Gündəm

Amerikada məscidə bomba atdılar

7 Avqust 2017 14:48

Amerika Birləşmiş Ştatlarının Minnesota ştatının Bluminqton şəhərindəki məscidə naməlum şəxslər və ya şəxs tərəfindən bomba atılıb. İslam Mərkəzinin məscidinin imamının kabinetinə pəncərədən əl bombası atılıb.

Almaniya prezidenti Türk şirkətində işə girdi?

7 Avqust 2017 14:44

Almaniyanın sabiq prezidenti Krisitan Vulf məhşur Türk YARĞICI şirkətində işə başlayıb. Olay Almaniyada böyük qalmaqala səbəb olub. Kristian Vullf YARĞICInın Almaniya şöbəsində hüquq müşaviri vəzifəsini tutacaq. Bir çox yayım orqanı sabiq prezidentin bu addımını istehzalı məqalə və yazılarla işıqlandırıb. Hələik Kristian Vulf və YARĞICI şirkətindən hər hansı bir rəsmi açıqlama gəlməyib. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.

İŞİD-in İstanbulla bağlı dəhşətli planın QARŞISI ALINDI

7 Avqust 2017 14:40

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) ilə Daxili İşlər Nazirliyinin kəşfiyyat və terrorla mübarizə qrupları İstanbulda İŞİD terror təşkilatına qarşı birgə əməliyyat keçirib. Əməliyyatın gedişatında xarici ölkələrin vətəndaşları olan 5 nəfər saxlanılıb. Xəbərə görə, şübhəlilər İstanbula terror aktları törətmək üçün gəlmişdilər. İŞİD üzvləri ilə əlaqədar araşdırma davam edir.

Kaliforniyada erməni cinayətkar dəstəsi həbs edildi

7 Avqust 2017 14:39

Kaliforniya polisi aralarında ermənilərin olduğu narkotik ticarəti ilə məşğul olan 12 nəfərlik cinayətkar dəstəni həbs edib.  Məlumatda qeyd olunub ki, həbs edilən ermənilər Kaliforniyada cinayətkar qruplarla birgə milyonlarla dollar dəyərində kütləvi narkotik satışı həyata keçiriblər.  Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkar fəaliyyətlə məşğul olan daha iki şübhəlinin axtarışındadır.  Araşdırmalara görə, Brbenkdə yaşayan 52 yaşlı Armen Simonyan və 66 yaşlı Qrişa Sayadyan bir neçə saxta tibb müəssisəsi açaraq qeyri-qanuni əməliyyatlar icra ediblər. 

Gürcüstana qanunsuz yolla dəniz məhsulları daşıyan Ermənistan vətəndaşı saxlanılıb

7 Avqust 2017 14:37

Gürcüstana 10 tondan çox diri xərçəng və bir ton hissə verilmiş balığı qanunsuz keçirən Ermənistan vətəndaşı saxlanılıb.  Qaçaqmal Ermənistanla sərhəddə yerləşən “Sadaxlı” gömrük-keçid məntəqəsində aşkar olunub. 

Sabahdan magistraturanın boş qalan yerlərinə ixtisas seçimi başlayır

7 Avqust 2017 14:36

Sabahdan ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına boş qalan yerlərə ixtisas seçimi başlayır. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, ixtisas seçimi 8 – 14 avqust tarixlərində həyata keçiriləcək. DİM-in nəşr etdiyi "Magistr" jurnalının 6-cı nömrəsində 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul haqqında elan, müsabiqə şərtləri, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi üçün təlimat, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nin nümunəsi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerləri olan ixtisaslaşmalarının siyahısı, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbulun proqnozu və digər zəruri məlumatlar təqdim olunub.

Üç santimetri keçməməlidir - Tacikistanda imamlara qəribə QADAĞA

7 Avqust 2017 14:33

Tacikistan hakimiyyəti imamlar üçün saqqalın maksimal uzunluğunu müəyyən edib. Bu haqda “kazislam.kz” internet resursu yazıb. Yeni qaydaya görə, saqqal üç santimetri keçməməlidir. Bunun ənənəyə və ölkənin mədəniyyətinə uyğun olduğu bildirilir. 2012-ci ildə tətbiq edilən qaydaya əsasən isə saqqal yumruğun ölçüsündən böyük olmamalı idi.

Kənd təsərrüfatının inkişafında tütünçülük, baramaçılıq, fındıqçılıq, üzümçülük, pambıqçılıq kimi sahələr xüsusi yer tutur

7 Avqust 2017 14:28

Azərbaycanın hər bir regionu üçün onun özünəməxsus sahələrinin inkişaf etdirilməsi, bu sahələr üzrə istehsalın artırılması istiqamətində son illər məqsədyönlü tədbirlər həyata keçirilir. Sevindirici hal ondan ibarətdir ki, artıq müsbət irəliləyişlər də nəzərə çarpır. Aran bölgəsi üzrə pambıqçılıq, şimal zonasında meyvəçilik, şimal-qərb regionunda baramaçılıq, tütünçülük və fındıqçılığın inkişaf etdirilməsi daxili tələbatı ödəməklə yanaşı, ölkəmizin ixrac potensialını da artırır.

Nazir: "Türkiyədən pomidor almayacağıq"

7 Avqust 2017 14:26

Rusiya Türkiyədən pomidor idxal etməyə hazır deyil və gələcəkdə də bunu etmək niyyəti yoxdur. Bunu Rusiya televiziyasına müsahibəsi zamanı Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçov deyib.

