Gündəm
Huşsuz vəziyyətdə qalmış şəxs xilas edilib
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Notarius olmaq istəyənlərin nəzərinə
Ölkədə notariat fəaliyyətinin daha səmərəli təşkil olunması, əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə bu sahədə işlər davam etdirilməkdədir.
Saatlıda sahibkarlara güzəştli kredit verilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Sahibkarlığa Kömək Milli Fondu bu sahədə növbəti işgüzar forumunu avqustun 4-də Saatlı rayonunun Qıraqlı kəndində keçirib.
“Neft Daşları”nda yeni quyu qazılır
“Neft Daşları” yatağında 1637A nömrəli estakadayanı meydançadan 2648 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1770 metrdir.
Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. DSX-dan “Olaylar”a verilən məlumata görə, dövlət himninin səslənməsi ilə başlayan mərasimdə gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki çatdırılıb.
20 səhmdar cəmiyyəti hərraca çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 5 sentyabr tarixində keçiriləcək hərracda 66 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb. Bunlardan 22-i kiçik dövlət müəssisə və obyekti, 17-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-i səhmdar cəmiyyəti, 7-i isə nəqliyyat vasitəsidir.
122 kilo həşiş ələ keçirildi
Türkiyənin Mersin şəhərində Liberiya bayrağı ilə üzən bir gəmidə ümumi dəyəri 24 milyon 537 min TL dəyərində 122 kilo kokain ələ keçirilib. “Olaylar” “HaberTürk” - ə istinadən bildirir ki, Türkiyə Gömrük Mühafizə Qaçaqçılıq və Kəşfiyyat Müdürlüyünə verilən məlumata əsasən, Ekvadordan Mersinə gələn banan yüklü gəmidə əməliyyat həyata keçirilib. Keçirilən əməliyyat zamanı məlum olub ki, gəmidəki bananlar yanaşı, gəminin tavanında 102 paketdə ümumi 122 kilo 685 qram kokain gizlədilib.
Məşhur əsər ƏSA- nın səhnəsində - “Adamlar və siçanlar”
Əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət ölkənin ilk inklüziv ƏSA Teatrı amerikan yazıçısı Con Steynbekin “Adamlar və siçanlar” əsərini səhnələşdirəcək. Teatrın baş meneceri Nicat Qulamın “Olaylar” – a bildirir ki, hazırlanan bu tamaşa teatrın bir illik fəaliyyətində sayca üçüncü olacaq. Fərqli quruluşa və estetikaya sahib olacaq səhnə əsərində 6-sı fiziki məhdudiyyətli olmaqla 8 aktyor iştirak edəcək. Tamaşanın quruluşçu rejissoru teatrının bədii rəhbəri Nihad Qulamzadədir.
Ruhani Sarkisyana dedi: “Qarabağ münaqişəsi yalnız siyasi yolla həll edilə bilər”
Ermənistan və İran prezidentləri Serj Sarkisyan və Həsən Ruhani Tehranda Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Sarkisyan münaqişənin hazırki vəziyyəti ilə İran prezidentini məlumatlandırıb. Ruhani isə qeyd edib ki, münaqişə yalnız siyasi yolla həll oluna bilər. Qarabağ münaqişəsi ilə yanaşı görüşdə iki ölkə arasındakı münasibətlər də müzakirə olunub.
Yol polisindən HAVA XƏBƏRDARLIĞI
Yol polisi ölkədə keçirilən “Təmiz hava” aylığı ilə bağlı sürücülərə xəbərdarlıq edir. Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, ölkədə “Təmiz hava” aylığı keçirilir: "Sürücülər avtomobillərinin yanacaq sistemini tənzimləməli, avtomobillərini texniki təmir mərkəzlərində baxışdan keçirməlidirlər.
İtaliyada qasırğa 4 nəfərin ölümünə səbəb olub
İtaliyanın şimalında yağış və güclü külək 4 nəfərin ölümünə səbəb olub, 2 nəfər itkin düşüb. “Corriere della Sera" nəşri informasiya yayıb ki, ölənlərdən biri Belçika vətəndaşıdır.
Ekspert: “Ölkəmizdə işsizlik səviyyəsi minimuma endirilib”
“Azərbaycanda iqtisadi islahatların əsası Ulu Öndər tərəfindən qoyulub”. Bunu internet-media eksperti Səbuhi Abbasov deyib. Onun sözlərinə görə, sonrakı mərhələdə Prezident İlham Əliyevin təşəbbüsü ilə mövcud baza əsasında yeni iqtisadi islahatlara keçid edildi: “Ən vacib məqamlardan biri də regionların sosial-iqtisadi inkişaf konsepsiyasının qəbul edilməsi idi.
Erməni kinorejissoru: “Bu, eyni qəsdin tərkib hissəsidir”
“Biz gərək hər şeyi öz adları ilə çağırmağı öyrənək: erməni-rus münasibətləri mövcud deyil, ona görə ki, zaman-zaman verilən rəsmi məlumatlar o qədər saxtalaşdırılıb ki, artıq buna öyrənmişik”. Bu barədə erməni konorejissoru Tiqran Xzmalyan Ermənistanda erməni-rus münasibətlərinə yenidən baxılması vacibliyi ətrafındakı ictimai rəyə münasibətini bildirərkən deyib.
Amerika-Rusiya gərginliyi regionda ciddi problemlər yaradacaq
Dünyanın iki super gücü arasında gərginlik hər ötən gün artmaqdadır. Birləşmiş Ştatların bu günlərdə Rusiyaya qarşı sanksiyaları yenidən qüvvədə saxlaması və Ağ Ev rəhbərinin onu təsdiqləməsi Kremli cavabsız qoymayıb. Belə ki, şimal qonşumuz da öz ənənəsinə sadiq qalaraq Vaşinqtona qarşı adekvat addımlar atıb. Ancaq mənfi tendensiya ondan ibarətdir ki, iki güc mərkəzinin mövqe savaşı Cənubi Qafqaz fonunda baş verir.
Bu gün Ay tutulması baş verəcək
Bu gün Yer sakinləri növbəti Ay tutulmasının şahidi olacaqlar. Budəfəki ay tutulmasının digərlərindən fərqi Ayın qırmızı rəng almasıdır. Bu hadisə “qanlı Ay” kimi tanınır. Beləki, həmin gün 2 saat ərzində Ay Yer kürəsinin şimalından keçərək planetimizə bir qədər də yaxınlaşacaq. Nəticədə Ay öz dörddə bir hisəsini planetimizin kölgəsində buraxacaq. Bu zaman Günəş şüaları Yerin atmosferini keçərək göy və bənövşəyi rəngləri aradan götürüb, Ayı qırmızı rəngə boyayacaq.














