avroya qaldırdı. İndi "Real"ın əsas hədəfinin Dembele olduğu bildirilir. Madrid klubu bu futbolçu üçün "Borussiya"ya 100 milyon avro təklif edir. Alman klubunun həmin məbləğlə razılaşacağı deyilir.

Qeyd edək ki, 20 yaşlı hücumçu ötən il "Renn"dən Almaniya klubuna 15 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 33 milyon avro qiymət qoyduğu Fransa millisinin üzvü ötən mövsüm 44 rəsmi oyuna çıxaraq 8 qol vurub. Oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31