Gündəm

Azərbaycan millisi İtaliya və Almaniya ilə qarşılaşacaq

7 Avqust 2017 14:05

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Macarıstanın Siofok şəhərində Avropa çempionatının birinci seçmə mərhələsində, Almaniyanın Varnemunde şəhərində isə qitə birinciliyinin ikinci seçmə mərhələsində iştirak edəcək.

ABŞ bu ölkəni Rusiya ilə müharibəyə hazırlayır - Moskvadan ŞOK İDDİA

7 Avqust 2017 14:01

ABŞ tanınmamış “Dnestryanı Moldova Respublikası” ilə yeni münaqişə üçün Moldovada diversantlar və xüsusi təyinatlı dəstələrin hazırlığına başlayır. Bu haqda Rusiya baş nazirin müavini Dmitri Roqozin Feysbuk səhifəsində yazıb. Hərbi hazırlıq Bulboak hərbi bazasının ərazisində keçiriləcək. Moldova tərəfi ilə imzalanan müqavilənin məbləği 250 min dollara çatır. Hərbi baza “Dnestryanı Moldova Respublikası”nın “paytaxt”ı Tiraspolun bir neçə on kilometrliyində yerləşir.

Brüssel “Breksit”in Avropa İttifaqına zərərini açıqladı

7 Avqust 2017 14:00

Böyük Britaniyanın çıxışı Avropa İttifaqının büdcəsini 12 milyard avrodan məhrum edəcək. Bu haqda Almaniyanın “Bild” nəşrinə Avropa İttifaqı Komissiyasının büdcə üzrə komissarı Günter Ettinger deyib. Onun sözlərinə görə, Britaniyanın Avropa İttifaqından çıxmasından sonra digər üzv ölkələr qurumun büdcəsinə daha yüksək məbləğ ödəməli olacaqlar.

"Real Madrid" UEFA Superkuboku üçün 24 futbolçu sifariş edib

7 Avqust 2017 13:56

"Real Madrid" avqustun 8-i "Mançester Yunayted"lə UEFA Superkuboku görüşünə çıxacaq. Madrid klubu oyunun iştirak ərizəsinə Kriştianu Ronaldunun adını da daxil edib. Portuqaliyalı ulduz 2017-Konfederasiayalar Kubokunda milli komandaya kömək etdiyindən "Real"ın mövsümöncəsi hazırlıq turnesinə qatılmamışdı.

Azərbaycanlı hakerlər Qarabağa turlar təşkil edən erməni saytlarını dağıtdılar

7 Avqust 2017 13:54

Azərbaycanlı hakerlər bir sıra erməni saytlarını dağıdıblar. Bu barədə "Armenpress" saytına müsahibə verən ekspert Samvel Martirosyan bildirib.  Onun sözlərinə görə, türk hakerlər azərbaycanlı hakerləri dətəkləməklə yeddi erməni saytına hücum təşkil edib. 

DİQQƏT! “Facebook” və “Instagram”da problemlər yarandı

7 Avqust 2017 13:53

"Facebook" və "Instagram" sosial şəbəkələrində texniki qüsurlar yaranıb. Bu barədə sosial şəbəkələrin istifadəçiləri saytların rəhbərliklərinə müraciət edib.

Biləsuvar kanalında meyit tapıldı

7 Avqust 2017 13:49

Biləsuvar rayonu ərazisində kanalda meyit aşkarlanıb. Bu haqda Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumatda bildirilib. FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Biləsuvar rayonu ərazisində kanalda meyit aşkarlanıb.

2 uşaq dənizdə batıb

7 Avqust 2017 13:47

Bakı şəhərində iki uşaq dənizdə boğulub. “Olaylar” DİN-nin yaydığı məlumata istinadən məlumat verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb. 1995-ci il təvəllüdlü Sultan Ələkbərov və 2009-cu il təvəllüdlü Nihad Məmmədov dənizdə çimərkən boğularaq ölüblər. Faktla bağlı araşdırma aparılır.

