Amerikada məscidə bomba atdılar

Amerika Birləşmiş Ştatlarının Minnesota ştatının Bluminqton şəhərindəki məscidə naməlum şəxslər və ya şəxs tərəfindən bomba atılıb. İslam Mərkəzinin məscidinin imamının kabinetinə pəncərədən əl bombası atılıb.

Amerika Birləşmiş Ştatlarının Minnesota ştatının Bluminqton şəhərindəki məscidə naməlum şəxslər və ya şəxs tərəfindən bomba atılıb. İslam Mərkəzinin məscidinin imamının kabinetinə pəncərədən əl bombası atılıb. Partlayış nəticəsində binada yanğın baş verib . Binada ciddi xəsarətlərin olduğu gələn xəbərlər sırasındadır. Bomba atan şəxsin, yaxud şəxslərin olay yerindən avtomobillə surətlə uzaqlaşdığı bildirilir. Hadisə ilə əlaqədar FTX (FBI) cinayət işi açıb məscidə hücum edənlərin yerini xəbər verəcək şəxsə isə 20 min dollar miqdarında mükafat veriləcək. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31