Nazir: "Türkiyədən pomidor almayacağıq"

Rusiya Türkiyədən pomidor idxal etməyə hazır deyil və gələcəkdə də bunu etmək niyyəti yoxdur. Bunu Rusiya televiziyasına müsahibəsi zamanı Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçov deyib.

Rusiya Türkiyədən pomidor idxal etməyə hazır deyil və gələcəkdə də bunu etmək niyyəti yoxdur. Bunu Rusiya televiziyasına müsahibəsi zamanı Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçov deyib.

Onun sözlərinə görə, Türkiyədən idxal dayandırıldıqdan sonra Rusiya bazarının pomidor və digər tərəvəzlərlə təmin olunması üçün yerli biznes təşviq edilib. Nazir əlavə edib: "Bu prosesdən geri qayıtmaq yerli istehsalçılara qarşı ədalətsizlik olardı".

Qeyd edək ki, Rusiya və Türkiyə arasında Türkiyə pomidorlarının Rusiyaya məhdud tədarükü üzrə danışıqlar avqustun 18-ə planlaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31