Rusiya eksperti: Ermənistanın "Sülh kəsişməsi" bir tərəfə meyil etməməlidir – ÖZƏL
10:40 DünyaOlaylar.az xəbər verir ki, Milli Kommunikasiyaların İnkişafı Tədqiqat İnstitutunun (NIIRK) elmi işlər üzrə direktor müavini Valentina Komleva Cənubi Qafqazda nəqliyyat və logistika imkanlarının artması fondunda Ermənistanın rolunun dəyişdiyini bildirib. İrəvanda keçirilən beynəlxalq konfransda çıxış edən ekspert qeyd edib ki, Ermənistanın "Sülh kəsişməsi" təşəbbüsü müsbət addımdır, lakin bu layihə yalnız bir istiqamətə meyil etməməli, bütün maraqlı tərəflərin bərabərhüquqlu və balanslı iştirakı ilə real çoxvektorluğu əks etdirməlidir.
Komleva, həmçinin Regionda Rusiya, Türkiyə, İran və Qərb kimi müxtəlif güc mərkəzləri arasında gərginliklərin mövcud olduğu bir şəraitdə qarşılıqlı faydalı əməkdaşlığın nə dərəcədə mümkün olduğunu sorğulayıb. Rusiya və Ermənistan elmi mərkəzlərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə iqtisadçı, politoloq və tarixçilərin iştirakı ilə bu nəqliyyat layihələrinin üstünlükləri və riskləri müzakirə olunub, yekunda birgə ekspert rəyinin dərc edilməsi planlaşdırılıb.