Ermənistanda müxalifət lideri Andranik Tevanyan məhkəməsini siyasilləşdirilmiş adlandırıb – ÖZƏL
11:15 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın "Ana Ermənistan" partiyasının lideri, "casusluq və dövlətə xəyanət"də ittiham olunaraq həbs edilən Andranik Tevanyan saxlanıldığı təcridxanadan bəyanat yayaraq, ona qarşı qaldırılan cinayət işinin misilsiz геоsiyasi xarakter daşıdığını bildirib.
Politoloq və siyasətçi Rusiya ekspertləri və siyasi dairələri ilə təmasların "düşmən dövlətin xeyrinə casusluq" kimi qiymətləndirilməsini absurd adlandırıb və baş nazir Nikol Paşinyanı ölkəni "Ukraynalaşdırma" yoluna aparmaqda günahlandırıb. Tevanyanın sözlərinə görə, hakimiyyət Rusiya ilə müttəfiqlik tərəfdarı olmağı, 102-ci hərbi bazanın çıxarılmasına qarşı çıxmağı və Türkiyə-Azərbaycan gündəliyinə qatılmamağı faktiki olaraq dövlətə xəyanət kimi qələmə verir. O, Məhkəmə iclaslarının qapalı keçirilməsini şər-böhtan ittihamlarının ifşasından qorxmaq və Moskva ilə münasibətləri açıq şəkildə korlamamaq cəhdi ilə əlaqələndirib.