Gündəm

Sumqayıt Təhsil Şöbəsinin yaxınlığında qadın meyiti tapılıb

7 Avqust 2017 18:35

Bu gün Sumqayıt şəhərinin Sülh küçəsində, şəhər Təhsil Şöbəsinin binası yaxınlığında qadın meyiti tapılıb. Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri aşkar edilib.

Cocuq Mərcanlıda vəhdət namazı

7 Avqust 2017 18:28

Dövlət qeydiyyatından keçərək Göyçay rayonunda fəaliyyət göstərən bir qrup dini icma sədri və din xadimi Cocuq Mərcanlı məscidini ziyarət edərək orada vəhdət namazı qılıblar.

"Premyer Liqada simulyasiyanı əsl sənətə çeviriblər"

7 Avqust 2017 18:26

İngiltərənin sabiq FİFA referisi Mark Klattenburq Premyer Liqada simulyasiya etməyə görə cəzalandırılma barədə fikrini bildirib. Hazırda Səudiyyə Ərəbistanında çalışan mütəxəsis bunları deyib: "Simulyasiya epizodları hakim üçün ən çətin hesab olunur. Xüsusilə cərimə meydançası xətti yaxınlığında. Belə vəziyyətdə 3 nüans var: a) təmas var b) təmas yoxdursa, simulyasiya var c) penalti varmı?

Rusiyalı dünya çempionu Azərbaycanı əsas rəqib saymadı

7 Avqust 2017 18:23

Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatı bizim üçün ayrı bir döyüş olacaq. Bu turnirdə də kifayət qədər ciddi rəqiblərimiz var. Bunu Rusiya millisinin voleybolçusu Svetlana Kryuçkova deyib.  İkiqat dünya çempionu olan libero sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycan və Gürcüstanın ev sahibliyi edəcəyi qadın voleybolçular arasında Avropa çempionatındakı hədəflərindən danıb.

"Neftçi" - "Qarabağ" oyununun vaxtı məlum oldu

7 Avqust 2017 18:22

Azərbaycan Premyer Liqasının 2017/2018-ci illər mövsümünün ilk turunda keçiriləcək "Neftçi" - "Qarabağ" görüşünün vaxtı müəyyənləşib. İndiyədək keçirilən bütün çempionatlarda iştirak edən  iki komanda arasında reallaşacaq Azərbaycan derbisi  11 avqust saat 21:00-da başlanacaq.

Gürcüstanda 54 Azərbaycan vətəndaşı həbs cəzası çəkir

7 Avqust 2017 18:15

Hazırda 54 Azərbaycan vətəndaşı Gürcüstanda həbs cəzası çəkir. Onlardan 18 nəfər müttəhim, 36 nəfər isə məhkumdur. Müttəhim Azərbaycan vətəndaşlarının 17-si kişi, biri qadın, məhkumlar arasında isə 34-ü kişi, ikisi qadındır. Gürcüstanın cəzaçəkmə müəssisələrində ümumilikdə 365 xarici ölkə vətəndaşı cəza çəkir.

SKMF investisiya layihələrinin qəbuluna başlayır

7 Avqust 2017 18:11

Sahibkarlığa Kömək Milli Fondu 2017-ci il avqustun 4-də Saatlı rayonunun Qıraqlı kəndində işgüzar forum keçirmişdir. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Saatlı rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir: əkinçilik (qarğıdalı, soya, mərci və noxud), intensiv bağçılıq (nar, gilas, gavalı), kiçik həcmli istixana və cins heyvandarlıq təsərrüfatlarının, eləcə də süd emalı və çörək istehsalı müəssisələrinin yaradılması. Avqustun 7-dən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

"Borussiya"nın idman direktoru: "Bu barədə danışmaq məntiqə sığmır" 

7 Avqust 2017 18:09

"Borussiya"nın idman direktoru Mixael Zork komandanın gənc ulduzu Usman Dembelenin "Barselona"ya transferi ilə bağlı yayılan şayiələrə münasibət bildirib. Dortmund klubunun rəsmisi bu məlumatları təkzib edib: "Dembelenin transferi ilə bağlı heç bir komanda ilə anlaşma əldə etmədik. Dembele bizim futbolçumuzdur. Bu barədə danışmaq məntiqə sığmır".

