Gündəm

Bu gün əsla BUNLARI ETMƏYİN! - Ay tutulmasının bürclərə İNANILMAZ TƏSİRİ

7 Avqust 2017 15:40

Ay tutulması baş verən günlər tarixin ən əlamətdar hadisələri siyahısındadır. Bu təbii hadisələrin dərin mənası var və onlar insan taleyini müsbət yöndə dəyişə bilər. Bizdən tələb olunan tək şey bu təbiət hadisəsi zamanı yaranan güclü enerjini zərərimizə deyil, xeyirimizə istifadə etməkdir.

ABŞ Ermənistana hansı xəbərdarlığı edib?

7 Avqust 2017 15:38

Son vaxtlar Ermənistanda Rusiyanın asılılığından qurtularaq Qərbə doğru yeni inteqrasiya yolunu tutması ətrafında səslənən fikirlər istər ölkə rəhbərliyində, istərsə də müxtəlif dairələrdə ən çox mübahisə predmetli mövzuya çevrilib. Xüsusilə, Qərb meylli siyasətdə aparıcı rola malik olan ABŞ-ın dövlət rəsmilərinin Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi bir ərəfədə Ermənistan tərəfi ciddi təlaşlar keçirməyə başlayıb. Əbəs yerə deyil ki, Ermənistan prezidenti Serj Sarkisyan “yeni ideyası” çərçivəsində İran qazının ölkəsi üzərindən Avropaya çatdırılması planını irəli sürməklə, Qərb qarşısında nüfuz formalaşdırmağa çalışıb. Ancaq bu ideyanın reallaşdırılması uzun müddət tələb etməklə yanaşı, Avropanın siyasi dairələri tərəfindən hələ ki, ciddi qəbul edilmir. Çünki ortada Rusiya faktoru var və Ermənistan Rusiyanın vassalı olaraq öz vədinə xilaf çıxmayacağını kimsəyə sübut edə bilməz. Görünür, ABŞ da ümumilikdə Qərb siyasətinin avanqard gücü kimi öz şərtlərini irəli sürüb və nəticəsini gözləyir.

Röyadan çaşbaş salan paylaşım: "Gedəcəyəm, göylər məni çağırır..."

7 Avqust 2017 15:33

Müğənni Röya əhvalı qısa zaman ərzində sürətlə dəyişən məşhurlardandır. Bunu müğənninin sosial şəbəkə hesabından da sezmək çətin deyil. Sevilən xanım sənətçi sosial şəbəkədə ötən gün etdiyi bir paylaşımın şərh bölümünə  "Gedəcəyəm, göylər məni çağırır... Daha yerdə gəzmək olmur, əzizim" qeydi ilə onu təqib edənləri çaşbaş salıb.

Evdən 5 min manatlıq qızıl oğurlayan ələ keçib

7 Avqust 2017 15:29

Şəmkirdə evdən 5 min manatlıq qızıl oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 4-də rayon ərazisindəki evlərdən birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən rayon sakini Telli Əliyeva saxlanılıb.

Mənzili qarət etdi, sonra evə od vurdu

7 Avqust 2017 15:28

Cəlilabadda oğru mənzili qarət etdikdən sonra evə od vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Əmrah Hüseynova məxsus evdən qızıl əşyalar oğurlayıb evi qəsdən yandırmaqda şübhəli bilinən Bəcrəvan kənd sakini Afiq Əliyev tutulub.

XİN rəsmisi Kosta-Rika müvəqqəti işlər vəkilini qəbul edib

7 Avqust 2017 15:27

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə Kosta-Rikanın Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkilini qəbul edib. Bu barədə XİN-dən “Olaylar”a verilən məlumata görə, müvəqqəti işlər vəkili Jairo Lopez Bolanos müvafiq təyinatı və Kosta-Rikanın Azərbaycan Respublikasında səfirliyinin açılması ilə əlaqədar olaraq Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanzın Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova ünvanlanmış məktubunu təqdim edib. Görüşdə Azərbaycan və Kosta-Rika arasında dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

FHN xilasedicilərinin meyiti sudan çıxarmaq üçün 5000 manat tələb edib?

