Gündəm
Nazirlik sahibkarları 6150 manat məbləğində cərimələdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhərinin Xəzər dənizinin sahilboyu zonasında reyd keçirilib. Nazirlikdən “Olaylar” – a bildirilib ki, reyd zamanı Xəzər dənizinin sahilboyu ərazisində fəaliyyət göstərən “Aquapark”, “121”, “Amay” istirahət mərkəzlərində, “Delfin” çimərliyində, “Fərdi” iaşə obyektində, “Cənub” kafesində bərk məişət tullantılarının qanunvericiliyə uyğun qaydada idarə olunmaması, tullantıların qalaqlanması və yandırılması, “Balıq evi” restoranında isə formalaşan tullantı sularının təmizlənmədən birbaşa dənizə axıdılması faktları aşkar edilib.
Zirehli döyüş avtomobillərinin təmiri və texniki xidmət mərkəzinin açılışı olub
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrin inkişaf etdirilməsi məqsədilə görülən fəaliyyətlər davam etdirilir. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Müdafiə Nazirliyinin rəhbərliyi müxtəlif təyinatlı təkərli zirehli döyüş vasitələrinin təmiri və texniki xidmət mərkəzinin açılışında iştirak edib.
Prezident İlham Əliyev: "Azərbaycan və Türkmənistan arasındakı çox uğurlu əməkdaşlıq dərinləşəcək"
Bizim xalqlarımızı tarix birləşdirir. Biz əsrlər boyu bir yerdə yaşamışıq, dostluq etmişik, qardaşlıq şəraitində yaşamışıq. Bu gün isə iki müstəqil dövlət kimi uğurla inkişaf edirik. Sizin səfəriniz bizim əlaqələrimizə yeni dinamika gətirəcək. Biz bir sıra sahələrdə çox uğurlu əməkdaşlıq edirik və bu əməkdaşlıq dərinləşəcək.
Temperatur 43 dərəcəyə yüksələcək
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli keçəcək. Zəif cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 25-28° isti, gündüz 37-42° isti, Bakıda gecə 26-28° isti, gündüz 39-41° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 35-45 % olacaq.
Prezident İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”ni təsdiq edib
Prezident İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi” təsdiq edilib. (NİZAMNAMƏ)
Ermənilər vandalizm əməllərini davam etdirirlər
“İşğalçı Ermənistan yenə də kiçik yaşlı uşaqlara qarşı vandalizm əməllərini davam etdirir.Axşam saatlarında Tovuzun ön cəbhədə yerləşən Qaralar kəndini iri çaplı silahlardan atəşə tutublar və nəticədə öz evində, öz həyində 13 yaşlı balamız Ramin Sabir oğlu Yusifovu yaralayıblar.
Azərbaycanın kənd təsərrüfatında inqilabı inkişaf
Ölkədə kənd təsərrüfatını inkişaf etdirmək, idxalı azaltmaqla ixrac potensialını artırmaq dövlətin əsas prioritet istiqamətlərindən birinə çevrilib. Burada müsbət tendensiya ondan ibarətdir ki, əsas etibarilə regionlar üzrə ənənəvi sahələrin inkişaf etdirilməsi əsas diqqət mərkəzindədir.
ABŞ-ın Rusiyaya sanksiyası Qarabağ münaqişəsinə də təsir edəcək
ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar şimal qonşumuzun iqtisadiyyatı üçün yaxşı heç nə vəd etməməklə yanaşı, Moskvanı yenidən pisləşmiş makro-iqtisadi gösticilər sindiromu ilə üz-üzə qoya bilər. Qeyd etmək lazımdır, bu sanksiayaların tam reallaşacağı halda Rusiya əsas regional layihələrdə iştirakdan mərhum olmaqla yanaşı, hətta bu ölkənin maliyyə və qiymətli kağızlar bazarı da ciddi risk altına düşəcək. Təbii ki, bu kontekstdən rublun kursu yenə də gündəmə gəlməkdədir.
“Azərbaycan-Pakistan hərbi əməkdaşlığı yüksələn xətlə inkişaf edir” - Səid Xan Mohmand
Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib. O bildirib ki, Pakistanın güclü hərbi sənayəsi var: "Bu sahə də Azərbaycan əməkdaşlığımızın ən vacib hissələrindən biridir. Bu yaxınlarda Azərbaycan Pakistandan hərbi təlim təyyarələri aldı. Biz daha çox treninqlər təşkil etməyə, münasibətləri daha irəli aparmağa çalışacağıq".
Rəhim Əliyev: “Formula 1 mövsümünün ilk yarısı kifayət qədər maraqlı keçdi”
“Formula1 üzrə 2017-ci il mövsümünün ilk yarısına yekun vurulub. Pilotlar 4 həftəlik yay tətilinə yollanıblar. Mövsümün ilk 11 yarışı kifayət qədər maraqlı və həyəcanlı keçdi”. Bunu Formula 1 üzrə Azərbaycan Qran Prisinin rəsmi elçisi, Formula 1 şərhçisi, f-1.az saytının baş redaktoru Rəhim Əliyev deyib.
A Seriyasının oyunları Uzaq Şərqdə yayımlanacaq
İtaliya A Seriyasının oyunları Çində yayımlanacaq. Bunu "İnter" klubunun sahibi "Suning Group" şirkəti təşkil edib. Onlar yeni mövsümdə A Seriyasının teleyayım hüquqlarını alıblar. Oyunları PPTV platformasından izləmək mümkün olacaq.
Son dəqiqə: Bodrumda güclü zəlzələ
Türkiyədə yenidən zəlzələ baş verib. Türkiyənin əsas turizm zonası Bodrumda daha bir güclü zəlzələ baş verib. Bodrumdakı zəlzələnin episentiri 4.9 bal gücündə olub.
Milyarder Abramoviç boşanır: ilin ən bahalı boşanması olacaq
Rusiyalı milyarder, Britaniyada yaşayan Roman Abravomiç xanımı Darya Jukova ilə boşanır. 50 yaşlı R.Abramoviç və 36 yaşlı D.Jukova bununla bağlı birgə bəyanat da yayıblar. "10 illik birgə həyatdan sonra ayrılmağımızla bağlı çətin qərar verdik. Lakin yaxın dostlar, iki gözəl övladın valideynləri, birlikdə başlayaraq inkişaf etdirdiyimiz layihələrdə tərəfdaş olaraq qalacağıq", - bəyanatda deyilir.
"Düşmən Azərbaycan uşağını yaralamağın bədəlini almalıdır"
Ermənistan üçün nə beynəlxalq hüquq, nə də insanı dəyərlər mövcud deyil. Onun dinc sakinləri atəşə tutması həm ermənilərin azğınlığından, həm də zəifliyindən xəbər verir.
Çində torpaq sürüşməsi - Ölənlər və itkin düşənlər var
Çinin Qansu əyalətində baş vermiş torpaq sürüşməsi nəticəsində 7 nəfər həlak olub. 2 nəfər isə itkin düşmüş hesab edilir. Hadisə ilə əlaqədar bölgədən mindən çox sakin təxliyə edilib. İtkin düşənlərin axtarışları davam edir. Torpaq sürüşməsinə iki gün aramsız yağan yağışlar səbəb olub.














