"Atletiko" Arda Turandan imtina edib
"Barselona"nın yarımmüdafiəçisi Arda Turan keçmiş klubu "Atletiko Madrid"ə qayıtmayacaq. 30 yaşlı futbolçunun xidmətləri Madrid klubuna təklif olunsa da, rədd cavabı alıb. Baş məşqçi Diyeqo Simeone onu planlarına daxil etməyib. Ardanın "Qalatasaray"a qayıtmaq ehtimalı da var idi. Amma türkiyəli havbek məvacibinin azalmasına razılaşmamışdı.
8 Avqust 2017 14:47 İdman"Barselona"nın yarımmüdafiəçisi Arda Turan keçmiş klubu "Atletiko Madrid"ə qayıtmayacaq. 30 yaşlı futbolçunun xidmətləri Madrid klubuna təklif olunsa da, rədd cavabı alıb. Baş məşqçi Diyeqo Simeone onu planlarına daxil etməyib. Ardanın "Qalatasaray"a qayıtmaq ehtimalı da var idi. Amma türkiyəli havbek məvacibinin azalmasına razılaşmamışdı.
Qeyd edək ki, o, 2003-11-ci illərdə İstanbul klubunun şərəfini qorumuşdu. Daha sonra "Atletiko"ya keçmişdi. Onun "Barselona" ilə müqaviləsi 2020-ci ilin yayında başa çatacaq. Goal.az