7 Avqust 2017 15:20

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə avqustun 5-də saat 19:55 radələrində İmişli rayonundakı Çaxırlı kəndi ərazisində kanalda çimərkən 1992-ci il təvəllüdlü Nağıyev Elvin Oktay oğlunun batması haqqında məlumat daxil olub.

Nəvəsini su quyusuna atan nənə həbs olundu

7 Avqust 2017 15:15

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda nənənin nəvəsini öldürməsi faktı ilə bağlı rəsmi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, polis və prokurorluq orqanları tərəfindən həyata keçirilən istintaq və əməliyyat tədbirləri nəticəsində bu il iyulun 30-da Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyevin 5 günlük qızını su quyusuna atmaqda şübhəli bilinən Ş.Nuriyevin anası Atifə Nuriyeva tutulub.

Jurnalistin atasını maşınla vurub öldürən sürücü hələ də azadlıqdadır

7 Avqust 2017 15:13

Keçən il fevralın 14-də Bakının Nərimanov rayonu ərazisində avtomobil qəzasına düşən və həmin vaxtdan komada olan müəllim, yazıçı-publisist Əli Əliyevi vuran sürücü hələ də azadlıqdadır.

Darina Moskalenko Avropa çempionatında 6-cı oldu

7 Avqust 2017 15:06

Azərbaycanın Triatlon üzrə yığmasının üzvü Darina Moskalenko Macarıstanın Velense şəhərində keçirilən gənclər arasında (U-23) Avropa çempionatında 6-ci yerə layıq görüldü. 750 metrlik su məsafsini idmançımız 10:31 vaxt çərçivəsində başa vurub. Ardınca isə 20 kilometrlik velodistansiyanı 33:28 nəticəsilə qət edib.

Vergilər Nazirliyindən müğənnilərə yeni müraciət

7 Avqust 2017 15:03

Vergilər Nazirliyi müğənniliklə məşğul olan şəxslər üçün yeni bildiriş-müraciət yayıb.

Hirkan Milli Parkında yanğın baş verib

7 Avqust 2017 15:04

Avqustun 7-də saat 13.00 radələrində Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.Yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Deputat özünü ASDI

7 Avqust 2017 14:54

Qazaxıstanın Jambılsk vilayət məclisinin deputatı, “NK KTJ” Səhmdar Cəmiyyətinin filialının 56 yaşlı direktoru Kayrat Terlikbayevin cəsədi asılmış vəziyyətdə aşkar edilib. Bu haqda vilayətin prokuroru Aydos Maylıbayeva bildirib. Hadisə avqustun 5-ində səhər saatlarında baş verib.

Akif Çovdarov və digərlərinin cinayət işi üzrə sənədlərin tədqiqi mərhələsi başa çatıb

7 Avqust 2017 14:53

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədiqiqi mərhələsi başa çatıb. Cinayət işində olan sənədlər hakim tərəfindən elan edilib. İclasda çıxış edən A. Çovdarov əmlakı barəsində geniş izahat verib. O bildirib ki, üzərinə həbs qoyulan əmlakın 99 faizi ona məxsus deyil. A. Çovdarov bir bağı və bir evinin olduğunu deyib, qohumların əmlakı üzərinə həbs qoyulduğunu bildirib.

Sərnişin avtobusunda qadına qarşı əxlaqsızlıq təhlükəsizlik kamerasına düşdü

7 Avqust 2017 14:50

İtalyanın Torino şəhərində avtobusda bir qadına təcavüz etməyə çalışdığı deyilən şəxs qadına qarşı fiziki təmasda olmadığı üçün barəsində "sərbəst qalma" qərarı verilib. Keçən ilin oktyabr ayında yaşanan hadisədə Torinoda şəhərində bir avtobusda oturan qadının yanında ayaq üstə dayanan 27 yaşlı şəxs masturbasiya (Öz intim ehtiyacını özünün ödəməsi) etdikdən sonra avtobusdan enib. Qadın onun bu hərəkətindən şübhəlinin avtobusdan enməsindən sonra üzərindəki mayeni fərq etməsiylə xəbər tutub.