Gündəm
"Bavariya" Dortmund klubunun skautuna göz dikib
"Bayern Münhen" yeni texniki direktoru axtarır. Mixael Reşke "Ştuttgart"a keçəndən sonra Münhen təmsilçisi bu posta yeni işçi axtarır. "Bavariya" 44 yaşlı Sven Mislintata göz dikib. O, "Borussia Dortmund"un baş skautu kimi çalışır.
İlk dəfə neytral meydanda
Bu gün keçiriləcək UEFA Superkubokunda üz-üzə gələcək "Real"la "Mançester Yunayted" tarixdə 11-ci dəfə qarşılaşacaq. İspaniya və İngiltərə təmsilçiləri indiyədək 10 dəfə görüşüb. Heç vaxt neytral meydanda üz-üzə gəlməyən rəqiblər üçün Skopyedəki görüş ilk belə matç olacaq.
20 milyonluq hüçumçu "Fənərbağça"ya keçə bilər
Hücumçu transferi üçün var gücüylə çalışan "Fənərbağça" Lukas Perezi heyətinə qatmaq üçün görüşmələrə başlayıb. İstanbul klubu, "Arsenal"ın heyətində düşünmədiyi ispan oyunçu üçün hərəkətə keçib. "NTV Spor"un xəbərinə görə, klubun mətbuat kömitəsinin sədri Mahmud Uslu ilə inzibati menecer Həsən Çetinkaya Perezlə danışıqlara başlamaq üçün bu gün Madridə yollanıblar. "Fənərbağça" 28 yaşındakı oyunçu ilə razılaşma əldə edərsə, "Arsenal"la danışıqlara başalayacaq.
Ənənəvi ixracyönümlü sahələrin inkişafı diqqət mərkəzindədir
Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatı məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi, bu növ məhsulların ixracatının artırılması istiqamətində müvafiq qurumlara bir sıra tapşırıqlar verilmişdir. Sözügedən tapşırıqlar əlavə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi ilə məhsuldarlığın artırılması, konkret olaraq pambıqçılığın, çayçılığın, üzümçülüyün, baramaçılıq və tütünçülüyün inkişafı ilə bağlıdır. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq, sadalanan sahələr üzrə əkin yerləri genişləndirilmiş, məhsuldarlığın artmasına nail olunmuşdur.
AXCP-nin 2018-ci il planları –yenə xarici dairələr, yenə xəyanət!- SİYASİ RAKURS
2013-cü ilin president seçkilərindən əvvəl və sonra Rusiyanın qaranlıq siyasi dairələri və bu dairələrin əlaltısı olan “Milyarderlər İttifaqı” tərəfindən yaradılmış “Milli Şura” 2018-ci ildə keçirilməsi nəzərdə tutulan növbəti president seçkilərində də eyni motivdən yararlanmağa cəhd etməyi planlaşdırıb.
Sumqayıtda qadını boğaraq öldürüblər
Daxili İşlər Nazirliyi Sumqayıtda törədilən qətllə bağlı məlumat yayıb. “Olaylar”ın nazirliyin mətbuat xidmətində istinadən verdiyi xəbərə görə, avqustun 7-də Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində şəhər sakini Sevda Bayramovanın meyiti tapılıb.
Parkda uşaqları oğurlayan qadınlarla bağlı xəbərə DİN-in münasibəti
Dünən sosial şəbəkələrdə paytaxtın küçə və parklarında uşaqlı analara qarşı təhlükə yaranması, onlara yaxınlaşan iki qadının uşağın sağlamlığı ilə bağlı anaları sorğu-suala tutmaları, bugünlərdə bir qadının uşağının səhhəti ilə maraqlanandan sonra hətta onu oğurlamaları, bu qadınların orqan alverçiləri olduqlarının güman edilməsi barədə məlumat paylaşılıb.
Milli Məclisin İntizam Komissiyası o deputatlarla bağlı məsələyə baxacaq
"Milli Məclis İntizam Komissiyası parlamentin payız sessiyası başlayandan sonra pozuntulara yol vermiş millət vəkilləri ilə bağlı məsələlərə baxılacaq". Bu sözləri komissiyanın sədri Ağacan Əbiyev deyib.
