Peşəkar oğru dəstəsi zərəsizləşdirilib

Ümulikdə 9 akkumulyator, 1 mağazadan isə tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Hökməli qəsəbə sakinləri tutulublar.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də rayon ərazisində “KamAz” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Hökməli qəsəbə sakinləri Yarəhməd Əkbərov, Sabir Soltanov, Elvin Əliyev və Elçin Novruzov tutulublar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların cari ilin aprel ayından indiyədək rayon ərazisində “KamAz” markalı 8 avtomobildən akkumulyator, 1 mağazadan isə tütün məmulatı və ərzaq məhsulları oğurlamaları da müəyyən edilib.

Ümulikdə 9 akkumulyator, 1 mağazadan isə tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Hökməli qəsəbə sakinləri tutulublar.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də rayon ərazisində "KamAz" markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Hökməli qəsəbə sakinləri Yarəhməd Əkbərov, Sabir Soltanov, Elvin Əliyev və Elçin Novruzov tutulublar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların cari ilin aprel ayından indiyədək rayon ərazisində "KamAz" markalı 8 avtomobildən akkumulyator, 1 mağazadan isə tütün məmulatı və ərzaq məhsulları oğurlamaları da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31