İlk dəfə neytral meydanda

Bu gün keçiriləcək UEFA Superkubokunda üz-üzə gələcək "Real"la "Mançester Yunayted" tarixdə 11-ci dəfə qarşılaşacaq.  İspaniya və İngiltərə təmsilçiləri indiyədək 10 dəfə görüşüb. Heç vaxt neytral meydanda üz-üzə gəlməyən rəqiblər üçün Skopyedəki görüş ilk belə matç olacaq.

Bu gün keçiriləcək UEFA Superkubokunda üz-üzə gələcək "Real"la "Mançester Yunayted" tarixdə 11-ci dəfə qarşılaşacaq.  İspaniya və İngiltərə təmsilçiləri indiyədək 10 dəfə görüşüb. Heç vaxt neytral meydanda üz-üzə gəlməyən rəqiblər üçün Skopyedəki görüş ilk belə matç olacaq. Əvvəlki 10 oyunda isə tərəflər hərəyə 5 dəfə meydan sahibi olub. Baş tutan matçlarda "Real" üstünlüyə malikdi. Çempionlar Liqasının son qalibi olan Madrid klubu daha çox - 4 dəfə qələbə qazanıb. Avropa Liqasını muzeyinə aparan Mançester komandası isə 2 dəfə qalib gəlib. Digər 4 oyunda qalib müəyyənləşməyib. İki klub arasında duellərdə 36 qol vurulub. "Real" top fərqində üstünlüyə malikdi. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31