Drapati Baş Qərargah zabitlərinin yoxlanılmasına başlayıb- ÖZƏL
11:51 DünyaOlaylar.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Mixaylo Drapati Baş Qərargahda zabitlərin şəxsi heyətinin yoxlanılmasına başlayıb.
"Ukrainska Pravda"nın Baş Qərargahdakı mənbəyə istinadən yaydığı məlumata görə, Drapati sentyabrın 28-də Baş Qərargahın bütün struktur bölmələrinin rəhbərləri ilə görüşüb və prioritetlərini açıqlayıb.
Bildirilir ki, rəhbərlər oktyabrın 2-dək 2022-ci ildən etibarən batalyon, briqada, korpus və qoşun qruplaşmaları səviyyəsində döyüş təcrübəsi olmayan zabit və generallar barədə məlumat təqdim etməlidirlər.
Nəşrin məlumatına görə, qərar bəzi ukraynalı zabitlərin müqaviməti ilə qarşılaşıb. Onların bir qisminin mümkün yerdəyişmədən yayınmağa çalışdığı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31