Ermənistanda iki silah zavodu birləşdirilir

Ermənistanda silah istehsalı ilə məşğul olan "65 saylı hərbi zavod" QSC-nin "Qarni-Ler elmi-istehsalat birliyi" ASC-ə birləşdirilməsi müzakirə edilir. Ermənistanın Müdafiə Nazirliyi gələcəkdə bununla bağlı hökümətə layihə təqdim edəcək. 

Qeyd edək ki, "Qarni-Ler elmi-istehsalat birliyi" şirkəti odlu silah lülələrinin istehsalı, təmiri, dəyişdirilməsi və yeni növ silahların emalı ilə məşğul olur.  "65 saylı hərbi zavod" QSC is, odlu silah, artilleriyanın ayrı-ayrı sistemlərinin təmiri, qoşunlarda texniki servis işləri və aviasiya məhv edən vasitələrin istehsalı ilə məşğul olur.  Ermənistanın Müdafiə Nazirliyi hər iki şirkətin birləşdirilməsi nəticəsində yüngül silahlanmanın emalı, istehsalı və təmir edilməsinin daha səmərəli olacağını düşünür. AzVision.az ArmLur.am-a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31