Mənzili qarət etdi, sonra evə od vurdu
Cəlilabadda oğru mənzili qarət etdikdən sonra evə od vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Əmrah Hüseynova məxsus evdən qızıl əşyalar oğurlayıb evi qəsdən yandırmaqda şübhəli bilinən Bəcrəvan kənd sakini Afiq Əliyev tutulub.
7 Avqust 2017 15:28 SosialCəlilabadda oğru mənzili qarət etdikdən sonra evə od vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Əmrah Hüseynova məxsus evdən qızıl əşyalar oğurlayıb evi qəsdən yandırmaqda şübhəli bilinən Bəcrəvan kənd sakini Afiq Əliyev tutulub.