"Məni itələyərək ağaclıq sahəyə apardı. Üzərimə uzandı..." - Turisti zorlamaq istədilər - VİDEO
Türkiyənin Konya şəhərində selfi çəkdirmək bəhanəsiylə çinli turistə təcavüz edib, çantasını oğurlamağa çalışan 17 yaşlı A.D. polis tərəfindən tutulub. 17 yaşlı A.D. qadının telefonundakı fotolarla müəyyən edilərək tutulub. Hadisə 2 gün əvvəl axşam saat 6 radələrində baş verib. İddiaya görə, Çin vətəndaşı olan 53 yaşlı Hu Yinq Hui Mədəniyyət Mərkəzi ətrafında gəzişdiyi zaman yanına tanımadığı bir adam gələrək onunla selfi çəkdirmək istədiyini söyləyib. Çinli turist və yanına gələn adam mobil telefonları ilə bir neçə dəfə selfi çəkdiriblər.
7 Avqust 2017 16:30 DünyaTürkiyənin Konya şəhərində selfi çəkdirmək bəhanəsiylə çinli turistə təcavüz edib, çantasını oğurlamağa çalışan 17 yaşlı A.D. polis tərəfindən tutulub. 17 yaşlı A.D. qadının telefonundakı fotolarla müəyyən edilərək tutulub. Hadisə 2 gün əvvəl axşam saat 6 radələrində baş verib. İddiaya görə, Çin vətəndaşı olan 53 yaşlı Hu Yinq Hui Mədəniyyət Mərkəzi ətrafında gəzişdiyi zaman yanına tanımadığı bir adam gələrək onunla selfi çəkdirmək istədiyini söyləyib. Çinli turist və yanına gələn adam mobil telefonları ilə bir neçə dəfə selfi çəkdiriblər.
İddiaya görə, şübhəli daha sonra Huiyə toxunmağa başlayıb. Bundan sora Hui gənci özündən uzaqlaşdırmağa çalııb. Bu məqamda şübhəli Huini ağaclıq əraziyə doğru çəkərək yerə yıxıb. Huini zorlamaq istəyən şübhəli daha sonra qadının çantasını almağa çalışıb. Qadının bağırması və çantanı verməmək üçün müqavimət göstərməsindən sonra şübhəli sürətlə hadisə yerindən qaçıb. Tərcüməçi ilə birlikdə polis bölməsinə gedərək ifadə verən Hu Ying Hui belə dedi: "Gəzdiyim zaman yanıma biri gəldi. Mənə nə isə söylədi, amma anlamadım. Daha sonra selfi deyincə şəkil çəkdirmək istədiyini anladım. Selfi çəkdirdiyimiz zaman mənə toxunmağa başladı. Mən də bunu anladım və ondan uzaqlaşdırdım. Daha sonra məni itələyərək ağaclıq sahəyə apardı. Üzərimə uzanaraq sinəmi əllədi. Sonra çantamı almağa çalışdı. Mən qışqırıb, müqavimət göstərəndən sonra çantamı buraxıb, qaçdı". Hadisə ilə əlaqədar istintaqın davam etdirildiyi bildirilir. Milli.az Haberler-ə istinadən xəbər verir.