Qalmaqallı ərin başqa müğənniyə yazdığı eşq mesajları ortaya çıxdı
Gülben Ergenin keçmiş həyat yoldaşı Mustafa Erdoğanın müğənni Haticeyə göndərdiyi mesajlar deşifrə olunub. Mustafa Erdoğan aparıcı Esra Sönmezerdən sonra bu dəfə də müğənni Haticeni hədəf alıb. Erdoğanın Instagram-dan təqib etməyə başladığı Haticeyə may ayından bu yana göndərdiyi mesajlar ortaya çıxıb.
8 Avqust 2017 11:41 DünyaGülben Ergenin keçmiş həyat yoldaşı Mustafa Erdoğanın müğənni Haticeyə göndərdiyi mesajlar deşifrə olunub. Mustafa Erdoğan aparıcı Esra Sönmezerdən sonra bu dəfə də müğənni Haticeni hədəf alıb. Erdoğanın Instagram-dan təqib etməyə başladığı Haticeyə may ayından bu yana göndərdiyi mesajlar ortaya çıxıb.
Mesajlarda Erdoğan müğənnini tez-tez yeməyə dəvət edib. Hatice "Qısqanc bir sevgilim var" deyə təklifi qəbul etməyincə isə "Qaç canını qurtar ..." cavabını alıb. Erdoğan ona çox güvənməyən müğənniyə "Mənə güvən" deyə israr edib. Mustafa Erdoğan müğənniyə yazdığı mesajlarla əlaqədar bunları söyləyib: "Hatice bizim dostumuz. Bostancıdakı tədbirimizə gəldi, ona təşəkkür edirik. Hətta kulisdə oturduq, söhbət etdik. Sağolsun! O mesajlar da qətiliklə dost mesajlardır". Milli.az Türkiyə KİV-inə istinadən xəbər verir.