“Fənərbağça” Yarmolenko ilə maraqlanır

7 Avqust 2017 18:07

Andrey Yarmolenko Kiyev "Dinamo"sunu tərk edə bilər. Təcrübəli futbolçu "Fənərbagça"nın maraq dairəsindədir.   Artıq gələn həftə İstanbul klubunun nümayəndələri Kiyevə yollanaraq keçidi rəsmiləşdirməyə çalışacaqlar.

İran Dağlıq Qarabağ regionuna üçüncü qüvvələrin cəlb olunması ilə bağlı Yerevana xəbərdarlıq edib

7 Avqust 2017 18:03

İran Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında maraqlıdır və Ermənistanla Azərbaycanı dialoqa çağırır. Bunu İran XİN-in nümayəndəsi Bəhram Qasımi deyib. İran XİN-in bu açıqlamasına diqqət verməmək olardı, amma B.Qasımi münaqişənin həlli prosesinə üçüncü qüvvələrin cəlb olunmasının Tehran üçün “daimi narahatlıq” mövzusu olduğunu deyib və əminliyini bildirib ki, münaqişənin həll olunması regionda stabillik və təhlükəsizliyi artıracaq.

Yığmamız Almaniya ilə yoxlama oyunu keçirəcək

7 Avqust 2017 18:01

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi yoxlama matçı keçirəcək. Yığmamız Almaniya ilə qarşılaşacaq.  Avqustun 20-dən 26-dək davam edəcək görüşlər 5 lövhədə təşkil olunacaq. Bu yoxlama oyunu hər 2 yığmanın qarşıdakı məsul yarışlara daha yaxşı hazırlaşmasına hesablanıb. Görüşün baş hakimi FİDE dərəcəli Lütfiyar Rüstəmov olacaq.

Səfir XİN rəhbərinin müavini ilə görüşüb

7 Avqust 2017 18:00

İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşüb. İndoneziyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, tərəflər ikitərəfli əlaqələrin hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. 

Şəkər çuğundurunun hər tonuna görə 4 manat subsidiya veriləcək

7 Avqust 2017 17:57

Nazirlər Kabineti "Şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi Qaydası" təsdiq edib.

Baş nazirin müavini: Türkiyə "Avroviziya-2018" mahnı müsabiqəsinə qatılmayacaq

7 Avqust 2017 17:31

Türkiyə 2018-ci ilin Avroviziya mahnı müsabiqəsində iştirak etməyəcək. Bunu Türkiyə mətbuatına açıqlamasında ölkənin baş nazir müavini Bəkir Bozdağ deyib. O, Türkiyənin hansı səbəbdən bu müsabiqədə iştirak etməyəcəyini açıqlamayıb.

Ərzaq təhlükəsizliyi: yerli istehsalat və uğurlu nəticələr

7 Avqust 2017 17:25

Məlum olduğu kimi, bu gün Azərbaycanın qarşısında duran ən vacib vəzifələrdən biri də əhalinin təhlükəsiz ərzaq məhsulları ilə etibarlı təminatıdır. Etibarlı ərzaq təminatı iqtisadi sabitliyin və sosial dayanıqlılığın əsas şərtidir. Məhz buna görə də, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin ərzaq təhlükəsizliyi məsələsini daim diqqət mərkəzində saxlayıb və bu məsələnin gələcək nəsillər üçün olduqca vacib və aktual olduğunu nəzərə alaraq, ərzaq təhlükəsizliyi məsələsini özünün dövlətçilik strategiyasının əsas elementləri sırasına daxil edib.