Gündəm

Gürcüstan 418 Azərbaycan vətəndaşını ölkəyə buraxmadı

8 Avqust 2017 15:05

2017-ci ilin ilk altı ayı ərzində 2 922 xarici vətəndaşın Gürcüstana girişinə icazə verilməyib. Həmin şəxslərdən 418-i Azərbaycan vətəndaşıdır.

XİN: Ermənistan öz çirkin əməllərindən nəticə çıxarmayaraq növbəti barbar əməl törədib

8 Avqust 2017 15:06

"Ermənistanın törətdiyi təxribat və hücumların qarşısını almaq üçün Azərbaycanın atmalı olacağı addımların məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür". “Olaylar” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti şərh edərkən deyib.

Nazirlik tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirdi

8 Avqust 2017 15:02

Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib. Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlovbildirib ki, tələbələrin köçürülməsi qaydalarında müəyyən tələblər var.

Akkumulyator oğuları ələ keçib

8 Avqust 2017 14:59

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin 3 avtomobildən akkumulyatorlar oğurladığı da müəyyən edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Ramal Qəhrəmanovun ətrafında Qaradağ Rayon Polis İdarəsinin 38-ci polisbölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il iyulun 13-dən 30-dək olan müddətdə Sahil qəsəbəsi ərazisində “MAZ”, “MAN” və “KamAz” markalı 3 avtomobildən akkumulyatorlarını oğurlamaları da müəyyən edilib.

Dəymiş ziyan araşdırılır

8 Avqust 2017 14:58

Ötən gün Hirkan Milli Parkının Lənkəran rayonunun Biləsər kəndinə yaxın yüksək dağlıq ərazisində baş verən yanğın bu gün saat 12:30 radələrində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində tamamilə söndürülüb.

Regionlarda da hərraclar keçirilib

8 Avqust 2017 14:56

Əmlak Məsələləri Dövlət Komitəsi 8 avqustda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib. Əvvəlki hərraclarda olduğu kimi bu hərracda da dövlət əmlakının özəlləşdirilməsinə, habelə hərracların keçirilməsi prosesinə investorlar və ictimai maraq kifayət qədər böyük olub. Bu dəfəki hərracda 4 kiçik dövlət müəssisəsi, 5 qeyri-yaşayış sahəsi, 1 yarımçıq tikili özəlləşdirilib.

Berdiməhəmmədov: “Türkmənistanla Azərbaycan beynəlxalq və regional təhlükəsizliyin qorunmasının tərəfdarıdır”

8 Avqust 2017 14:54

“Biz arzu edirik ki, ölkələrimizin sabit inkişafı davam etsin”. Bunu Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibdə keçirilən görüşdə deyib.

Azərbaycan prezidenti: “İstəyirik ki, bölgədə sabitlik, sülh daim bərqərar olsun”

8 Avqust 2017 14:52

“Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynayacaq. Biz dostuq, qonşuyuq, əsrlər boyu xalqlarımız dostluq, mehriban qonşuluq şəraitində yaşamışlar və bu gün iki müstəqil dövlət kimi biz əməkdaşlığımızı yeni səviyyəyə qaldırmışıq”. Bunu Azərbaycan prezidenti İlham ƏliyevTürkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla geniş tərkibdə keçirilən görüşdə bəyan edib.

Rusiya ilə müharibə burada başlayacaq: SSRİ-yə hücum taktikasına QAYIDIŞ

8 Avqust 2017 14:49

İyulda Şərqi Avropada ABŞ və NATO-ya daxil olan digər ölkələrin ongünlük hərbi təlimləri keçirildi. Təlimlərin hədəfi Rusiya tərəfindən potensial təhlükələrə qarşı dayanmağı öyrənmək idi.  ABŞ-ın “The New York Times” nəşrinə görə ABŞ ordusu Şərqi Avropada vuruşmağa hazırlaşır. Macarıstan, Rumıniya və Bolqarıstanda keçirilən təlimlərdə ABŞ-ın 25 min hərbi qulluqçusu iştirak edirdi. Təlimlərdə ordu komandirləri gənc əsgərlərə “soyuq müharibə” dövründə SSRİ qoşunlarına qarşı istifadə olunan taktika və strategiyanı öyrədirdilər.

"Atletiko" Arda Turandan imtina edib

8 Avqust 2017 14:47

"Barselona"nın yarımmüdafiəçisi Arda Turan keçmiş klubu "Atletiko Madrid"ə qayıtmayacaq. 30 yaşlı futbolçunun xidmətləri Madrid klubuna təklif olunsa da, rədd cavabı alıb. Baş məşqçi Diyeqo Simeone onu planlarına daxil etməyib. Ardanın "Qalatasaray"a qayıtmaq ehtimalı da var idi. Amma türkiyəli havbek məvacibinin azalmasına razılaşmamışdı.

Ermənistan vandalizm aktını davam etdirir

8 Avqust 2017 14:45

Ermənistan terrorçuluq və işğalçılıq siyasətinə sadiq qalaraq cəbhə xəttində çirkin təxribat hərəkətlərini davam etdirir. Günahsız mülki əhalini, xüsusən azyaşlı uşaqları hədəf seçən Ermənistanın insanlıq əlehinə törətdiyi cinayət əməlləri təsadüfi xarakter daşımır. Belə əməllərin törədilməsi sistemli xarakter daşıyır və cinayətkar Ermənistan həm işğal zamanı, həm də işğalın davam etdiyi 25 il ərzində mütəmadi olaraq cəbhəyanı ərazilərdə Azəraycan vətəndaşı olan mülki əhalini, əsasən də qadınları və azyaşlı uşaqları xüsusi qəddarlıqla qətlə yetirmişdir.

Daha bir nəfər dənizdə batıb

8 Avqust 2017 14:43

Sumqayıtda bir nəfər dənizdə batıb. “Olaylar”-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində 1 nəfərin dənizdə çimərkən batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlayıblar. Əlavə məlumat veriləcək.

Bu ərzaq məhsulları bahalaşıb

8 Avqust 2017 14:42

2017-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 14 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən məlumata görə, ərzaq məhsullarının qiymətləri 18,2, qeyri-ərzaq məhsullarının qiymətləri isə 12,6 faiz artıb. Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri də bahalaşıb – 9,6 faiz.

Nazir Şəkidə vətəndaşları qəbul edəcək

8 Avqust 2017 14:40

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqustun 26-da saat 10:00-da Şəki Şəhər Rayon Polis Şöbəsində Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinlərini qəbul edəcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

İstirahət düşərgəsində faciə

8 Avqust 2017 14:38

Fransanın qərbindəki Vyana rayonundakı istirahət edən gənclər bədbəxt hadisə ilə rastlaşıblar. “Olaylar” “Milliyet” - ə istinadən bildirir ki, Lathus – Saint – Remy şəhəri yaxınlığında yerləşən düşərgədə 13 -16 yaşlarında  olan 16 şagird və bir müəllim olub. Hadisə zamanı 10 şagird və müəllimin yaralandığı bildirilir.