ABŞ-də yüz milyonlarla dollar dəyərində Venesuela qızılı emalsız qalır – ÖZƏL

Olaylar.az xəbər verir ki, "The New York Times" qəzetinin məlumatına görə, ABŞ hakimiyyətinin ölkəyə idxalına icazə verdiyi yüz milyonlarla dollar dəyərində Venesuela qızılı yerli anbarlarda toxunulmaz vəziyyətdə qalır.

Affinaj (qızıldurulma) müəssisələri beynəlxalq qaydalara əsasən, bu metalın cinayətkar dəstələrin maliyyələşdirilməsi, ekologiyaya dəymiş zərər və korrupsiya ilə əlaqəli olmadığına dair zəmanət tələb edirlər. ABŞ administrasiyasının məsələyə tələsik yanaşması səbəbindən emal müəssisələri lazımi təminatlar olmadan qızılı emal etməkdən imtina edirlər.

Bundan əvvəl "Axios" portalı xəbər vermişdi ki, Venesuelanın "Minerven" dövlət qızılhasilat şirkəti "Trafigura" xammal treyderinə 650 kiloqramdan 1000 kiloqrama qədər qızıl külçələrinin satışı barədə razılığa gəlib. Ticarət şirkətinin həmin qiymətli metalı sonradan emal olunmaq üçün ABŞ-dəki zavodlara göndərəcəyi nəzərdə tutulurdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31