Gündəm

17 yaşlı qızın ölümü 6 nəfərin yaşamağına səbəb oldu

7 Avqust 2017 16:28

Türkiyənin Hatay vilayətində evlərinin eyvanından yıxıldıqdan sonra ölən 17 yaşlı Kübra Nur Coşkunun bağışlanan orqanları 6 xəstəni həyata qaytarıb.  Həkim olmaq xəyalları quran Kübra Nur Coşkun bunu bacarmasa da 6 xəstənin sağlamlığına qovuşmasında səbəbkar olub. 28 iyul günü ailəsiylə birlikdə yaşadığı evlərinin eyvanından yıxılaraq ağır yaralanan 17 yaşlı Kübra Nur Coşkun xəstəxanaya çatdırılıb.

Nazir əmr imzaladı

7 Avqust 2017 16:22

Təhsil naziri Mikayıl Cabbarovtam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2017-2018-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.

9 yaşındakı uşaq iş üçün  NASA - ya  müraciəti etdi

7 Avqust 2017 16:22

ABŞ-ın Nyu – Cersi ştatında yaşayan 9 yaşındakı Jack Davis NASA-nın "planet qoruma məmuru" bölməsinə iş elanı ilə  müraciət edib. “Olaylar” “Milliyet" - ə istinadən bildirir ki, NASA-nın internet saytında nümayiş olunan Davisin "Sevgili NASA" deyə başlıqlı məktubu belədi: "Adım Jack Davis və planet qoruma məmurluğu mövqesinə müraciət edərək, iş istəyirəm. 9 yaşında ola bilərəm amma bu iş üçün uyğun olduğumu düşünürəm. Bunun səbəblərindən biri bacımın mənə 'yadplanetli' deyə səslənməsidi."

Əmək Nazirliyinin elektron xidmətlərinə 5 milyon 970 min 381 müraciət qeydə alınıb

7 Avqust 2017 16:21

Azərbaycan Respublikası Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə müraciətlərin sayı ötən ay da artmaqda davam edib. Belə ki, cari ilin iyul ayında nazirliyin e-xidmətlərinə əvvəlki iyun ayı ilə müqayisədə 27,3 faiz çox, yəni  780 152 müraciət qeydə alınıb və bu da ötən ay “Elektron hökumət” portalına ümumi müraciətlərin (2 501 008 müraciət) 31,2 faizini təşkil edib.

Çində 190 minə yaxın adam təxliyə olunub

7 Avqust 2017 16:13

Çinin şimal-şərqindəki Lyaonin əyalətində aramsız yağan yağışlar nəticəsində daşqın baş verib. Daşqınlarla əlaqədar 190 minə yaxın adam yaşayış yerlərindən təxliyə olunub. Ümumilikdə təbiət hadisəsi 570 min sakinə təsir göstərib. Minə yaxın ev və 66 min hektardan çox əkin sahəsi ziyan görüb. Avtomobil yollarının su altında qalması və telefon xətlərinin sıradan çıxması nəticəsində bəzi yaşayış məntəqələri ilə əlaqə kəsilib.

Rusiyanın məşhur teleaparıcısının işdən ayrılma səbəbi bilindi

7 Avqust 2017 16:08

Rusiyanın Birinci telekanalının aparıcısı, ölkənin ən reytinqli jurnalistlərdən sayılan Andrey Malaxov işdən çıxmaqla bağlı ərizə yazıb. Aparcının həyat yoldaşı Natalya Şkuleva hamilə olduğu üçün aparıcı xanımının yanında olmağa qərar verib. Malaxovun həmçinin, telekanalın prodüserləri ilə də gərgin münasibətlərinin olması onun Birinci kanaldan gedişinə səbəb olub.

Müasir tarixdə miqrasiya prosesi haqqında

7 Avqust 2017 16:00

Öz gərginliyi, ziddiyyətləri, mövcud problemlərinin xarakteri və miqyası baxımından XXI əsrin ilk onilliklərinin beynəlxalq münasibətlər tarixində özünəməxsus yer tutacağı şübhəsizdir. Hər halda, beynəlxalq aləmdə böyük dövlətlərin kəskin geosiyasi, siyasi, iqtisadi, mədəni və digər sahələrdə apardıqları rəqabətdə yeni status almış aktorların - transmilli korporasiyaların, müxtəlif QHT-lərin, mətbuat orqanlarının, terror təşkilatlarının ciddi təsirə malik olan oyunçulara çevrilməsi əvvəlki dövrlərdə indiki qədər açıq və qabarıq şəkildə müşahidə olunmamışdır.

Damla 500 manata görə Manaf Ağayevi aldatdı - "Sənin kim olduğunu deyəcəm..."

