Gündəm

Avtomobildən oğurluq edən ələ keçib

8 Avqust 2017 16:08

Nəsimi rayonunda törədilmiş oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 29-da rayon ərazisində “Toyota” markalı avtomobildən içərisində 1500 manat və sənəd olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Tural Mehdiyev tutulub.

Tərtər sakinindən zorla 45 manat alan tutulub

8 Avqust 2017 16:07

Avqustun 7-də Tərtər rayon sakini Vüqar Süleymanova qarşı zor tətbiq edilərək 45 manat pulu alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Anar İsmayılov tutulub. Araşdırma aparılır.

“Beşgünlük müharibə”nin başlama səbəbi AÇIQLANDI

8 Avqust 2017 16:04

“2008-ci ildə Cənubi Osetiyada müharibəni həmin vaxt ölkə prezidentinin postunu tutmuş Mixail Saakaşvili provokasiya edib”. Bu haqda Gürcüstan parlamentinin keçmiş sədri Nino Burdjanadze “Russia Today” (RT) telekanalına müsahibəsində deyib. “Müharibəyə Saakaşvili başladı. Bu faciəli hadisələrə görə məsuliyyət ilk növbədə onun üzərinə düşür”, - Burdjanadze bildirib.

"Gülsümü qan aparırdı, həkim isə pul istəyirdi" - Doğuşda ölən ananın bacısından sərt ittihamlar

8 Avqust 2017 15:58

Bir müddət əvvəl Sumqayıt şəhər 2 nömrəli Doğum Evində Gülsüm Əliyevanın doğuş zamanı ölməsinin bəzi ilginc məqamları üzə çıxıb. Mərhumun bacısı Mövlanə Nəsirova bacısının ölümündən sonra sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində yayılan məlumatlara aydınlıq gətirib. O, G.Əliyevanın 3-cü uşağını guya, oğlan olduğu üçün dünyaya gətirmək istədiyini deyənlərə cavab verib: "Bacımın 2 övladı var. Biri qızdır, o biri oğlan.

Oğurluğa peşman oldu: samboçu qadın kişini yıxıb sürüdü - VİDEO

8 Avqust 2017 15:51

"Kömək edin! Yalvarıram, məni bu qadının əlindən alın!" Qadının döydüyü, şapalaqladığı kişi qışqırır, yardım istəyirdi. Lakin kimsə ona kömək etməyib. Çünki bu kişi oğru idi. Olay Rusiyanın Primorye vilayətindəki Naxodka şəhərində yaşanıb. Şəhərin qadınlar arasında sambo yığmasının baş məşqçisi Valentina Kotovsteva marketdən çıxarkən əynində mayka və şort olan orta yaşlı kişi ona yaxınlaşıb.

Rusiyada məhbus azərbaycanlılar tələblərini irəli sürdülər, həbsxanada üsyan qalxdı

8 Avqust 2017 15:48

Bu günlərdə Rusiyanın Xakasiya Respublikasında məhbəs həyatı yaşayan Azərbaycan vətəndaşları yenidən məhkəmə qarşısına çıxarılacaqlar. Onlar Tacikistan və Qırğızıstan vətəndaşları ilə birlikdə həbsxanada kütləvi qarışıqlıq və üsyan qaldırmaqda ittiham edilirlər. 2016-cı ilin yayında 35 saylı islah-əmək düşərgəsində cəzalarını çəkən Azərbaycan, Tacikistan və Qırğızıstan vətəndaşları kütləvi qarışıqlıq törədiblər. Rəsmi məlumata əsasən, onlar düşərgədəki rejimin yüngülləşdirilməsini tələb ediblər.

Ölkədə törədilən cinayətlərin statistikası açıqlandı

8 Avqust 2017 15:42

2017-ci ilin birinci yarısında Azərbaycanda törədilmiş 13182 cinayətin 1694-ü və ya 12,9 faizi narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, həmin faktların 63,9 faizi narkotik maddələrin şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama, 28,2 faizi narkotik maddəni satış məqsədilə saxlama ilə əlaqədardır.

