Gürcüstanda ana və övladının ölümünə səbəb olmuş Ermənistan vətəndaşını 10 ilədək həbs gözləyir

Gürcüstanda ana və azyaşlı övladının ölümü ilə nəticələnmiş yol qəzasını törətmiş Ermənistan vətəndaşını 10 ilə qədər həbs cəzası gözləyir. 

Gürcüstanda ana və azyaşlı övladının ölümü ilə nəticələnmiş yol qəzasını törətmiş Ermənistan vətəndaşını 10 ilə qədər həbs cəzası gözləyir. Ermənistan vətəndaşı, 1995-ci il təvəllüdlü Q.Ç. avqustun 5-də Surami rayonunda idarə etdiyi "Nissan Tiida" maşını ilə səkidə dayanmış 38 yaşlı ana və onun 5 yaşlı uşağını vurub. Qəza nəticəsində ana və övladı ölüb. Faktla bağlı cinayət işi açılıb. Ermənistan vətəndaşını 6 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Ermənistan mətbuatının yazdığına görə, ölkənin Xarici İşlər Nazirliyi sözügedən yol-nəqliyyat hadisəsinin detallarını öyrənir.  Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31