7 Avqust 2017 15:59

Müğənni Damla yenidən toyla bağlı qalmaqalla yadda qalıb. Müğənni dünən "Neolit" restoranında baş tutan toy üçün beh alsa da, toya gəlməyib. Müğənnilər Şəbnəm Əsədova və Manaf Ağayevin iştirak etdiyi toyda Damla bir saat çıxış üçün 1500 manat tələb edərək, 500-nü beh kimi öncədən alıb. Toya gəlmədiyi üçün qəzəblənən ev yiyəsi Damlaya görə beh verdiyi müğənni Manaf Ağayevlə mübahisə edib və bu azmış kimi toy qonorarını ödəməyib.  

Azərbaycan mətbuatı üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir

7 Avqust 2017 15:55

Azərbaycanda mətbuatın inkişafı, onun müstəqilliyinin təmin olunması istiqamətində dğövlət tərəfindən ən zəruri addılar atılıb və hazırda da atılmaqdadır. Məhz azad medianın, fikir və söz azadlığının təmin olunması istiqamətində atılan addımlar müstəqil mətbuatın dayanıqlığını təmin edib. Mətbuat da öz növbəsində üzərinə düşən vəzifələrin icrası baxımından fəallıq nümayiş etdirir.

Gürcüstanda ana və övladının ölümünə səbəb olmuş Ermənistan vətəndaşını 10 ilədək həbs gözləyir

7 Avqust 2017 15:51

Gürcüstanda ana və azyaşlı övladının ölümü ilə nəticələnmiş yol qəzasını törətmiş Ermənistan vətəndaşını 10 ilə qədər həbs cəzası gözləyir. 

Rusiya-Ermənistan birləşmiş qoşunu işə başladı

7 Avqust 2017 15:49

Ötən gün avqustun 6-dan etibarən Rusiya ilə Ermənistan  birləşmiş qoşun qruplaşmasının yaradılmasına dair razılaşma qüvvəyə minib. Razılaşmanın avqustun 6-dan etibarən qüvvəyə minməsinə dair fərmanı Rusiya prezidenti Vladimir Putin iyulun 26-da imzalamışdı. Barəsində çoxdandır müzakirələr gedən bu razılaşmanın əslində nəyə hesablandığı hələ də tam aydın deyil. Çünki onsuz da Ermənistan ərazisində Rusiyanın hərbi bazası, iri qoşun qruplaşması mövcuddur. Habelə bu iki ölkə arasında hərbi müttəfiqlik barədə müqavilə Ermənistanın sərhədlərinin və təhlükəsizliyinin qorunmasının Rusiya tərəfindən uzunmüddətli təminatını nəzərdə tuturdu.

Başqırdıstanda MATƏM elan edildi

7 Avqust 2017 15:47

Rusiyada Başqırdıstanın Uquzevo kəndində baş vermiş yanğın nəticəsində 9 nəfər həlak olub. Fərdi yaşayış evində baş vermiş yanğına elektrik naqilinin nasazlığı səbəb olub. Həlak olanlardan 5 nəfərin azyaşlı olduğu bildirilib. Hadisə ilə əlaqədar Başqırdıstanda birgünlük matəm elan olunub.

3-cü mərtəbədən yıxılan azyaşlı sağ qaldı

7 Avqust 2017 15:46

Bakıda 2 yaşlı uşaq binadan yıxılıb. Məlumata görə, hadisə Xətai rayonu, Gəncə prospekti ev 115 ünvanında qeydə alınıb. Doqquz mərtəbəli binanın 3-cü mərtəbəsində yaşayan, 2015-ci il təvəllüdlü Emil Əli oğlu Abbaszadə eyvandan yıxılıb. Nəticədə o xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

"Güclü valideyn, güclü gələcək" adlı maarifləndirmə tədbirləri keçiriləcək

7 Avqust 2017 15:44

"Gənc Vətəndaş" İctimai Birliyi Ailə Hüquq Akademiyası layihəsi çərçivəsində "Güclu valideyn, güclü gələcək" maarifləndirmə tədbirlərinə başlayır. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı İctimai Birliyin sədri Günel Səfərova verib. Bildirib ki, layihə çərçivəsində sentyabr ayından etibarən sırf valideynlərə yönəlik tədbirlər təşkil olunacaq. Layihədə valideyn məsuliyyətini artırmaqla yanaşı uşaqları zorakılıqdan, təhlükələrdən qorumaq yolları haqqinda biliklər veriləcək. Psixoloq və sosial işçilər tərəfindən aparılacaq kurslarda hər iki valideynin iştirakı mütləqdir.

Pambıqçılığın inkişafına dövlət dəstəyi kifayət qədər böyükdür

7 Avqust 2017 15:42

“Ölkədə qeyri-neft sektorunun sürətli inkişafını müəyyən edən iqtisadi strategiyaya uyğun olaraq pambıqçılığın inkişafına xüsusi diqqət yetirilir. Pambıq xammmal şəkilində satılaraq valyuta gətirməklə yanaşı, həm də yüngül sənayenin inkişafında xüsusi əhəmiyyət kəsb edir”.