Aİ-də veto hüququnun məhdudlaşdırılması təklif olunur- ÖZƏL
12:43 SiyasətAvropa Komissiyası oktyabrın 6-da Aİ ölkələrinə hərbi məsələlər, sanksiyalar və genişlənmə də daxil olmaqla bir sıra əsas sahələrdə veto hüququndan imtina edərək səs çoxluğu ilə qərar qəbul edilməsinə keçməyi təklif edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Brüsseldə yerləşən "Reporter" portalı (əvvəllər "Euractiv") məlumat yayıb.
Portalın məlumatına görə, təşəbbüs Aİ-nin yeni üzvlərin qəbuluna hazırlanması çərçivəsində qərar qəbuletmə mexanizminin dəyişdirilməsini nəzərdə tutur. Təklifdə təhlükəsizlik, müdafiə, sanksiyalar və genişlənmə kimi həssas məsələlərdə yekdillik əvəzinə səs çoxluğundan daha geniş istifadə edilməsi nəzərdə tutulur.
Həmçinin yeni ölkələrin Aİ-yə qəbul prosesinin ayrı-ayrı mərhələlərində yekdil təsdiq tələbinin aradan qaldırılması təklif edilir.
Məlumata görə, təkliflər oktyabrın 6-da Strasburqda Avropa Parlamentinin sessiyasında təqdim olunacaq və oktyabrın 15-16-da Brüsseldə keçiriləcək Aİ sammitində müzakirə ediləcək.