Gündəm
Prezident İlham Əliyev "İşsizlikdən sığorta haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb
Prezident İlham Əliyev "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
“Sharp” şirkəti çox nazik çərçivəli smartfon təqdim edəcək
Cari ilin avqustunda təqdim ediləcək “Sharp Aquos S2” smartfonu bir sıra özəlliklərə malik olacaq.
Amerikalı həkimlərin tövsiyəsi - GÜNDƏ 4-5 DƏFƏ QUCAQLAŞIN
Çoxları elə düşünür ki, qucaqlaşmaq yalnız daxili hisslərin, mehriban münasibətin, sevgi və istəyin təzahürüdür. Amma hamı üçün xoş olan bu prosesin bilmədiyimiz başqa tərəfləri də var. Alimlərin ciddi və uzun müddətli tədqiqatları sübut edib ki, qucaqlaşmaq bir çox xəstəliklər üçün təbii müalicə vasitəsidir.
Artıq kilolarınızla vidalaşın... - Südün İNANILMAZ FAYDALARI
Tərkibi kalsium və dəmirlə zəngin olan süd mütəmadi istifadə edildikdə orqanizmə inanılmaz fayda verir. Qadınların ən çox diqqət etdiyi məqam olan arıqlamağa kömək edir, artıq yağları yandırır. Ailem.az südün bilmədiyiniz faydalarını diqqətinizə çatdırır.
Ən xəyanətkar cütlüklər bu ölkələrdə yaşayır - SİYAHI
Cütlüklərin bir-birini ən çox aldatdığı ölkələrin siyahısı açıqlanıb. Dr. Felix adlı saytda aparılan araşdırmaya əsasən, bir-birini ən çox aldadan cütlüklərin Skandinaviya ölkələrində olduğu ortaya çıxıb.
10 il əvvəl ölən müğənninin evini soydular
10 il əvvəl Bodrumda 28 yaşını qeyd etdikdən sonra avtomobil qəzası keçirən və dünyasını dəyişən müğənni Barış Akarsunun ailəsinin başına iş gəlib. İfaçının Bodrumda qaldığı və hazırda muzeyinə çevrildiyi evi soyulub. Oğrular müğənninin aksesuarlarını və mükafatalarını ələ keçiriblər. Barışın anası Hatice Akarsu başına gələnləri göz yaşları içində danışıb: "Çərşənbə günü kəndə getdim.
Belhanda: "Bir-birinə alışmağımız vaxt aparacaq"
"Qalatasaray" Avstriya toplanışının son günündə "Herta Berlin"ə 1:2 hesabıyla uduzdu. "Sarı qırmızılar"ın yeni transferi Yunes Belhandayeni mövsüm üçün iddialı danışıb. "Komanda çox yenidir. Hələ çoxu bir-birinin adını belə bilmir. Avqustun əvvəlidir. Bir-birinə alışmağımız vaxt aparacaq. Üzərimdə təzyiq hiss edirəm. 10 nömrəli formanı daşıdığım üçün mənə olan gözləntiləri başa düşürəm. Heç kim təlaşa düşməsin. Əsl Belhanda bu deyil. Çempionat başlayandan sonra hər kəsə əsl Belhandanı göstərəcəm".
İranda 27 İŞİD-çi yaxalanıb
İran Təhlükəsizlik Nazirliyi prezident Həsən Ruhaninin andiçmə mərasimi öncəsi İŞİD terror təşkilatına bağlı qruplaşmanın zərərsizləşdirildiyini açıqlayıb. Qrup üzvləri İranın bir sıra şəhərləri və dini mərkəzlərində terror hadisələri törətmək niyyətində olub. Yaxalanan terrorçulardan külli miqdarda silah-sursat tapılıb. Əməliyyat region ölkələrinin birinin təhlükəsizlik xidməti ilə əməkdaşlıq və məlumat mübadiləsi çərçivəsində gerçəkləşib.
“Barselona”dan 70 milyonluq təklif
Dortmund "Borussiya"sının futbolçusu Usman Dembele karyerasını İspaniyada davam etdirə bilər. "Barselona" fransalı futbolçudan əl çəkmir. Kataloniya klubu 20 yaşlı hücumçunu heyətinə qatmaqda israrlıdı. Qarşı tərəflə danışıqlara yenidən start verən "Barsa" Dembelenin transferinə 70 milyon avro xərcləməyə hazırdı. Dortmund təmsilçisi gənc oyunçunu 100 milyon avrodan aşağı qiymətə satmaq istəmir. Bununla belə, ispanlar Dembelenin transfer qiymətini azaltmağa çalışırlar. Çünki futbolçu özü karyerasını "Barselona"da davam etdirməyə razıdı.
“Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” sərəncamda dəyişikliklər edilib
Prezident İlham Əliyev “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Ulduz futbolçu fahişə ilə qiymət söhbəti etdi
"Mançester Siti"nin ulduzu Rahim Sterlinq bir fahişə ilə keçirəcəyi zaman üçün qiymət məsələsində xeyli zaman itirib. Həftədə 180 min funt qazanan Sterlinq fahişənin qiymətini 3 min Pounddan min 500 Pounda salıb.
"Arsenal"ın sabiq futbolçusu Türkiyə klubunda
İsveçrə millisi və "Arsenal"ın sabiq futbolçusu Yohan Curu karyerasını Türkiyədə davam etdirəcək. 30 yaşlı müdafiəçi "Antalyaspor"la "2+1" sxemi əsasında müqavilə imzalayıb. Onun son klubu Bundesliqa təmsilçisi "Hamburg" olub.
“Neft Daşları” yatağında yeni quyu sutkada 10 ton neft verəcək
“Neft Daşları” yatağında 1637A nömrəli estakadayanı meydançadan 2648 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir. “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1770 metrdir.
Azərbaycanda narkotik satışı ilə işsizlər məşğul olur
Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2017-ci ilin yanvar-iyun aylarında qeydə alınmış 13182 cinayət hadisəsinin 1694-ü və ya 12,9 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.
İtaliyanın şimalında kəskin hava şəraiti - 4 ölü
İtaliyanın şimalında bir neçə gün davam edən dəhşətli istilər yerini güclü külək və yağıntılara verib. 4 nəfər kəskin hava şəraitinin qurbanı olub. İki nəfər güclü küləyin qopardığı ağacların altında qalaraq həyatını itirib, bir nəfər isə şimşək vurması nəticəsində həlak olub.














