Gündəm

Deputat: "Regionların inkişafı daim dövlət başçısının diqqətindədir"

8 Avqust 2017 11:14

Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində regionların sosial-iqtisadi inkişafı çox əhəmiyyətli yer tutur. Bunu  Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, dövlət başçısının diqqəti sayəsində Azərbaycan regionlarında infrastruktur tamamilə yenilənib: "Regionlarda hava limanlarının açılması, magistral və daxili yolların, o cümlədən dəmir yol xəttinin yenilənməsi, elektrik stansiyalarının inşası həm regionların simasını dəyişdi, həm də sonrakı inkişaf üçün baza rolunu oynadı.

İttifaqdan “Yay” sərgisi

8 Avqust 2017 11:11

Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda “Yay” adlı rəsm sərgisi açılıb. Sərgi Yaradıcı Qadınlar Assosiasiyası və Azərbaycan Rəssamlar İttifaqının birgə dəstəyi ilə təşkil olunub. “Olaylar” bildirir ki, tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Səlhab Məmmədov və Milli Məclisin deputatı İlham Məmmədov sərginin əhəmiyyətindən danışıblar. Ekspozisiyada Yaradıcı Qadınlar Assosiasiyasının üzvü olan 60-dək fırça ustasının 150-dən çox sənət əsəri nümayiş olunub.

“Dəhliz” təqdim olunacaq

8 Avqust 2017 11:09

Avqustun 12 – si, saat 19:00 - da  Bakı Film İnstitutunda İqrar Qurbanın “Dəhliz” filmi təqdim olunacaq. “Olaylar” bildirir ki, flim 5 yaşında olarkən Qarabağ müharibəsi zamanı ailəsi ilə Laçından Bakıya köç etmiş bir qadından bəhs edir. Köç həyatının, həmçinin də stereotiplərin yaratdığı çətinliklərdən danışan qadın, dəhlizdən çıxacağına ümüd edir.

Əcnəbi tələbələr Tibb Universitetində təcrübə keçiblər

8 Avqust 2017 10:40

“Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi tərəfindən hər il müxtəlif xarici ölkələrdən gələn tələbələrin Azərbaycan Tibb Universitetinin  Tədris Cərrahiyyə və Tədris Terapevtik klinikalarında təcrübəsi təşkil edilir. Birlikdən “Olaylar” – a bildirilib ki, bu il keçirilən praktika çərçivəsində Türkiyə, Rusiya, Polşa, Çexiya, Kanada, İtaliya və Almaniya kimi müxtəlif ölkələrdən gələn tələbələr Tibb Universitetində olub, geniş təcrübə keçiblər. Təcrübə əsnasında tələbələr Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyevlə görüşüblər. Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, cərrahiyyənin müxtəlif istiqamətləri üzrə müzakirələr aparılıb.

Ermənilər mülki əhalini atəşə tutub, 13 yaşlı oğlan xəsarət alıb

8 Avqust 2017 10:30

Bu gün erməni silahlı bölmələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar. Məlumata görə, atılan güllələrdən biri kənd sakini, 2004-cü il təvəllüdlü Yusifov Ramil Sabir oğlunun ayağının altındakı daş qırıqlarına dəyib. Nəticədə daş qırıqları yeniyetməni zədələyib. Kənddə olan həkimlər tərəfindən R.Yusifova tibbi yardım göstərilib. Onun qəlpə yaraları da aldığı məlum olandan sonra Tovuz rayon Mərkəzi Xəstəxanasına göndərilib

İraqda kütləvi məzarlıq aşkarlandı

8 Avqust 2017 09:54

İraqın Salahaddin əyalətinin Tikrit şəhərində kütləvi məzarlıq aşkarlanıb. “Olaylar” “Milliyet” - ə istinadən bildirir ki, cəsədlərin 2014 – cü ildə İŞİD terror təşkilatı tərəfindən öldürülərək dəfn olunan iraqlılara məxsus olduğu güman edilir. Aşkarlanan 200 orqana isə DNT testi ediləcək. İraq rəsmiləri kütləvi məzarlıqda cəsədlərin sayının artacağını ehtimal edir.