Dini maarifləndirmə tədbiri keçirilib

8 Avqust 2017 15:40

Ağdam rayonu Xındırıstan kənd məscidi dini icması tərəfindən “Heydər Əliyev irsi və İslam həmrəyliyi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Ağdam rayonu Xındırıstan kənd məscidi dini icmasının sədri B. Bağırov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunmasının əhəmiyyətindən danışıb.

Aureliya Qriqoriu: Azərbaycanın dinc sakinlərinin atəşə tutulması ilə bağlı Ermənistan rəhbəriyi cinayət məsuliyyətinə cəlb edilməlidir

8 Avqust 2017 15:36

Azərbaycanın dinc sakinlərinin atəşə tutulması ilə əlaqədar Ermənistan rəhbəriyi cinayət məsuliyyətinə cəlb edilməlidir. Bunu  Moldova İctimai Palatasının sədri, siyasi xadim Aureliya Qriqoriu deyib. O deyib: “Hesab edirəm ki, ilk növbədə ATƏT-in Minsk qrupu hadisəyə münasibət bildirməli və bu addımları pisləməlidir. Onlar atəşkəs rejimini pozan tərəfə xəbərdarlıq etməlidirlər. Dünya ictimaiyyəti bu hadisəni pisləməlidir.

Bakı sakinlərinə XƏBƏRDARLIQ: 18:00-dan sonra çalışın küçəyə çıxmayın

8 Avqust 2017 15:33

Bakıda küçələrin dar olması, hündürmərtəbəli binaların tikilməsi və avtomobillərin sayının artması paytaxtda havanın sürətlə çirklənməsinin əsas səbəbləridir. Bu barədə ekoloq Vaqif Əliyev deyib.

Arvadının müdiri ilə görüşdüyünü öyrəndi: hər ikisini iş yerində güllələdi

8 Avqust 2017 15:31

Kocaelinin Kandıra rayonunda bir nəfər həyat yoldaşı ilə görüşdüyü iddia edilən kişini güllələyib.  Çörək sexində nəzarətçi çalışan Cevat Taşdelen yanında işləyən Ümmmühan Y. -nin həyat yoldaşı tərəfindən silahlı hücum sonrası ölüb.  Hadisə səhər saatlarında baş verib. Əldə edilən məlumata görə, Hasan Y. adlı şəxs yoldaşı ilə yaşadığını iddia etdiyi Cevat Taşdelenin çörək sexinə gəlib. Ümmühan Y. və Cevat Taşdelenə silahını tuşlayan Həsən Y. 6 dəfə atəş açaraq hadisə yerindən qaçıb. Yaralanan hər iki şəxs yerə yıxılıb.

Ermənistanda iki silah zavodu birləşdirilir

8 Avqust 2017 15:23

Ermənistanda silah istehsalı ilə məşğul olan "65 saylı hərbi zavod" QSC-nin "Qarni-Ler elmi-istehsalat birliyi" ASC-ə birləşdirilməsi müzakirə edilir. Ermənistanın Müdafiə Nazirliyi gələcəkdə bununla bağlı hökümətə layihə təqdim edəcək. 

Hakerlər dövlət orqanlarının saytlarını dağıtdılar

8 Avqust 2017 15:10

Hakerlər Venesuelanın bir sıra dövlət orqanlarının saytlarına hücum ediblər. Məlumata əsasən "İkili mühafizlər" haker qrupu Venesuelanın Ali Məhkəməsi, Parlament və Milli Seçki Şurasının saytlarını dağıda biliblər.

Məkkədə zəvvarların qaldığı hoteldə yanğın baş verib

8 Avqust 2017 15:10

Məkkə şəhərində zəvvarların qaldığı hotellərin birində yanğın baş verib. Yanğının qarşısı qısa müddətdə alındığından hadisə nəticəsində zərər çəkən olmayıb. Yanğın baş verən hoteldə Hindistandan gəlmiş 391 zəvvarın qaldığı bildirilib. Təhlükəsizlik məqsədilə onlar təxliyə edilib. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Dünya çempionatına qatılacaq yığmamızda ciddi itki

8 Avqust 2017 15:08

Kişi boksçulardan ibarət Azərbaycan yığması dünya çempionatına hazırlığı davam etdirir. Leonid Loivskinin başçılıq etdiyi komanda təlim-məşq toplanışının ikinci hissəsini bu gün başa vurub. Sabah hazırlığın son mərhələsinə start veriləcək.