8 yaşlı uşağı zorlayan şəxsdən dəhşətə gətirən açıqlama: "Uşağı qaçırmaq daha asandır" - VİDEO
İstanbulda 8 yaşlı qız uşağına təcavüz etdiyi üçün vətəndaşlar tərəfindən ölümcül döyülənMehmet Bekmez prokurorluqda yetkin bir qadını qaçırmağın çətin olduğu üçün uşaq qaçırdığını söyləyib.
“İşsizlikdən sığorta haqqında” Qanununun qəbulu sosial müdafiə sisteminin gücləndirilməsində mühüm addımdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanunun təsdiq edilməsi və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 5 avqust 2017-ci il tarixli Fərmanın imzalanması ölkəmizdə əhalinin sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində aparılan dövlət siyasətinin uğurlu davamıdır. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev qeyd olunan yeni qanunvericlik aktları ilə əlaqədar keçirdiyi mətbuat konfransında vurğulayıb.
Əkbər Qoşalı: “Baramaçılıq, tütünçülük, fındıqçılıq yeni nəfəs istəyir”
“Ölkə başçısı cənab İlham Əliyev ardıcıl olaraq, rayonlara, qəsəbələrə səfərlər edir, problemlərlə yerində maraqlanır; habelə yeri gəldikcə, ən ucqar kəndlərə də gedir, ayrı-ayrı ailələrdə qonaq olur, vətəndaşları dinləyir və s. – Bu, “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin” müdrik kəlamının bir daha parlaq şəkillənməsi, təzahürüdür.
Sürətli və minimal itki: İki cəbhədə MÜHARİBƏ PLANI
“Soyuq müharibə”nin davam etdiyi onilliklər ərzində ABŞ Müdafiə Nazirliyi (Pentaqon) şəxsi hərbi dəniz qüvvələrinin gücləndirilməsini dayandırmayıb. Müxtəlif dövlətlərlə ehtimal edilən müharibələrin ehtimal edilən nəticələrini proqnozlaşdıran Amerika hərbi ekspertləri bildirirlər ki, hətta ABŞ və Rusiya eyni zamanda hücum edərsə, ABŞ qələbə qazanmaq gücündədir.
Avtomobildən külli miqdarda siqaret aşkar edilib
Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Azərbaycan Respublikasının vətəndaşı Həsənov Kazım Bahadır oğluna məxsus “Mitsubishi Pajero” markalı, 10 HF 066 dövlət nömrə nişanlı avtomobilə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı, həmin nəqliyyat vasitəsinin yük yerində, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan, Rusiya, Ukrayna, ABŞ və digər ölkələrin istehsalı olan cəmi 73.340 ədəd müxtəlif adda siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Milyonların inandığı insandan xoşbəxtlik düsturu
Bəzən axtarışında olduğumuz xoşbəxtliyin bir addımlığından yan keçirik. Bəzən də bədbinliyə qapılaraq xoşbəxtliyin əlçatmaz olduğunu düşünürük. Əslində arzuladığımız xoşbəxt həyata qovuşmaq, bir az da dəqiq ifadə etsək, həyatımızı xoşbəxt anlarla zəngin etmək o qədər də əlçatmaz deyil...
İŞİD-ə qoşulmuş 17 yaşlı qız ələ keçdi: "Yalvarıram, mənə toxunmayın!" - VİDEO
Ağrılar məni incidir! Yaralıyam! Yalvarıram, mənə toxunmayın! İraqın Mosul şəhərinin cənubunda, darmadağın olmuş evin uçqununda aşkarlanan 16 yaşlı qız ağlayır, aman istəyirdi. İraqlı hərbçilərsə onun qollarından tutaraq sürüyüblər və zirehli maşına tərəf aparıblar. Bu qız 17 yaşlı alman Linda Venseldi. Linda Vensel 15 yaşı olanda Almaniyanın şərqindəki Pulşnits şəhərini, evini tərk edərək Türkiyəyə yollanmış, oradan qaçaqmalçıların köməyi ilə Suriyaya keçmiş, "İraq və Şamda İslam Dövləti" (İŞİD) terror təşkilatına qoşulmuşdu. Lindanı İŞİD-ə sosial şəbəkədə tanış olduğu çeçen terrorçu cəlb etmişdi.









.jpg)




