Finlandiyalı qadın Putin haqqında məxfi informasiyalar aldı

Finlandiyanın Oulu şəhərinin sakininin elektron poçtuna səhvən Rusiya prezidentinin səfəri haqqında informasiyalar daxil olub. Polisin daxili istifadəsi üçün nəzərdə tutulmuş informasiyalarda Rusiya prezidentinin Savonlinna aeroportuna gəlməsinin dəqiq vaxtı müzakirə edilib. Yəni, söhbət məxfi informasiyadan gedir.

Finlandiyanın Oulu şəhərinin sakininin elektron poçtuna səhvən Rusiya prezidentinin səfəri haqqında informasiyalar daxil olub. Polisin daxili istifadəsi üçün nəzərdə tutulmuş informasiyalarda Rusiya prezidentinin Savonlinna aeroportuna gəlməsinin dəqiq vaxtı müzakirə edilib. Yəni, söhbət məxfi informasiyadan gedir. Bundan başqa, yazışmada Finlandiya prezidenti Sauli Niinistönün hərəkət marşrutu müzakirə edilirdi. Şərqi Finlandiya polisinin mətbuat xidmətinin nümayəndəsi Arto Tyunkyunen KİV-in xəbərini təsdiq edib. "Məktub mülki şəxsin elektron poçtuna daxil oldu. Bu, Rusiya prezidentinin vertolyotunun yerə enməsindən doqquz saat sonra baş verib. Yəni, onun təhlükəsizliyi üçün heç bir təhlükə yox idi. Həmin vaxt hər iki prezident Olavinlinnada operaya baxırdı", - deyə o vurğulayb.

Xatırladaq ki, Putin iyulun 27-də Finlandiya prezidentinin şəxsi dəvəti ilə bu ölkəyə səfər edib. Səfər Finlandiyanın müstəqilliyinin 100-cü öldönümünə uyğunlaşdırılmışdı. Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda "Yle" teleradio şirkəti bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31