Oğurluğa peşman oldu: samboçu qadın kişini yıxıb sürüdü - VİDEO

"Kömək edin! Yalvarıram, məni bu qadının əlindən alın!" Qadının döydüyü, şapalaqladığı kişi qışqırır, yardım istəyirdi. Lakin kimsə ona kömək etməyib. Çünki bu kişi oğru idi. Olay Rusiyanın Primorye vilayətindəki Naxodka şəhərində yaşanıb. Şəhərin qadınlar arasında sambo yığmasının baş məşqçisi Valentina Kotovsteva marketdən çıxarkən əynində mayka və şort olan orta yaşlı kişi ona yaxınlaşıb.

"Kömək edin! Yalvarıram, məni bu qadının əlindən alın!" Qadının döydüyü, şapalaqladığı kişi qışqırır, yardım istəyirdi. Lakin kimsə ona kömək etməyib. Çünki bu kişi oğru idi. Olay Rusiyanın Primorye vilayətindəki Naxodka şəhərində yaşanıb. Şəhərin qadınlar arasında sambo yığmasının baş məşqçisi Valentina Kotovsteva marketdən çıxarkən əynində mayka və şort olan orta yaşlı kişi ona yaxınlaşıb. Kişi qəflətən Valentinanın əlindəki mobil telefonu qaparaq qaçmağa çalışıb. Lakin V.Kotovsteva sambo fəndi tətbiq edərək onu yıxıb, sonra döyməyə başlayıb. Hadisə yerinə gəlmiş polis zavallı oğrunu samboçu qadının əlindən güclə alıb. Milli.Aaz Daily Mail-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31