Belhanda: "Bir-birinə alışmağımız vaxt aparacaq"
"Qalatasaray" Avstriya toplanışının son günündə "Herta Berlin"ə 1:2 hesabıyla uduzdu. "Sarı qırmızılar"ın yeni transferi Yunes Belhandayeni mövsüm üçün iddialı danışıb. "Komanda çox yenidir. Hələ çoxu bir-birinin adını belə bilmir. Avqustun əvvəlidir. Bir-birinə alışmağımız vaxt aparacaq. Üzərimdə təzyiq hiss edirəm. 10 nömrəli formanı daşıdığım üçün mənə olan gözləntiləri başa düşürəm. Heç kim təlaşa düşməsin. Əsl Belhanda bu deyil. Çempionat başlayandan sonra hər kəsə əsl Belhandanı göstərəcəm".
7 Avqust 2017 19:00 İdman"Qalatasaray" Avstriya toplanışının son günündə "Herta Berlin"ə 1:2 hesabıyla uduzdu. "Sarı qırmızılar"ın yeni transferi Yunes Belhandayeni mövsüm üçün iddialı danışıb. "Komanda çox yenidir. Hələ çoxu bir-birinin adını belə bilmir. Avqustun əvvəlidir. Bir-birinə alışmağımız vaxt aparacaq. Üzərimdə təzyiq hiss edirəm. 10 nömrəli formanı daşıdığım üçün mənə olan gözləntiləri başa düşürəm. Heç kim təlaşa düşməsin. Əsl Belhanda bu deyil. Çempionat başlayandan sonra hər kəsə əsl Belhandanı göstərəcəm".
Belhanda ötən mövsüm icarə əsasında "Nitsa" klubunun şərəfini qoruyub. "Qalatasaray" onu Kiyev "Dinamo"sundan 8 milyon avroya transfer etmişdi. Goal.az