Gündəm

5 kq narkotik vasitə dövriyyədən çıxarılıb

8 Avqust 2017 14:37

Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, rayon ərazisindəki evlərdən birinin həyətində narkotik tərkibli bitki yetişdirilməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.

Çağrı Mərkəzinə 930-dan çox müraciət daxil olub

8 Avqust 2017 14:34

2017-ci ilin iyul ayında İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 930-dan çox müraciət daxil olub. Bu müraciətlərin 730-dan çoxu canlı rejimdə, 190-dan çoxu isə səsli menyu vasitəsilə cavablandırılıb. Ümumilikdə isə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək Çağrı Mərkəzinə 69 minə yaxın müraciət daxil olub.

Penitensiar Xidmət: Taleh Bağırzadə nəzərdə tutulmuş qaydada telefondan istifadə edir

8 Avqust 2017 14:32

"Son günlər bir sıra kütləvi informasiya vasitələrindəƏdliyyə Nazirliyi Penitensiar Xidmətinin həbsxanasında saxlanılan, ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə və s. cinayətlərə görə Cinayət Məcəlləsinin 120.2.1; 120.2.3; 120.2.4; 120.2.7; 120.2.12, 29; 120.2.3,29; 120.2.4,29; 120.2.7,29; 120.2.12- ci maddələri ilə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Bağırov Teleh Kamil oğlunun işgəncələrə və qeyri-insani rəftara məruz qalması, həyatının təhlükə altında olması, qanunvericiliklə müəyyən edilmiş hüquqlardan istifadə edə bilməməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yer alıb".

İsti yay günlərində Bakı sakinlərini zəhərləyən kimdir?

8 Avqust 2017 14:21

İqtisadiyyat Nazirliyi dondurma bazarında araşdırma apararaq, tərkibində insan sağlamlığı üçün təhlükəli mikrob və bakteriyalar olan dondurmaların siyahısını açıqladı. Lakin təhlükəli hesab edilən dondurmalar hələ də satış mərkəzlərindən yığışdırılmayıb.

Gəlin toyunda rep dedi, bəy mat qaldı - VİDEO

8 Avqust 2017 14:18

Azərbaycanda baş tutmuş toylardan birində maraqlı anlar yaşanıb. Belə ki, gəlin musiqi sədaları altında rəqs edərək rep oxuyub. Qonaqların da gəlinə qoşuldub rəqs etdiyi bu mərasimdə bəy səssiz qalıb.

Dəniz həbsxanadan çıxdıqdan sonra ilk konsertini verdi

8 Avqust 2017 14:15

3 il həbs həyatından sonra iyunda azadlığa çıxan müğənni Dəniz Seki ilk konsertini verib. Konserti üçün 2 libas hazırlayan sənətçinin seçimi bəyənilməyib. Səhnəyə çıxmaq üçün bir ay yarımdır hazırlıqlar görən Dənizin illərdir səhnədən uzaq qalan biri kimi daha şıq libasla tamaşaçıların qarşısına çıxacağı gözlənilirdi. 

İsrail hərəkətə keçdi: “İnqilabların atası”na böyük ŞOK

8 Avqust 2017 14:05

İsrail Rotşildlər ailəsinin üzvü olan milyarder, investor, maliyyəçi, siyasətçi və filantrop Corc Sorosun ölkədəki fondlarını bağlamağa hazırlaşır.  Bu haqda İsrail Xarici İşlər Nazirliyindən bildirilib. “İsrail bütün ölkələrdə yəhudi əleyhdarlığı olan təzahürləri kədərlə qarşılayır. Corc Soros yəhudi dövlətini qaralayan təşkilatları maliyyələşdirərək demokratik yolla seçilən İsrail hökumətlərini sistematik olaraq yıxmağa səy göstərir”, - İsrail xarici siyasət idarəsinin bəyanatında deyilir.

Avropada ZƏHƏRLİ YUMURTA QALMAQALI

8 Avqust 2017 13:58

Bir neçə gündür ki, Avropada zəhərli yumurta qalmaqalı gündəmdədir. Niderland, Belçika və Fransada yerləşən marketlərdə tərkibində Fipronil maddəsi olan zəhərli yumurtalar aşkar olunub. Fransa Kənd Təsərrüfatı Nazirliyi hadisə ilə əlaqədar yoxlamaların başlayacağını bildirib.

Ziya Məmmədov ölkəni tərk edib? - Eks-nazirin qardaşından ŞOK AÇIQLAMA: “Vətəni şərəfsizlər tərk edər!”

