ABŞ-ın Rusiyaya sanksiyası Qarabağ münaqişəsinə də təsir edəcək
ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar şimal qonşumuzun iqtisadiyyatı üçün yaxşı heç nə vəd etməməklə yanaşı, Moskvanı yenidən pisləşmiş makro-iqtisadi gösticilər sindiromu ilə üz-üzə qoya bilər. Qeyd etmək lazımdır, bu sanksiayaların tam reallaşacağı halda Rusiya əsas regional layihələrdə iştirakdan mərhum olmaqla yanaşı, hətta bu ölkənin maliyyə və qiymətli kağızlar bazarı da ciddi risk altına düşəcək. Təbii ki, bu kontekstdən rublun kursu yenə də gündəmə gəlməkdədir.
8 Avqust 2017 12:26 SiyasətEkspert: "Sanksiyalar Rusiyanın valyuta bazarına da təsirsiz ötüşməyəcək"
ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar şimal qonşumuzun iqtisadiyyatı üçün yaxşı heç nə vəd etməməklə yanaşı, Moskvanı yenidən pisləşmiş makro-iqtisadi gösticilər sindiromu ilə üz-üzə qoya bilər. Qeyd etmək lazımdır, bu sanksiayaların tam reallaşacağı halda Rusiya əsas regional layihələrdə iştirakdan mərhum olmaqla yanaşı, hətta bu ölkənin maliyyə və qiymətli kağızlar bazarı da ciddi risk altına düşəcək. Təbii ki, bu kontekstdən rublun kursu yenə də gündəmə gəlməkdədir. İqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, aydındır ki, sanksiyalar Rusiyanın valyuta bazarında da təsirsiz ötüşməyəcək: "Buna görə də, sanksiyaların necə tətbiq olunması və eləcə də Avropa Birliyinin mövqeyi rublun taleyi baxımdan əhəmiyyətli olacaq. Rəsmi statistikada neftin dünya bazar qiyməti aşağı düşdükdən sonra xarici valyuta ehtiyatalarını təxminən 88 milyard dollar itirərək 343 milyard dollara ehtiyata malik olan Rusiya Mərkəzi Bankının da intervensiya imkanları qısa müddətli dövrdə mümkün olsa da uzun müddətli zaman üçün yetərli deyil. Digər tərəfdən, 529 milyard dollarlıq xarici borc olan Rusiyada borc öhdəlikləri rezervlərdən 34 faiz çoxdur. Bu isə, Rusiyada "sığorta yastığının" çox həssas olduğundan xəbər verir. Unutmayaq ki, 2017-2019-cu illər üçün orta hesabla 1.3 faiz iqtisadi atım proqnozlaşdıran beynəlxalq maliyyə qurumları isə bu qənaətə yeni sanksiyalardan öncə gəlmişdilər". Onun sözlrinə görə, Şimal qonşumuzun makro-iqtisadi göstəricilərinin təhlili deməyə əsas verir ki, yeni sanksiyalar tam miqyası ilə tətbiq olunduğu halda rublun yenidən dəyərsizləşməsinin qarşısını almaq çətin olacaq: "Təbii ki, hələlik sanksiyaların Rusiya iqtisadiyyatına ciddi təsir göstərməyəcəyi gözlənilir və bu baxımdan da xarici valyutaya tələb artasa da Moskva rublu müəyyən müddət qorumağa çalışacaq. Amma sankiyaların tam gücü ilə tətbiq olunacağı və xüsusən də Avropa Birliyininin əsas dövlətlərinin bu qadağalara qoşulacağı halda ilin sonuna doğru rubla təzyiq kəskin artacaq. Bu halda rublun yenidən dəyərsizləşməsi qaçılmaz ola bilər. Rusiya pulunun dəyərsizləşməsi iqtisadi baxımdan bizim üçün də arzuoluna deyil. Çünki, bu Rusiyaya ixracatımıza, orada yaşayan həmyerlilərimizin iqtisadi aktivliyinə təsir göstərir. İxrac olunan kənd təsərrüfatı məhsullarımızın 90 faizinin Rusiya bazarına göndərildiyini, remitensinin həcminin 1 milyard dollardan çox olduğunu nəzərə alsaq bu təsirləri qiymətləndirmək çətin olmaz. Ucuz rubl manatın məzənnəsi üçün də arzuolunan deyil. Bu baxımdan, Rusiyaya tətbiq edilən yeni sanksiyalardan sonra Azərbaycan Mərkəzi Bankı rubl ilə bağlı bədbin ssenarilərin valyuta bazarımıza təsirini minimumlaşdırmağa öncədən hazır olmalıdır".
Bu arada bəlli olub ki, rəsmi İrəvan ABŞ-ın Rusiyaya sanksiyasının Qarabağ münaqişəsinə də təsir edəcəyindən ciddi narahatdır. Belə ki, əslən erməni mənşəli ekspert Stepan Qriqoryanın fikrincə, ABŞ-ın Rusiya, İran və Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyalar, Ağ Evin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ATƏT-in Minsk Qrupunun fəaliyyətində də yeni vəziyyət yarada bilər: "Belə ki, ABŞ Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupundan ayrıca fəaliyyət göstərə bilər. Necə ki, ABŞ bu yaxınlarda Ukrayna məsələləri ilə bağlı xüsusi nümayəndə təyin edib. Əgər Vaşinqton indiyədək Ukrayna böhranının həll olunması ilə bağlı yaradılan "Normandiya dördlüyü"nə (bu dördlüyə - Fransa-Almaniya-Rusiya və Ukrayna daxildir) inanırdısa və bu formatda Ukrayna böhranının həllinə ümid edirdisə, həmçinin bəyan edirdi ki, lazım olacağı təqdirdə bu formatdakı danışıqlara dəstək verəcək. Ancaq sonda Ağ Ev bu münaqişə ilə bağlı özünün xüsusi nümayəndəsini təyin etdi. Belə halı Qarabağ məsələsinin tənzimlənməsində də gözləmək olar və bu istisna deyil". Erməni ekspert ümumiyyətlə ABŞ-ın Rusiya və İrana qarşı sanksiyalarının birmənalı olaraq Ermənistanın maraqlarına uyğun olmayan və ziyanlı bir sanksiya olduğunu dilə gətirib. S.Qriqoryan hesab edir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür və bu təşkilatın da lokomotiv ölkəsi Rusiyadır. "Vaşinqton və Brüsselin Rusiyaya qarşı sanksiyaları istər-istəməz Rusiyanın iqtisadiyyatını zəiflədəcək və bu da öz növbəsində Ermənistana öz mənfi təsirini göstərəcək. Rusiya iqtisadiyyatının zəifləməsi öz növbəsində Avrasiya İttifaqının iqtisadiyyatına öz mənfi təsirini göstərəcək və bu qurumun iqtisadiyyatını zəiflədəcək. Bu da öz növbəsində Rusiyada proteksionizmi gücləndirəcək. Yəni Moskva məcburiyyət qarşısında öz istehsalını və vətəndaşının iş yerlərini qorumaq zorunda qalacaq. Bu da təbii ki, Ermənistan iqtisadiyyatına öz mənfi təsirini göstərəcək və bu qaçılmazdır. Çünki Ermənistan iqtisadiyyatı Rusiya bazarından çox asılı vəziyyətdədir"- deyə, S.Qriqoryan bildirib.
Zəka