Ermənistanın Rusiyadakı səfirliyi pasportların verilməsini müvəqqəti dayandırır – ÖZƏL
12:56 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanda yeni biometrik sənədlər sisteminin tətbiq edilməsi ilə əlaqədar ölkənin Rusiyadakı səfirliyi və konsulluq müəssisələri pasportların verilməsi və dəyişdirilməsi xidmətlərini müvəqqəti olaraq dayandırır.
Ermənistanın Rusiyadakı diplomatik nümayəndəliyinin bəyanatına əsasən, 2026-cı il oktyabrın 5-dən etibarən pasportların verilməsi (dəyişdirilməsi) üzrə xidmətlərin, o cümlədən videoəlaqə vasitəsilə müraciətlərin qəbulu müvəqqəti dayandırılacaq. Səfirlik xidmətlərin bərpa olunma müddəti barədə əlavə məlumat veriləcəyini bildirib.
Qeyd edək ki, Ermənistanda dövlət-özəl tərəfdaşlığı formatında yeni biometrik sistemin işə salınması noyabrın 1-nə planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31