Rusiyanın Avstraliyadakı səfirliyindən ABC-yə ittiham- ÖZƏL
10:24 DünyaOlaylar.az xəbər verir ki, Rusiyanın Avstraliyadakı səfirliyi ABC telekanalını ukraynalı uşaqlar mövzusundan ictimai emosiyaları manipulyasiya etmək üçün istifadə etməkdə ittiham edib.
Səfirliyin Telegram kanalında yayılan açıqlamada bildirilib ki, ABC-nin "Xarici Müxbir" proqramında mövzu ilə bağlı reportaj yayımlanmazdan əvvəl manipulyativ yanaşmadan istifadə edilib.
Diplomatik missiya Qərb mediasını Ukraynadan olan uşaqlarla bağlı "yanlış məlumatlar" yaymaqda ittiham edib. Səfirlik qeyd edib ki, Rusiya hakimiyyəti uşaqları müharibə zonalarından çıxarmağa, onların təhlükəsizliyini və humanitar yardım almasını təmin etməyə çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31