DGK xətti ilə dövlət büdcəsinə daxilolmalar artıb

7 Avqust 2017 13:46

Bu ilin iyul ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 256 milyon 610,4 min manat təşkil edib. Komitənin mətbuat xidmətindən “Olaylar”a  verilən məlumata görə, 2016-cı ilin müvafiq ayı ilə müqayisədə daxilolmalar 68 milyon 819,76 min manat və ya 37,38 faiz artıb.

İsrail ordusu həbs etdiyi uşaqları pul qarşılığında ailələrinə qaytardı

7 Avqust 2017 13:45

İsrail əsgərləri işğal altında olan Qərb Şəriyədəki müxtəlif bölgələrdə 13 fələstinlini həbs etdiklərini bildiriblər. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, İsrail ordusunun yazılı bir bəyanatında Qərb Şəriyədəki Kefr Haris, Deyr Kaddis yataqları, Tefuh və Sair bölgələrində  əməliyyat həyat keçiriblər. Bəyanatda qeyd olunur ki, 10 fələstinli terror aktlarına cəlb olunmaqda həbs olunub. Saxlanılanlar arasında  18 yaşına çatmamış 3 uşağın olduğu bildirilir. Uşaqların ailələrinin hər birindən 700 dollara alaraq, sərbəst buraxıldığı söylənilir.

Şamaxıda PARTLAYIŞ

7 Avqust 2017 13:41

Şamaxı rayonunda evdə partlayış olub. Hadisə rayonun Şəhriyar qəsəbəsində baş verib. Qəsəbə sakini, 1970-ci il təvəllüdlü Abasxani Xədicə Əli qızı yaşadığı evin hamam otağında kustar üsulla hazırlanmış su qızdırıcısını işə salmaq istəyərkən ehtiyatsızlığa yol verib.

Ölü dillərin lüğəti nəşr edildi

7 Avqust 2017 13:40

90 illik araşdırmalardan sonra qədim Mesopotamiyanın unudulmuş dillərinin izahlı lüğəti nəşr edilib. 2000 ildən çox istifadə edilməyən Akkard dillər qrupunun Aşur və Babil dialektlərinin izahlı lüğəti işıq üzü görüb.

Dubayda daha bir hoteldə YANĞIN

7 Avqust 2017 13:37

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin turistlər arasında populyar olan "Dubai Marina" rayonunda hotellərin birində yanğın baş verib. "Movenpick Hotel Jumeirah Beach Residence" hotelində başlayan yanğının qarşısı alınıb. Hotel rəhbərliyi hadisə nəticəsində xəsarət alanların olmadığını bildirib. Hazırda yanğının səbəbləri araşdırılır.

Gözəllik müsabiqəsinin qalibinə şok

7 Avqust 2017 13:36

Bu il İraqın ən gözəl qızı seçilən kürd əsilli Viyan Amir Nuri Süleyman böyük şokla üzləşib. Model evli olduğunu gizlədərək yarışmaya qatılıb. Lakin müsabiqə bitəndən sonra onun evli olduğu üzə çıxdığı üçün birincilik və tacı əlindən alınıb.

Kamran Həsənlinin ölkədən çıxışına qadağa qoyuldu

7 Avqust 2017 13:32

Müğənni Samir Piriyevlə teleaparıcı Kamran Həsənli arasında səngiyən soyuq müharibə yenidən alovlanıb. Məsələ ilə bağlı açıqlama verən Samir Piriyevin vəkiliCeyhun Yusifov yaxın günlərdə mətbuat konfransı keçirəcəklərini bildirib: "Kamran Həsənli elə bilməsin ki, bu iş unudulub. Xeyr, yaxın vaxtlarda mətbuat konfransı keçirib, baş verənləri ictimaiyyətə çatdıracağıq. Kamran Həsənlinin himayədarları bu məsələni nə qədər ört-basdır etməyə çalışsalar da, xeyri olmayacaq. Necə ola bilər ki, beş min manat faizə görə kimsə cəzalandırılır, amma yüz min manat ortada batır? Hələ də pul geri qaytarılmayıb. Əsas odur ki, Kamranla bacısı Gülər xanımın ölkədən çıxışına məhdudiyyət qoyulub. Onlar heç yerə gedə bilməzlər".