İran NPT-dən çıxmaq imkanını nəzərdən keçirir- ÖZƏL

İran parlamenti Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmaq imkanını nəzərdən keçirə bilər.
Olaylar.az xəbər verir ki, İran Məclisinin sədr müavini Əli Nikzad bu barədə danışıb.
Onun sözlərinə görə, parlament NPT-dən çıxmaqla bağlı layihəni müzakirə edəcək. Nikzad Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) və qurumun baş direktoru Rafael Qrossiyə etibar etmədiklərini bildirib.
O qeyd edib ki, Tehran bu məsələnin beynəlxalq aspektlərini də nəzərə alacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31