Gündəm
Triatlonçumuz 6-cı oldu
Azərbaycanın triatlon üzrə yığmasının üzvü Darina Moskalenko Macarıstanın Velense şəhərində keçirilən gənclər arasında (U-23) Avropa çempionatını 6-cı yerdə tamamlayıb. 750 metrlik su məsafəsini idmançımız 10:31 vaxt çərçivəsində başa vurub. Ardınca isə 20 kilometrlik velodistansiyanı 33:28 nəticəsilə qət edib. Nəhayət, yarışın son mərhələsi - 5 kilometrlik qaçış zolağını D.Moskalenko 18:41 nəticəsilə başa vurub. Ümumi hesablamada Darina 01:04:13 vaxt göstəricisilə 6-cı yerə layiq görülüb.
Milyarderlərin küçəsini satın aldılar: "Bu, inanılmaz məsələdir, əsl şokdur!"
ABŞ-ın San-Fransisko şəhərində dünyanın bəlkə də ən qəribə, fantasmaqorik alqı-satqı əməliyyatı gerçəkləşib. Şəhərin ən dəbdəbəli, sakit, zənginlərin yaşadığı səmtdə 38 malikanənin yerləşdiyi küçə satılıb. Özü də "vur-tut" 90 min dollara. Presidio Terras küçəsini 90 min dollara Maykl Çenq və Tina Lam satın alıblar. Ər-arvadın dediklərinə görə, küçənin sahibləridir və bundan sonra Presiodo Terrasada avtomobilini saxlamaq istəyən hər kəs onlara icarə haqqı verməlidir. Küçənin sakinləri milyarderlərdir.
Bakıdakı bayraq dirəyi niyə söküldü?
Bayraq dirəyi texniki göstəricilərinə görə çox mürəkkəb qurğudur. Hazırda təlimata uyğun olaraq ümumi texniki baxış keçirilir və işlər qiymətləndirilir. Bu sözləri Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov qafqazinfo-ya bayraq dirəyinin sökülməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirən zaman deyib. O bildirib ki, bu dəfə görülən işlər ildə bir-iki dəfə keçirilənlərdən fərqlidir və əsaslı texniki baxışdır.
Mənzillər ucuzlaşacaq?
MİDA inşa etdiyi evlərin 20 faizini kommersiya məqsədləri üçün satarsa, mənzil bazarında rəqabət yaranar. Bunu müsahibəsində Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə deyib. O, bildirib ki, əhalinin aztəminatlı hissəsinin güzəştli şərtlərlə tikilən sosial mənzillərə ehtiyacı var və agentliyin inşa etdiyi mənzillər ilk növbədə iqtisadi cəhətdən orta səviyyədən bir qədər aşağı olan təbəqə üçündür.
Məşhur cütlük boşandı
ABŞ-lı kino ulduzları Kris Pratt ilə Anna Farisin 8 illik ailə həyatları sona çatıb. Boşanma iddiasını pərəstişkarlarına rəsmi internet saytından xəbər verən Kris Pratt "Uzun müddət sınadıq, həqiqətən, məyus olduq.
"Öz ağırlığı qədər qızıl versələr..."
"Real"ın prezidenti Florentino Peres futbolçusu Kriştianu Ronaldunu satacaqları barədə yayılan xəbərlərə münasibət bildirib. "La Gazzetta dello Sport"a danışan klub rəsmisii bildirib ki, bu, heç vaxt baş verməyəcək: "Ronaldonu satmaq? Bu, heç vat olmayacaq.
Təyyarə avtomobillə toqquşdu - VİDEO
Çeçenistanda qəribə yol nəqliyyat hadisəsi baş verib. Şosse yolunda təyyarə ilə avtomobil toqquşub. Hadisə təsadüfən videoya çəkilib. Kadrlardan da göründüyü kimi şosse yolu ilə hərəkət edən kiçik təyyarə avtomobilə arxadan çırpılır.
Qalmaqallı ərin başqa müğənniyə yazdığı eşq mesajları ortaya çıxdı
Gülben Ergenin keçmiş həyat yoldaşı Mustafa Erdoğanın müğənni Haticeyə göndərdiyi mesajlar deşifrə olunub. Mustafa Erdoğan aparıcı Esra Sönmezerdən sonra bu dəfə də müğənni Haticeni hədəf alıb. Erdoğanın Instagram-dan təqib etməyə başladığı Haticeyə may ayından bu yana göndərdiyi mesajlar ortaya çıxıb.
Pentaqonun Filippində İŞİD-lə MÜBARİZƏ PLANI
ABŞ Filippinə İŞİD-lə əlaqəli terrorçularla mübarizədə hərbi yardım təklif edib. ABŞ Hərbi Hava Qüvvələri Filippin ərazisində "İslam dövləti" terror təşkilatının yaraqlılarının mövqelərinə hava zərbələri vura biləcək. Bu barədə xəbəri NBC telekanalı yayıb.
Günvurmadan 9 nəfər həyatını itirdi
Yaponiyada iyul ayının 31-dən başlayan anomal istilər hələ də davam edir. Kəskin isti hava şəraiti 5,7 min insanın günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilməsinə səbəb olub.
Cövhər Dudayevin 1995-ci ildə verdiyi proqnoz HƏQİQƏT OLDU
Çeçenistan respublikasının birinci prezidenti və ömrü boyu Rusiyaya qarşı mübarizə aparan Cövhər Dudayevin 1995-ci ildə verdiyi müsahibə indi ortaya çıxıb. Müsahibədə ən maraqlı məqam Dudayevin Rusiyanın Krıma müdaxilə edəcəyi və Ukrayna müharibəsinin başlayacağı haqda proqnozlarıdır.
Təmas xəttində növbəti monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 9-da Ağdam rayonu Sarıcalı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Cəbhədə erməni silahları susmur
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub.
Müharibə zəngi çalınır: ABŞ təhdidə CAVAB VERDİ
Koreya Xalq Demokratik Respublikası (KXDR) BMT Təhlükəsizlik Şurasının yeni sanksiyalarına amansız cavab verəcək. Bu haqda Asiya-Sakit okeanı regionunda sülh üzrə Koreya Komitəsinin bəyanatında deyilir. Bəyanatda BMT Təhlükəsizlik Şurasının qətnaməsi “qanqster hərəkəti” adlandırılıb və bildirilir ki, Pxenyan yeni sanksiyaların qəbulu ilə əlaqədar “fiziki hərəkətlər”ə keçəcək. Qeyd edilir ki, yeni sanksiyalar KXDR-in müstəqilliyini və inkişafını pozur.
ABŞ daha bir ölkəyə girdi - TƏHLÜKƏLİ HƏMLƏ
ABŞ xüsusi təyinatlı dəstələri Livan ordusuna “dəstək” üçün ölkənin şimal-şərqinə yerləşdirilib. Bu haqda ərəbcə yayımlanan “Al-Hurra” telekanalına açıqlamasında ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Erik Pahon bildirib. Pentaqon sözçüsü xüsusi təyinatlıların sayı barədə isə məlumat verməyib.