4,4 bal gücündə zəlzələ

8 Avqust 2017 09:38

Türkiyənin Muğla vilayətində yeraltı təkan qeydə alınıb. "Olaylar" "Milliyet" - ə istinadən bildirir ki, səhər saatlarında Bodrumda 4,4 bal gücündə zəlzələ meydana gəlib. Kandilli Rəsədxanası zəlzələnin episentrini  Gökova Körfəzi olaraq təyin edib. 

Pakistanda TERROR

8 Avqust 2017 08:21

 Pakistanın Lahor şəhərində dəhşətli partlayış baş verib. Pakistan rəsmilərininməlumatına görə, azı 34 nəfər yaralanıb. "Olaylar" Rus mediasına istinadən bildirir ki, hadisə bazar ertəsi axşam şəhərin qərbində yerləşən İslampura rayonunda baş verib. Partlayış dalğası yaxınlıqdakı avtomobilləri zədələyib, həmçinin binanın damı uçub.

Finlandiyalı qadın Putin haqqında məxfi informasiyalar aldı

7 Avqust 2017 20:00

Finlandiyanın Oulu şəhərinin sakininin elektron poçtuna səhvən Rusiya prezidentinin səfəri haqqında informasiyalar daxil olub. Polisin daxili istifadəsi üçün nəzərdə tutulmuş informasiyalarda Rusiya prezidentinin Savonlinna aeroportuna gəlməsinin dəqiq vaxtı müzakirə edilib. Yəni, söhbət məxfi informasiyadan gedir.

Noutbuk bazarının aparıcı istehsalçıları müxtəlif strategiyalar tətbiq edirlər

7 Avqust 2017 19:50

İri noutbuk istehsalçıları kompüter satışlarının həcmini artırmaq üçün müxtəlif strategiyalar tətbiq edirlər. “Lenovo” və “HP Inc.” şirkətləri ucuz aparatlara üstünlük verirlər, halbuki “Apple” ən gəlirli məhsullarını təşviq edir.

4 il ərzində virtual və artırılmış reallıq texnologiyaları bazarının həcmi 215 milyard dollar təşkil edəcək

7 Avqust 2017 19:45

"IDC” analitik şirkətinin proqnozuna görə, virtual və artırılmış reallıq texnologiyaları bazarı iştirakçılarının mənfəəti yaxın 4 ildə hər il ən azı 2 dəfə yüksələcək. Şirkətin qiymətləndirməsinə görə, hazırda virtual və artırılmış reallıq texnologiyaları ilə bağlı məhsul və xidmətlər bazarının həcmi 11,4 milyard dollar məbləğində qiymətləndirilir. 2021-ci ilə yaranmaqda olan sahənin ümumi mənfəəti 19 dəfə artaraq 215 milyard dollara yaxınlaşacaq.

“YouTube”un mobil proqramında videonun sürətini dəyişdirmək mümkün olacaq

7 Avqust 2017 19:40

“YouTube”un mobil proqramına videonun sürətini dəyişdirmək imkanı əlavə edilib. Bu seçim masaüstü versiyada 2 il əvvəl reallaşdırılıb. Sözügedən funksiya video çarxın sürətini dəyişdirməyə imkan verir. Bu imkan öyrədici çarxlar, reseptlərə baxış zamanı xüsusilə əlverişlidir.

“Samsung Galaxy Note 9” smartfonunda inqilabi funksiya tətbiq ediləcək

7 Avqust 2017 19:35

Analitiklər əmindirlər ki, istifadəçilər displeydə istənilən hissənin üzərinə sıxmaqla smartfonu blokdan çıxara biləcəklər. “9To5Mac” nəşri “KGI”yə istinadən məlumat verir ki, Cənubi Koreya istehsalçıları barmaq izləri skanerini gələcək smartfonda OLED texnologiyası ilə hazırlanmış displeyin alt hissəsinə quraşdırmaq niyyətindədirlər.

“Samsung” smartfon üzərindən virtual oyunlar dünyasını yeni səviyyəyə qaldırır

7 Avqust 2017 19:29

"Game Live" mobil proqramı indi "Play Store" mağazasında əlçatandır. "Game Live" mobil tətbiqi smartfondakı oyunu birbaşa "Facebook", "Twitch" və "Youtube" xidmətlərində yayımlamağa imkan verir. İstifadəçi oyunun yazısını saxlaya və sonra onu sosial şəbəkələrdə paylaşa, həmçinin baş verənləri şərh edə və bilavasitə oyun zamanı başqa iştirakçıları eşidə bilər.