Gündəm
Qızıl və gümüş medala layiq görülən şagirdlərin sayı açıqlanıb
Təhsil naziri Mikayıl Cabbarovümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında əmr imzalayıb. Təhsil Nazirliyindən verilən xəbərə görə, əmrə əsasən, XI siniflərin 154 nəfər məzunu qızıl medalla, 31 nəfər məzunu isə gümüş medalla təltif edilib.
İspaniya futbol tarixinin ən yaxşı oyunçusu müəyyənləşdi
İspaniya futbol tarixinin ən yaxşı oyunçusu müəyyənləşib. Futbol Tarixi və Statistikaları Araşdırmaları Mərkəzinin apardığı təhlildə "Barselona"nın üzvü Lionel Messi bütün rəqiblərini qabaqlayıb. Ən yaxşı futbolçunu müəyyənləşdirmək üçün 9280 futbolçunun, 86 mövsümün nəticələri analiz edilib. Yekunda 545 xal toplayan argentinalı hücumçu İspaniya futbol tarixinin ən yaxşısı hesab edilib. İkinci yerdə "Real"ın əfsanəsi Raul (528 xal) qərarlaşıb.
"Yataqxanada baş verən yanğında 5 polis əmkdaşı tüstüdən zəhərləndi"
Avqustun 5-də saat 20:50 radələrində Sumqayıt şəhərində, hazırda məcburi köçkünlərin yaşadığı beş mərtəbəli yataqxanada baş verən yanğında 5 polis əməkdaşı tüstüdən zəhərlənib.
Saakaşvili Polşaya Ukrayna pasportu ilə gəldi - VİDEO
Zaqatalada ağır yol qəzası – ölən və yaralananlar var
Zaqatala rayonunun Bəhmətli kəndi ərazisində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, avqustun 5-də saat 4.00 radələrində Zaqatala rayonunun Bəhmətli kəndi ərazisində rayon sakini Taleh Qaracayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində, sərnişini Qismət Yunusov isə xəstəxanada ölüblər. DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.
Sahibi bəlli olmayan “narkotik plantasiya” aşkarlanıb
Şəmkir rayonunun Qapanlı kəndi ərazisində naməlum şəxs tərəfindən aqrotexniki qaydada becərilən 53 ədəd çətənə kolu və 7 kiloqram 250 qram marixuana aşkar edilərək götürülüb.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qapanlı kəndi ərazisində naməlum şəxs tərəfindən aqrotexniki qaydada becərilən 53 ədəd çətənə kolu və 7 kiloqram 250 qram marixuana aşkar edilərək götürülüb.
Peşəkar oğru dəstəsi zərəsizləşdirilib
Ümulikdə 9 akkumulyator, 1 mağazadan isə tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Hökməli qəsəbə sakinləri tutulublar.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də rayon ərazisində “KamAz” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Hökməli qəsəbə sakinləri Yarəhməd Əkbərov, Sabir Soltanov, Elvin Əliyev və Elçin Novruzov tutulublar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların cari ilin aprel ayından indiyədək rayon ərazisində “KamAz” markalı 8 avtomobildən akkumulyator, 1 mağazadan isə tütün məmulatı və ərzaq məhsulları oğurlamaları da müəyyən edilib.
Avtomobil oğruları ələ keçdi
Avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyulun 30-da Mirzə Rzazadəyə məxsus “VAZ-21013” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakini Rəşad Babayev və Göygöl rayon sakini olan bir yeniyetmə Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. R.Babayevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun avqustun 4-də Hakim Məmmədova məxsus “VAZ-2101” markalı avtomobili qaçırması da müəyyən edilib. Avtomobil sahibinə qaytarılıb.
Qənirə Paşayeva: "Pedofillərə qarşı cəzalar sərtləşdirilməlidir"
Millət vəkili Qənirə Paşayeva pedofillərə qarşı cəzaların sərtləşdirilməsini tələb edib.”Olaylar” xəbər verir ki, millət vəkili bu barədə sosial şəbəkədi səhifəsində çağırış edib: "Qanunlarımızda kiçik yaşlı uşaqlara qarşı cinsi təcavüz edənlərə qarşı cəzalar həddindən artıq sərtləşdirilməlidir. Milli Məclisin iclasları başlayan kimi ilk çıxış edəcəyim mövzuların önündə gəlir bu məsələ.
Siyavuş Novruzov: "Azərbaycanda müxalifət qocalıb"
Azərbaycanda müxalifət qocalıb, yəni eyni şəxslər, eyni simalardır. Bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Hamilə aktrisanı əri döydü - Bətnindəki uşaq düşdü
"Savaşçı" serialında rol alan Zeynep Elçini həyat yoldaşı təhdid edib. Bundan sonra, gözəl aktrisanın boşanma iddiası açdığı ortaya çıxıb. Çağlayan Ədalət Məhkəməsində açılan iddiaya görə, Zeynep Elçin 4 il əvvəl tanış olduğu Hüseyn Y. ilə 2014-cü ildə evlənib. Yoldaşının istəyi ilə İzmirə köçən Zeynep Elçin, aktrisalığa ara verib.
Türkiyədə valilik binasında yanğın: yaralılar var
Türkiyənin şərqindəki İğdır vilayətində valilik binasında yanğın baş verib. Yanğın nəticəsində dəm qazından 8 nəfər xəsarət alıb. Yanğının qarşısının alınması barədə məlumat verilib. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
Azərbaycanda qanunsuz yaşayan 13 əcnəbi saxlanılıb
Son həftə ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı ölkə ərazisində qanunsuz yaşayan 5 nəfər Pakistan, 5 nəfər Hindistan, 1 nəfər Filippin, 1 nəfər Türkiyə və 1 nəfər Qazaxıstan vətəndaşları saxlanılıb. DMX-dan verilən məlumata görə, araşdırma zamanı 5 nəfər Pakistan vətəndaşının (Qasım Malik Ghulam, Zahid Abdul Majeed, Saleem Tamoor, Usman Muhammad, Kohna Irshad Alı Khan) elektron viza əsasında ölkəyə gəldikləri və sonradan qanunsuz miqranta çevrildikləri məlum olub.
Rusiya dollara müharibə ELAN ETDİ
Rusiya ABŞ-ın yeni sanksiyalarına cavab olaraq öz iqtisadiyyatının dollardan asılılığını azaldacaq. Bu haqda Rusiya KİV-inə müsahibəsində ölkənin xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. O əlavə edib ki, buna zərurət var.
"Məni itələyərək ağaclıq sahəyə apardı. Üzərimə uzandı..." - Turisti zorlamaq istədilər - VİDEO
Türkiyənin Konya şəhərində selfi çəkdirmək bəhanəsiylə çinli turistə təcavüz edib, çantasını oğurlamağa çalışan 17 yaşlı A.D. polis tərəfindən tutulub. 17 yaşlı A.D. qadının telefonundakı fotolarla müəyyən edilərək tutulub. Hadisə 2 gün əvvəl axşam saat 6 radələrində baş verib. İddiaya görə, Çin vətəndaşı olan 53 yaşlı Hu Yinq Hui Mədəniyyət Mərkəzi ətrafında gəzişdiyi zaman yanına tanımadığı bir adam gələrək onunla selfi çəkdirmək istədiyini söyləyib. Çinli turist və yanına gələn adam mobil telefonları ilə bir neçə dəfə selfi çəkdiriblər.