8 Avqust 2017 13:56

Keçmiş nazir Ziya Məmmədovun ölkəni tərk etməsi barədə informasiya yayılıb. Bildirilib ki, eks-nazir ölkəni həmişəlik tərk etmək qərarına gəlib. Məsələni dəqiqləşdirmək üçün keçmiş nazirin qardaşı Elton Məmmədovla əlaqə saxlayıb. Eks-deputat saytımıza açıqlamasında deyib ki, xəbər həqiqəti əks etdirmir. 

Keçən ay dövlət büdcəsinə 128 milyon 954 min manat vəsait ödənilib

8 Avqust 2017 13:53

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin iyul ayında dövlət büdcəsinə 128 milyon 954 min manat vəsait ödənilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu göstərici 2016-cı ilin iyul ayı ilə müqayisədə 1 milyon 755 min manat və ya 101,4 faiz çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-iyul aylarında büdcəyə 914 milyon 566 min manat vəsait ödənilmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 125 milyon 625 min manat və ya 115,9 faiz çoxdur. 

"Dahi deyiləm"

8 Avqust 2017 13:51

Yeni mövsümün ilk rəsmi oyununa çıxacağıq. Hər zaman olduğu kimi öz oyunumuzu nümayiş etdirəcəyik. "Mançester Yunayted"i yaxşı tanıyırıq. Qələbə qazanmaq üçün burdayıq. Bizi başqa heç nə maraqlandırmır. Bu sözləri "Real"ın baş məşqçisi Zinəddin ZidanUEFA Superkubokunun finalında "Mançester Yunayted"lə oyun öncəsi deyib.

Putindən yardım xahişinin ACI NƏTİCƏSİ: ABŞ ölkəni bombardman EDƏCƏK

8 Avqust 2017 13:45

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Filippində İŞİD döyüşçülərinə qarşı hərbi əməliyyat keçirməyi planlaşdırır.  Bu haqda anonim hərbi məmurlara istinadən NBC telekanalı bildirib. Əməliyyatın başlanğıc tarixi bu gün məlum ola bilər. Telekanalın məlumatına görə, əməliyyata Amerika pilotsuz təyyarələri cəlb ediləcək. Ağ Ev Pentaqonun planına razılıq verəcəyi halda İŞİD-in mövqləri pilotsuz təyyarələr tərəfindən bombalanacaq.

Uşağı ilə sevdiyinə qoşulub qaçan qız anasına səsləndi

8 Avqust 2017 13:42

Bir neçə gün əvvəl Binəqədi Rayon Polis Bölməsinə qəsəbə sakini, 1978-ci il təvəllüdlü Gülxanım Yusifova qızı və nəvəsinin qaçırılması ilə bağlı müraciət edib. Ana bildirib ki, avqustun 5-də, saat 23:00 radələrində Eldar adlı şəxs onun qızı, 1998-ci il təvəllüdlü Aytəni və 2015-ci il təvəllüdlü nəvəsi Yusifi oğurlayıb.

Sarkisyan Ruhanidən nə istəyib?

8 Avqust 2017 13:34

İranın yeni prezidenti Həsən Ruhaninin inaqurasiya mərasimində iştirak edən Serj Sarkisyan Tehranda həmişəki kimi isti qarşılanıb. İşğalçı rejimin rəhbəri Həsən Ruhani ilə görüşüb, “İrna” Agentliyinə müsahibə verib, hətta islam dövətinin Avropa ilə əlaqələrinin gücləndirməsinin vacibiyindən danışıb. Yəni Serj Ruhaniyə məsləhət verməkdən də çəkinməyib. Qısası Tehranda Dağlıq Qarabağın ilhaqına haqq qazandırmaq üçün Sarkisyana geniş siyasi imkanlar yaradılıb.

Elman Məmmədov: “Ermənistanın vəhşiliklərinə qarşı cəza tədbirləri görülməlidir” 

8 Avqust 2017 13:31

“Ümumiyyətlə beynəlxalq təşkilatlar, dünya birliyi ermənilərin uzun illər boyu dinc insanlara, uşaqlara, körpələrə, qocalara, xəstələrə yəni silahsız mülki insanlara qarşı törətdikləri cinayətlərə barışmaz mövqedə olmalıdırlar, cəza tədbirləri görməlidirlər, sanksiyalar tətbiq etməlidirlər”. Bunu millət vəkili Elman Məmmədov deyib.