Bakıda futvole üzrə beynəlxalq turnirə yekun vurulub

7 Avqust 2017 14:25

Azərbaycan Futnet Assosiasiyasının (AFNA) təşkilatçılığı ilə keçirilən beynəlxalq futvole yarışları sırasına daxil olan "Baku World Open" turnirində qaliblər müəyyənləşib. İki gün davam edən turnirdə yarış kişilərdən ibarət komandaların oyunları ilə davam edib. Qrup mərhələsi çərçivəsində keçirilən matçların sonunda Azərbaycan, Rusiya, Hollandiya və İran yarımfinala vəsiqə qazanıb.

YAP-dan Nail Allahverdiyevin həbsinə REAKSİYA

7 Avqust 2017 14:21

Yeni Azərbaycan Partiyası (YAP) hakim partiyanın sədr müavini və baş nazirin müavini Əli Həsənovun Bakıda dəhşətli qəza törədən nəvəsi Nail Allahverdiyevin həbsinə münasibət bildirib.

Gürcüstan-Rusiya münaqişəsinin region üçün təhlükəsi

7 Avqust 2017 14:13

2008-ci ilin avqustunda baş vermiş Rusiya-Gürcüstan müharibəsi çoxdan bəri bölgədə “dondurulmuş” münaqişələr haqqında elmi diskussiyaya predmetinə çevrilmişdir. Postsovet məkanı, Qərb və Rusiya alimləri 2008-ci il hadisələrinin səbəb və nəticələrini, ayrı-ayrı aspektlərini və kənar aktorların bölgədə rolunu ətraflı təhlil edirlər. Bir sıra müəlliflər regional münaqişələrlə enerji təhlükəsizliyi məsələlərinin qarşılıqlı əlaqəsini xüsusi qeyd edirlər.

Ölkəmizin xarici məhsullardan asılılığını azaltmaq əsas hədəfdir

7 Avqust 2017 14:10

Artıq bir neçə ildir ki, Prezident İlham Əliyev respublikanın müxtəlif regionlarına səfərləri zamanı həmin zonaya xas olan sahələrin inkişaf etdirilməsi məqsədilə regional müşavirələr keçirir, dövlət qurumları, iş adamları, sahibkarların iştirakı ilə mühüm müzakirələr aparır. Ötən müddət ərzində Saatlı və Sabirabad rayonunda pambıqçılığın inkişaf etdirilməsi, Yevlaxda qeyri-next ixracatçıları ilə keçirilən müşavirələr buna misaldır. Bu günlərdə isə dövlət başçısı respublikanın şimal-qərb zonasına səfəri zamanı baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafına həsr olunmuş müşavirə keçirdi. Müşavirədə qeyd edilən sahələrin daha da inkişafının zəruriliyi qeyd edilməklə yanaşı, müvafiq dövlət qurumları, iş adamlarına müəyyən tapşırıq və tövsiyyələr də verildi. Qaxda keçirilən müşavirədən ümumi gəlinən qənaət ondan ibarət idi ki, qarşıda duran əsas vəzifələrdən biri ərzaq təhlükəsizliyi və ixrac potensialının artırılmasıdır. Bu sahədə Azərbaycanda   böyük potensial var və növbəti illərdə görüləcək tədbirlər nəticəsində Azərbaycan böyük ixrac potensialına malik olacaq.

Ukrayna Rusiya ilə sərhəddə "aşılmaz divar" tikir

7 Avqust 2017 14:09

Ukrayna Rusiya ilə sərhəddə dəmir sədlərin çəkilməsinə ildə 500 milyon qrivn xərcləyir. Bunu Ukrayna Sərhəd Xidmətinin Rəisi Pyotr Çiqikal bildirib. Onun sözlərinə görə, qeyd olunan rəqəmlər il üçün yalnız lazım olan vəsaitin 55 faizini təşkil edir. Bundan əlavə 274,6 kilometr tank əleyhinə arx, 47.1 kilometr nəzarət zolağının hazırlanması nəzərdə tutulub.  May ayında Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov Ukraynanı Rusiya ilə sərhəddə "aşılmaz divar" qurmağa çağırmışdı. Ukrayna Ali Radasının birinci müavini Borislav Bereza isə həmin "aşılmaz divar"ı bostan çəpərinə bənzətmişdi. O, hətta bu çəpərin nəinki düşməni, heç vəhşi dovşanın belə önünü kəsə bilməyəcəyini vurğulamışdı. 

Bu torpaqlar İsrailə satılacaq - Gizli sövdələşmənin DETALLARI

7 Avqust 2017 14:07

İsrail Sinay yarımadasında bəzi bölgələri almaq üçün Misirə müraciət edib. Saytın xəbərinə görə, Təl-Əviv - Qahirə arasında Sinay yarımadası ilə əlaqədar aparılan sövdələşməyə dair detalları öyrənən Misirin “Əl-Masriyun” qəzeti təhlükəsizlik güclərinin basqınına məruz qalıb. Sövdələşməyə dair xəbər isə “The New Arab” tərəfindən dərc edilib. “El-Masriyun” qeyd edir ki, iqtisadiyyatı böhran vəziyyətində olan Misirə İsrail tərəfindən edilən təklif olduqca cəlbedici görünür.