Yeni layihələrin gündəmə gəlməsi ölkənin investisiya profilinin dəyişdiyini nümayiş etdirir- ÖZƏL

"II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun nəticələri göstərir ki, ölkənin investisiya gündəliyi tədricən daha çoxşaxəli xarakter alır. Qlobal investisiya şirkətlərinin nümayəndələrinin Bakıya gəlməsi, yeni əməkdaşlıq sənədlərinin imzalanması və müxtəlif sahələr üzrə konkret layihələrin müzakirəyə çıxarılması bu prosesin əsas elementləridir". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Azərbaycan üçün qarşıdakı mərhələdə əsas məsələlərdən biri forum çərçivəsində əldə olunan razılaşmaların konkret layihələrə və real investisiya qərarlarına çevrilməsidir. Bu isə investisiya mühitinin davamlı inkişafı, layihələrin səmərəli icrası və beynəlxalq tərəfdaşlıqların uzunmüddətli xarakter alması ilə sıx bağlıdır. Nəticə etibarilə, Bakıda keçirilən investisiya forumu Azərbaycanın qlobal kapital üçün artan maraq doğuran istiqamətlərdən biri olduğunu göstərən mühüm platformaya çevrilib. Enerji və nəqliyyatla yanaşı, sənaye, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı, bərpa olunan enerji və digər sahələrdə yeni layihələrin gündəmə gəlməsi ölkənin investisiya profilinin dəyişdiyini nümayiş etdirir.

Forumda səslənən fikirlər və imzalanan sənədlər qarşıdakı dövrdə əsas diqqətin investisiya təşəbbüslərinin real iqtisadi nəticələrə çevrilməsinə yönələcəyini göstərir. Bu baxımdan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu təkcə beynəlxalq investorların Bakıda görüş platforması deyil, həm də Azərbaycanın iqtisadi inkişaf gündəliyinin yeni istiqamətlərinin təqdim edildiyi mühüm tədbir kimi qiymətləndirilə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31