Hakerlər dövlət orqanlarının saytlarını dağıtdılar

Hakerlər Venesuelanın bir sıra dövlət orqanlarının saytlarına hücum ediblər. Məlumata əsasən "İkili mühafizlər" haker qrupu Venesuelanın Ali Məhkəməsi, Parlament və Milli Seçki Şurasının saytlarını dağıda biliblər.

Hakerlər Venesuelanın bir sıra dövlət orqanlarının saytlarına hücum ediblər. Məlumata əsasən "İkili mühafizlər" haker qrupu Venesuelanın Ali Məhkəməsi, Parlament və Milli Seçki Şurasının saytlarını dağıda biliblər. Kiber cinayətkarlar, həmçinin prezident administrasiyasının, polis və Karakas icra hakimiyyətinin saytlarına da çıxış əldə ediblər. Milli Seçki Şurasının saytına Çarli Çaplinin "Dahi diktator" filmindən olan monoloqunu yerləşdiriblər. Publika.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31